Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Eldar Mahmudovun oğlu HƏBS edilə bilər

Aprel 12, 2025
A A

REDAKTORUN SEÇİMİ

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49

Anar Mahmudovun şəriki olmuş biznesmenin açdığı sirlər; hüquqşünas: “Ayaz Kərimov cinayətin açılmasında mühüm kömək göstərərsə…”

General Eldar Mahmudovun vəzifəsindən azad edilməsindən, xüsusi xidmət generallarının səs-küylü korrupsiya işi və MTN-in ləğvindən sonra iş adamı və İnformasiya Texnologiyaları(İT) şirkətlərinin sahibi Ayaz Kərimov da cinayət məsuliyyətinə cəlb edilib. Ona 2015-ci ildə cinayət işi başlanıb və barəsində İnterpol xətti ilə axtarış elan olunub. İstintaq orqanlarının məlumatına görə, Ayaz Kərimov Eldar Mahmudovun oğlu Anar Mahmudovun şəriki olub. Ovaxtkı Rabitə Nazirliyinin keçirdiyi bir neçə tenderin qalibi olmuş “Caspian Telekommunications” şirkətinin rəhbəri Ayaz Kərimov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovla dost olub. Onların həmçinin biznes şəriki olduqları bildirilir. Rabitə Nazirliyində baş vermiş qanun pozuntuları ilə bağlı başlanılan cinayət işi üzrə Ayaz Kərimovun barəsində 16 dekabr 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılıb, lakin o, cinayət təqibi orqanından gizləndiyinə görə istintaqa dəvət etmək və ona ittihamı elan etmək mümkün olmayıb. Bu səbəbdən də həmin tarixli qərarla barəsində axtarış elan edilib və Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Onun Abşeron rayonunda torpaq sahəsi 70 min manat, “Harley Devidson” markalı motosiklet 12.500 manat, “AKEY” MMC-nin adına rəsmiləşdirilmiş “Maserati Quatroporte” markalı avtomobil 155.733.8 manat, “Jaguar XJ” markalı avtomobil 140.529.473 manat məbləğində qiymətləndirilib. İş adamı Ayaz Kərimov uzun illər sonra sükutu pozub. O, Mahmudovların fəaliyyəti və onların ofşor şirkətlər vasitəsilə ölkədən milyardlarla vəsait oğurlanması sxemindən xəbərdar biridir. Haqqın.az-ın əməkdaşı Azərbaycanda hələ də barəsində cinayət işi olan Ayaz Kərimovla Bolqarıstanın paytaxtı Sofiyada görüşüb. Ayaz Kərimov 2002-ci ildən Kanada vətəndaşıdır.

Bakıda anadan olan biznesmen rus dilində keçən müsahibədə bəzi ilginc iddialar səsləndirib. Məsələn, deyib ki, İnterpol hələ 2018-ci ildə onun barəsində axtarış qərarını ləğv edib, onun indi sərbəst hərəkət etməsi üçün xüsusi çətinlik yoxdur. Amma onu Azərbaycanda hələ də axtarırlar və barəsindəki cinayət işinə xitam verilməyib. Biznesmen deyib ki, əslində təhdid yolu ilə Mahmudovları onun “Caspian Telekommunications” şirkətinə şərik ediblər. Belə məlum olub ki, biznesmen onun oğlu vasitəsilə o vaxt MTN rəhbəri olan atasına bahalı hədiyyələr də göndərib. Bunlar isə rəsm əsərləri və xalçalar olub. Onun dediyinə görə, Azərbaycanda şərikli işlətdikləri restorana görə vergi borcu Mahmudovun oğlunun onu aldatmasına görə yaranıb, belə ki, onun verdiyi pulları dövlətə ödəməyib. Keçmiş şəriki indi heç bir əlaqələri qalmayan generalın oğlunun ən çox yatırımlarının İspaniya olduğu barədə xəbərləri təsdiqləyib. Onun təxminlərinə görə, Mahmudovlar bir neçə yüz milyonu qanunsuz olaraq ölkədən çıxarıblar. Ayaz Kərimov onu da deyib ki, Eldar Mahmudov vəzifədən çıxarıldıqdan bir neçə il sonra oğlu ilə münasibətləri pisləşib. Onun iddiasına görə, Eldar Mahmodovun oğlu günlərin birində onu Kiprdə hətta döymək də istəyib. Barəsində hələ də cinayət işi və axtarış qərarı olan Ayaz Kərimov Azərbaycana qayıdıb Mahmudovlar haqda gerçəkləri danışmaq istədiyini də istisna etməyib.

