Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Uşaq müəssisələrində qidalanmaya dair tələblər müəyyənləşib

Mart 12, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

10 Oktyabr 25 / 15:36
“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

09 Oktyabr 25 / 15:52
Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

09 Oktyabr 25 / 12:05
Ağdam icra başçısından xoşagəlməz hərəkət: Şəhid anası və qazilər ayaqüstə, özü  isə… – FOTOFAKT

Ağdam icra başçısından xoşagəlməz hərəkət: Şəhid anası və qazilər ayaqüstə, özü isə… – FOTOFAKT

08 Oktyabr 25 / 17:00
Ramiz Mehdiyevin kürəkəninin qoçuları Nizami rayonunda at oynadır

Ramiz Mehdiyevin kürəkəninin qoçuları Nizami rayonunda at oynadır

08 Oktyabr 25 / 16:00

Dövlət və qeyri-dövlət uşaq müəssisələrində qidalanmaya dair tələblər müəyyənləşib.

Cumhuriyyet.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər”də əksini tapıb.

Uşaq müəssisələrində qidalanmaya dair tələblər aşağıdakılardır:

– uşaqların minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən qida ilə təmin edilməsi;

– qida məhsullarının hazırlanması, saxlanması, daşınması zamanı qida məhsullarının təhlükəsizliyinin və yararlılığının təmin edilməsi;

– qida məhsullarının mikrobioloji, kimyəvi və fiziki çirklənməsinin qarşısının alınması;

– qida məhsullarının xüsusiyyətlərinə uyğun temperatur rejiminə riayət edilməsi;

– minimum keyfiyyəti və təhlükəsizliyi, həmçinin qablaşdırılması və etiketlənməsi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olmaması, müvafiq müşayiətedici sənədləri (baytarlıq şəhadətnaməsi, arayışı, ekspertiza aktı və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə qoyulan nişan, daxili karantin sertifikatı, qida zənciri obyektinin (subyektinin) qeydiyyata alınmasına və ya təsdiq olunmasına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyata alınmasına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, idxal sağlamlıq aktı) olan məhsulların, xammalın, inqrediyentlərin və qida ilə təmasda olan material və məmulatların qəbul edilməsi;

– qida bloklarının sanitariya-gigiyena və sanitar-texniki vəziyyətinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməsi;

– qida bloklarında uyğunluq sertifikatları ilə təmin edilmiş avadanlıqlardan qanunvericiliklə müəyyən edilmiş gigiyena tələblərinə uyğun istifadə edilməsi;

– hər bir müəssisədə qida maddələrinə olan fizioloji tələbat və qidalanma normaları əsasında hazırlanmış 10 günlük və ya 2 həftəlik menyu tərtib olunmaqla, yeməkxanaların divarında yerləşdirilməsi;

– səhhətində problem olan uşaqların qidalanması üçün həkimin tövsiyəsinə əsasən menyunun hazırlanması;

– bir yaşadək uşaqların qidalanmasının fərdi qaydada, fizioloji yaş həddi normalarına və bütün növ qida məhsullarının vaxtında tətbiqinə uyğun olaraq təyin edilməsi;

– qanunvericiliklə müəyyən edilmiş qaydada qida blokunda işləyən şəxslərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində hər 6 aydan bir məcburi tibbi müayinədən keçməsinə və tibbi arayışlarla təmin olunmasına nəzarət edilməsi;

– qida məhsulları ilə təmasda olan işçilərin icra etdikləri işə uyğun olaraq gigiyenik təlimlərə cəlb edilməsi;

– qida obyektlərində çalışan hər bir şəxsin gigiyena qaydalarına ciddi riayət etməsi, təmiz, münasib xüsusi geyimlə (saç toru və ya örtüyü, xalat, önlük) və fərdi mühafizə vasitələri (əlcək, maska, respirator, eynək) ilə təmin edilməsi;

– hər gün hazır məhsulun gündəlik nümunəsinin götürülüb saxlanılması (gündəlik nümunə bir porsiya həcmində, qeyri-qənaətbəxş epidemioloji vəziyyət zamanı mikrobioloji tədqiqat üçün 100 qramdan az olmayaraq, yemək və ya qarnir nümunələri həcmində götürülür). Nümunələr qapaqlı steril şüşə qabda götürülərək (qarnir və salatlar ayrı qablarda saxlanılır), xüsusi soyuducuda və ya soyuducunun bu məqsədlə ayrılan bölməsində 48 saat ərzində 2-6°C temperaturda saxlanılır. Gündəlik nümunənin düzgün götürülməsi və saxlanma şəraiti üzərində nəzarətin tibb işçisi tərəfindən həyata keçirilməsi;

– tibbi-metodiki tövsiyələr əsasında müəssisədə qalma saatından asılı olaraq gün ərzində uşaqlar üçün müvafiq sayda qidalanmanın təmin edilməsi;

– müəssisənin qida anbarı, yeməkxana və mətbəx otaqlarının yanğın təhlükəsizliyi qaydalarına, sanitariya normalarına və qaydalarına, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun fəaliyyət göstərməsi, mətbəx işçilərinin daxili təlimatlara uyğun xidmətinin təmin edilməsi.

