Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Leyla Əliyeva İSESKO-nun qərargahında

Oktyabr 15, 2024
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Mərakeşin Rabat şəhərində yerləşən qərargahında olub. Oktyabrın 14-də İSESKO -nun baş direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşdə Heydər Əliyev Fondunun fəaliyyəti, Azərbaycan- İSESKO əməkdaşlığı, o cümlədən Fond ilə birgə layihələr müzakirə edilib.

Cumhuriyyet.az xəbər verir ki, noyabr ayında ölkəmizdə keçiriləcək COP29 çərçivəsində Fond və İSESKO arasındakı əməkdaşlıq, təşkilatın COP29-da pavilyonla təmsil olunması ilə bağlı məsələlər diqqət mərkəzində olub.

Görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu İDEA İctimai Birliyi tərəfindən həyata keçirilən ekoloji layihələr barədə də məlumat verilib. Ətraf mühitin qorunması sahəsində İSESKO ilə Heydər Əliyev Fondunun gələcək əməkdaşlığı nəzərdən keçirilib.

Daha sonra Heydər Əliyev Fondu ilə İSESKO arasında Burkina-Fasoda məcburi köçkün qızlar və internat evləri üçün təhsil və sosial dəstək layihəsi üzrə əməkdaşlıq sazişi imzalanıb. Sənədi Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və İSESKO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik imzalayıblar. Layihənin məqsədi qız tələbələri lazımi resurslar, mentorluq və təhlükəsiz, dəstəkləyici mühitlə təmin etməkdir. Bu isə keyfiyyətli təhsilə çıxış, həyat bacarıqları təlimi və emosional dəstək, şəxsi inkişafı və dayanaqlığı təşviq etmək kimi məsələlərin həlli deməkdir. Layihə çərçivəsində seminarların təşkili, məktəblərdə kompüter siniflərinin və kitabxanaların yaradılması da nəzərdə tutulur. 2025-ci ilin oktyabr ayınadək davam edəcək layihə Burkina-Fasonun bir sıra şəhərlərini əhatə edəcək.

Nümayəndə heyəti daha sonra İSESKO-nun Rabatdakı qərargahında yaradılan Peyğəmbər və İslam Sivilizasiyası Muzeyini ziyarət edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Azərbaycan 50-dən çox müsəlman dövlətinin təmsil olunduğu nüfuzlu beynəlxalq mədəni-humanitar qurum olan İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) 1991-ci ildən üzvüdür. Həmin vaxtdan qurulmuş münasibətlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə daha da genişlənib.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə İSESKO arasında da sıx əməkdaşlıq mövcuddur. Təhsil, mədəniyyət, səhiyyənin inkişafı məsələlərini prioritet kimi qəbul edən Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər və reallaşdırdığı layihələr İSESKO-nun əsas fəaliyyət istiqamətləri ilə uzlaşdığından iki qurum bir çox sahədə əlaqələrini daha da genişləndirir.

2024-cü il üzrə İslam dünyasının mədəniyyət paytaxtı seçilən Şuşada bu ilin may ayında Heydər Əliyev Fondu və İSESKO arasında mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsinin aparılmasını, eyni zamanda, birgə layihələrin icra olunmasını nəzərdə tutan əməkdaşlığa dair imzalanan memorandum da əlaqələrin genişləndirilməsi istiqamətində növbəti addım kimi dəyərləndirilə bilər.

Əvvəlki Yazı

Azad edilmiş ərazilərdə daha 205 mina, 625 PHS aşkarlanıb

Növbəti Yazı

Bu günün valyuta məzənnələri

EKSKLUZİV

Rəşad Sadıqov Ofsayd Qərarına Məyusluğunu Açıqladı

21 Aprel 2026 / 22:51
0

Ülvi Babayev: Rusiya millisi seçimindən peşman deyiləm

21 Aprel 2026 / 22:51
0

Latviya Prezidenti Azərbaycanda: Rəsmi Səfər Yüksək Səviyyədə Başladı

21 Aprel 2026 / 22:51
0

ABŞ Prezidenti Tramp İranda Ölüm Cəzasına Məhkum Edilmiş 8 Qadının Azadlığını Tələb Edir

