Rusiya Prezidenti Vladimir Putin Ukraynada atəşkəs ideyasını dəstəkləyir.
Cumhuriyyet.az xəbər veriri ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın zərbələri dayandırmağın zəruriliyi ilə bağlı sözlərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Putin atəşkəs ideyasını dəstəkləyir, lakin bunun baş verməsi üçün bir neçə məsələnin həlli lazımdır.
“Prezident Putin həqiqətən də atəşkəs zərurəti ideyasını dəstəkləyir. Lakin buna qədər bir sıra suallara cavab tapmaq lazımdır. Bu suallar havadan asılı qalıb və hələ heç kim onlara cavab verməyib”, – Kremlin sözçüsü qeyd edib.
Peskov izah edib ki, burada söhbət Ukrayna hakimiyyətinə nəzarətin olmamasından, Ukrayna hakimiyyətinin sadəcə olaraq Kiyevə tabe olmayan bir sıra ekstremist və millətçi birləşmələrin hərəkətlərinə nəzarət etməsinin mümkünsüzlüyündən gedir: “Bu, həm də Kiyevin gələcək hərbiləşdirilməsi planları ilə bağlıdır. Bütün bu nüanslar hələ də gündəmdədir”, – deyə Putinin mətbuat katibi əlavə edib.