Binəqədi Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları yaşıl soyqırım həyata keçirir. Cumhuriyyet.az sosial şəbəkədə yayılan məlumatlara istinadən bildirir ki, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Natavan küçəsində yaşıl ağaclar yerindən çıxarılır və ərazi qanunsuz obyekt tikintisi üçün hazır vəziyyətə gətirilir. Baş verənlərlə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə ağacların dibindən çıxarılması Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elmin Zamanovun göstərişi ilə baş verib. Elmin Zamanovun Binəqədi rayon ərazisində aparılan tikintilərə də “nəzarət” etdiyi bildirilir. İddialara görə başçı Elxan Allahverdiyev rayondakı tikinti işlərinin bir hissəsinin “icazə” hüququnu Elmin Zamanova verib.
Məslə ilə bağlı Binəqədi icra Hakimiyyəti ilə əlaqə yaratmaq mümkün olmadı. Heç bir aidiyyatı qurumdan açıqlama verilmədi.
Hadisə ilə bağlı qurumların açıqlamasını dərc etməyə hazırıq.