Əvvəlki Yazı

XİN: AŞPA prezidentinin Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edir və pisləyirik

Növbəti Yazı

DİN: Həftəsonu bank kartlarından 41 min manat oğurlanıb

EKSKLUZİV

DTX-nın Bakıdakı anti-terror əməliyyatı Naxçıvana dron hücumunun təsadüfi olmadığını isbatladı

DTX-nın Bakıdakı anti-terror əməliyyatı Naxçıvana dron hücumunun təsadüfi olmadığını isbatladı

08 Mart 2026 / 16:22
3
İranın Naxçıvana hücumu hərbi-siyasi namərdlik və əxlaqsızlıq nümunəsidir”.

İranın Naxçıvana hücumu hərbi-siyasi namərdlik və əxlaqsızlıq nümunəsidir”.

05 Mart 2026 / 19:22
1
Qazax – İdman Paytaxtı 2026” nın açılış mərasimi olub – VİDEO

Qazax – İdman Paytaxtı 2026” nın açılış mərasimi olub – VİDEO

05 Mart 2026 / 19:17
1
“Qazax İdman paytaxtı 2026″ ilə əlaqədar Ulu Öndərin adını daşıyan parkda abadlıq işləri aparılıb və idman qurğuları quraşdırılıb

“Qazax İdman paytaxtı 2026″ ilə əlaqədar Ulu Öndərin adını daşıyan parkda abadlıq işləri aparılıb və idman qurğuları quraşdırılıb

05 Mart 2026 / 14:15
3

XƏBƏR LENTİ

DTX-nın Bakıdakı anti-terror əməliyyatı Naxçıvana dron hücumunun təsadüfi olmadığını isbatladı

İranın Naxçıvana hücumu hərbi-siyasi namərdlik və əxlaqsızlıq nümunəsidir”.

Qazax – İdman Paytaxtı 2026” nın açılış mərasimi olub – VİDEO

“Qazax İdman paytaxtı 2026″ ilə əlaqədar Ulu Öndərin adını daşıyan parkda abadlıq işləri aparılıb və idman qurğuları quraşdırılıb

İcra başçısı “Qazax İdman paytaxtı 2026″nın açılış mərasimi ilə əlaqədar Qazaxda səfərdə olan media nümayəndələri və qonaqlarla görüşüb

Bu gün Qazaxda “İdman Paytaxtı”nın açılış mərasimi keçiriləcək

“Qarabağ”ın 90 dəqiqədə reallaşdırdığını, “Banket diasporu” illərlə edə bilmir!

“Qazax İdman paytaxtı 2026″nın təntənəli açılış mərasimi keçiriləcək

Şamil Ayrım əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun övladları ilə görüşdü

Qazax idman paytaxtı seçildi: Şəhər bu statusa nə dərəcədə hazırdır?

İpoteka kreditləşməsi üçün banklara yeni limitlər ayrıldı

“Azəriqaz”ın milyonlarla borcu yarandı

İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

İsrail daha bir ölkədə hərbi əməliyyatlara başladı – TƏCİLİ

İran YOL ayrıcında – REJİM dəyişikliyi, yoxsa sistemdə İSLAHAT…

İranın bombaladığı ölkələr və itkilərin sayı – SİYAHI

Bu il Azərbaycanda referendum gözlənilir – nələr dəyişəcək?

Neftin qiyməti kəskin bahalaşdı

Tikinti şirkətlərinin özbaşınalığına son: Kompensasiya necə ödənilməlidir?

17 gün İŞ OLMAYACAQ – Həmin TARİXLƏR

Hərbi rəhbərlərin ölümü TƏSDİQLƏNDİ

Universitetlərdə dərs müddəti azaldılmalıdır?

İranla bağlı GİZLİ STRATEGİYA üzə çıxdı, Putin Tehrana… — ŞOK DETALLAR

DÜNYADA UCUZLAŞIR, BİZDƏ BAHALAŞIR… – Azərbaycanda ərzağın qiyməti niyə enmir?

Bu siqaret şirkətlərinin bazarı öldü – SƏBƏB

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

İran danışıqlara gedir, ya yox? – Ziddiyyətli açıqlamalar

ŞAD XƏBƏR: Onlara da ünvanlı sosial yardım veriləcək

SEPAH Məsud Pezeşkianı kənarlaşdırıb, yoxsa onun səlahiyyətləri artıb?

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Mar   May »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.