Əvvəlki Yazı

Azərbaycan nefti bahalaşıb

Növbəti Yazı

Azərbaycanda əmək müqavilələrinin sayı artıb

EKSKLUZİV

Qazax şəhər qəbiristanlığında iməcilik keçirilib

Qazax şəhər qəbiristanlığında iməcilik keçirilib

13 Oktyabr 2025 / 10:57
1
AHİK sədrindən xalqa hörmətsizlik – məmurlardan qalan artıqları…

AHİK sədrindən xalqa hörmətsizlik – məmurlardan qalan artıqları…

10 Oktyabr 2025 / 16:02
10
“Bank BTB” müştərilərin çox narazı qaldığı bank seçildi

“Bank BTB” müştərilərin çox narazı qaldığı bank seçildi

10 Oktyabr 2025 / 15:45
0
Nazirlik İskəndər Xəlilovun “ISR Plaza”sında yoxlama aparacaq

Nazirlik İskəndər Xəlilovun “ISR Plaza”sında yoxlama aparacaq

10 Oktyabr 2025 / 15:43
7

XƏBƏR LENTİ

Qazax şəhər qəbiristanlığında iməcilik keçirilib

AHİK sədrindən xalqa hörmətsizlik – məmurlardan qalan artıqları…

“Bank BTB” müştərilərin çox narazı qaldığı bank seçildi

Nazirlik İskəndər Xəlilovun “ISR Plaza”sında yoxlama aparacaq

Elşad Həsənovun şübhəli “birmənbə metodu”: 19,7 milyonluq üç müqavilənin izi ilə…

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

“WhatsApp” istifadəçilərinə ŞAD XƏBƏR – YENİLİK EDİLDİ

Konfrans iştirakçılarının Ağdərədəki kütləvi məzarlığı ziyarəti erməni faşizminin qlobal ifşasıdır

Şahin Şıxlinski və Səfərov qardaşlarının işi- işgəncə ilə alınan ifadə, yoxa çıxan general- Rusiyada SENSASİON GƏLİŞMƏ

Adnan Əhmədzadə ilə Vahid Ələkbərovun anlaşması necə olub?

General Ramiz Zeynalovun qardaşı oğlunun Dubaydakı mülkləri üzə çıxıb – SƏNƏDLƏR – FOTO

Qarabağa qayıdanların evləri kimlərə veriləcək? – VİDEO

Zəngəzur dəhlizindən son görüntülər – VİDEO

“Okean Avtosalon”unda 1,5 milyon manat vergidən yayınma

Kredit kartlarının ikiüzlü təsiri – ARAŞDIRMA

Tramp Nobel Sülh mükafatın ala bilmədi – FOTO

Şahin Şıxlinski ilə bağlı qərar verildi – FOTO

Daxili qoşunların fəaliyyəti ilə bağlı YENİ QANUN

Bakıda saxlanılan “Sputnik Azərbaycan”ın direktoru azadlığa buraxıldı

Lukaşenkonun Paşinyanla bağlı zarafatı sammitdə gündəm oldu

“Azərsun Holdinq”in ictimai etimadı təhlükədə

Fuad Ələsgərovun qəbulunda olan valideynin övladının vəsadəti qəbul olunmadı: PREZİDENTƏ VİDEOMÜRACİƏT

“Azərikart”ın lisenziyası məhdudlaşdırıldı – Mərkəzi Bankdan qərar

“Məlhəm” hospitalı yeni doğulan uşağı ailəsinə niyə göstərmir?

Ədəbiyyat üzrə Nobel mükafatı qalibi açıqlandı – Macar yazıçı

Putin AZAL faciəsinə görə Azərbaycan Prezidentindən üzr istədi, Rusiya TƏZMİNAT ÖDƏYƏCƏK

“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

Əminə Yusifqızı vəfat etdi

Gənclər və İdman Nazirliyində qalmaqal – WRO qalibləri diskvalifikasiya edildi, valideynlər kömək istəyir

Putinin dünya müharibəsinə getməsinə dair real risklər var”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« Fev   Apr »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.