21 Aprel 2026 / 22:51
0

XƏBƏR LENTİ

Rəşad Sadıqov Ofsayd Qərarına Məyusluğunu Açıqladı

Ülvi Babayev: Rusiya millisi seçimindən peşman deyiləm

Latviya Prezidenti Azərbaycanda: Rəsmi Səfər Yüksək Səviyyədə Başladı

ABŞ Prezidenti Tramp İranda Ölüm Cəzasına Məhkum Edilmiş 8 Qadının Azadlığını Tələb Edir

Kallasdan Rusiyaya Sanksiya Xəbərdarlığı: 21-ci Paket Hazırlanır

“Zirə”ni finala daşıyan tarixi matçın VİDEO icmalı – Böyük uğur!

Yaponiyanın Kapsul Binası Yenidən Gündəmdə: Gələcəyin Uyğun Qiymətli Evləri Üçün İlham Qaynağı

“Everton”a şok zərbə: Əsas müdafiəçi sıradan çıxdı

Fənərbaxça”ya Derbi Öncesi Sevindirici Xəbər: Zədəli Ulduz Meydana Qayıdır!

“Turan Tovuz”un Məşqçisi Məğlubiyyətin Səbəblərini Etiraf Etdi: “Həmin Səhvlər Bizə Baha Baş Gəldi”

İran ABŞ-la danışıqlardan imtina edir: Vaşinqtonun ziddiyyətli siyasəti səbəb göstərilir

Ərdoğan və Kiro İslamofobiyaya Qarşı Qlobal Mübarizəni Müzakirə Etdilər: Beynəlxalq Həmrəylik Mesajı

Aİ İrana qarşı sanksiyaları sərtləşdirir: Yeni addımlar atılır

Həmin 15 yaşlı məktəbli saxlanıldı

Dəniz Nəqliyyatında İnqilab: Kanadadan Gələn Elektrikli Avtonom Dəniz Taksisi Marşrutunu Özü Çəkəcək

İranın İslamabad Müzakirələrinə Qatılma Qərarı Qalibafdan Asılıdır

İsrailli Aşırı Sağçı Nazirin Kortesinə Aid Avtomobil Fələstinli Gənci Əzdi: Nazirlikdən Mübahisəli Açıqlama

Fars Körfəzində Neft Sızıntısı Təhlükəsi: Peyk Görüntüləri Vəziyyətin Ciddiliyini Göstərir

Samarada Rusiyanın neft infrastrukturuna pilotsuz zərbə: Yanğın böyüyür

Azərbaycan Kubokunda İlk Finalçı Bəlli Oldu: Böyük Həyəcan Finala Daşınır!

Dövlət Gömrük Komitəsi rəqəmsal xidmətlərə 271 min manat xərcləyəcək: Tenderin qalibi bəlli oldu

“Unibank”ın Q1 2026 Maliyyə Hesabatları: Bank Qırmızı Xəttə Yaxınlaşır?

Tramp İranla Atəşkəsi Uzatmaqdan İmtina Edir: ABŞ-ın Marağı Yoxdur

Latviya Prezidenti Azərbaycanda: Bakı-Riqa Əlaqələrində Yeni Səhifə

UNEC Avropanın Nüfuzlu Universitetləri Sırasında: Azərbaycan Təhsilinin Yeni Zirvəsi

Azərbaycanda Kənd Təsərrüfatı Subsidiyaları Effektivliyini İtirir: İstehsal Niyə Azalır?

Hesablama Palatası Avtomobil Yolları Vəsaitlərinin İdarəedilməsində Ciddi Nöqsanlar Aşkarladı

Faciə: “28 May” metrosunda qatar yoluna düşən sərnişin ölüb

Almaniyada Şok Kəşf: 16 Yaşlı Gənc Göldə Qızıl Külçə Tapdı!

Kenan Yıldız Premyer Liqaya keçid ərəfəsində: Nəhəng klublar yarışa qoşulur

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« İyl   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.