Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

“Ailəmin və özümün təhlükəsizliyimi təmin etmək üçün ölkədən çıxmağa məcbur qaldım”

May 21, 2025
A A

REDAKTORUN SEÇİMİ

250 saylı məktəbin direktorunun diplomu saxtadır? – İDDİA

250 saylı məktəbin direktorunun diplomu saxtadır? – İDDİA

19 Sentyabr 25 / 15:51
Nərimanov Tibb Mərkəzində təmir bitmir :19 milyon hara gedib?

Nərimanov Tibb Mərkəzində təmir bitmir :19 milyon hara gedib?

19 Sentyabr 25 / 15:11
“Bravo”dan alıcılara endirim fırıldağı-Videofakt

“Bravo”dan alıcılara endirim fırıldağı-Videofakt

19 Sentyabr 25 / 13:12
Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… Yeni direktor dərman firmalarını qovdu

Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… Yeni direktor dərman firmalarını qovdu

19 Sentyabr 25 / 12:24
AZAL-ın taksi monopoliyası: AĞLASIĞMAZ QİYMƏTLƏR

AZAL-ın taksi monopoliyası: AĞLASIĞMAZ QİYMƏTLƏR

18 Sentyabr 25 / 16:51

– Okan bəy, ilk öncə oxucularımız üçün özünüzlə bağlı qısa məlumat vermənizi istərdik.

– Mən Bağcıtək Okan Nizamettin oğlu 1999-cu il oktyabrın 22-də Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasında anadan olmuşam. Orta məktəbi Naxçıvanda oxuduqdan sonra Türkiyə Respublikas Sdinop şəhərində ali məktəbə qəbul olmuşam. Maddi çətinliklər səbəbindən ali təhsilimi tam başa vurmamış yenidən Azərbaycana qayıtmışam. 2022-ci ildən Bakı şəhərində yaşamağa başladım.

– Bəs mətbuata gələn yolunuz necə baş verdi?

– Bir gənc olaraq işləməklə yanaşı həm də cəmiyyətə faydalı olmaq iddiasındaydım. Eyni zamanda ətrafımda baş verən qanunsuzluqlara, haqsızlıqlara biganə qala bilmirdim. Beləcə Bakıda olarkən işləmək üçün “cumhuriyyet.az” internet portalına müraciət etdim, burda əvvəlcə fotomüxbir, daha sonra araşdırmaçı jurnalist kimi çalışmağa başladım.

– Siz müxalif tənqidçi yazar kimi tanındınız. Bununla bağlı yəqin hansısa çətinliklərlə üzləşmisiniz.

– Çətinliklər demək biraz yüngül olar. Yazılarımda tənqidi və siyasi məqamlar yer aldığından hakimiyyət orqanları tərəfindən nəzarətə götürüldüm.Azərbaycanda yaşadığım müddətdə siyasi baxışlarıma və qanunsuzluqlara etiraz etdiyimə görə dəfələrlə ailə üzvlərim və özüm təzyiqlərə məruz qalmışam. Anam Kazımova Rəsmiyyə Həsən qızına məxsuz Bakı şəhəri Suraxanı rayonu Binə sovxozu ərazisindəki evinin hasarı icra hakimiyyəti tərəfindən sökülmüş və mülkiyyət hüququmuz pozulmuşdur. Bununla bağlı müvafiq qurumlara, Ombudsmana və Rayon icra hakimiyyətinə müraciət etmişəm. İcra hakimiyyətində müraciətimə qanuni cavab vermək əvəzinə məni müxalif düşüncəli və jurnalist olduğuma görə təhqir etmişlər.

– Bildiyimizə görə, tək sizə yox, yaxınlarınıza, əzizlərinizə də təzyiq göstərilib.

– Bəli, yaxın qohumum Cəfərli Elmir Elnur oğlu mənə görə təzyiqlərə məruz qalmış, sonunda həbs edilmişdir. Belə ki, mən mənəvi qardaşım bildiyim Elmirlə bir evdə yaşayırdıq. Dəfələrlə Elmir heç bir əsas olmadan polis şöbəsinə çağrılmış orda ondan mənim sərt yazılarıma son qoymağı tələb etmiş, əks halda onu həbs edəcəkləri ilə hədələmişlər. Nəhayət  2024-cü ildə Elmir idarə etdiyi avtobusda əvvəlcədən öyrədilmiş Abdullayev Natiq Dursun oğlu tərəfindən qəsdən mübahisəyə cəlb edilmiş və mənə təzyiq üçün Elmir şərlənərək həbs edild

– Bəs ölkədən getməyiniz necə baş verdi?

– Elmir həbs olunarkən həmin zaman da mənə mövqeyimdən dönməyi, jurnalist fəaliyyətimi dayandırmağı tələb edib, əks halda mənəvi qardaşımın azadlıqdan məhrum olacağını bildiriblər. Mən bu tələblərə də əməl etmədikdə Elmirə saxta ittihamla 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası kəsildi. Bununla da məni yolumdan döndərə bilmədikdə özümü küçədən adam oğurluğu qaydasında polis şöbəsinə gətirərək, burda mənə işgəncə verib jurnalist fəaliyyətimi dayandırmağı və dərc olunan yazıları silməyi tələb ediblər. Bildiriblər ki, bu deyilənləri etməsəm, hansı yolla olursa olsun mənim özümü də həbs edəcəklər. Əvvəlllər də dəfələrlə bu kimi təhdidlərlə üz üzə qalmışam, amma artıq evli idim və yoldaşım hamilə idi. Ailəmin, gələcək övladımın təhlükəsizliyini təmin etmək üçün ölkədən çıxmaq məcburiyyətində qaldım.

– Okan bəy, ölkədən kənarda olmaq necə bir hissdir?

– Təbii olaraq mən də digərləri kimi öz ölkəmdə, azad cəmiyyətdə yaşamaq istərdim. Amma bu artıq mümkün deyildi. Ailəmin və özümün təhlükəsizliyimi təmin etmək üçün ölkədən çıxmağa məcbur qaldım. Amma bu mübarizənin sonu deyil. Mən burda da Azərbaycanda demokratik quruculuq, haqsızlığa qarşı hərakatda iştirak edirəm. Bir müddət öncə mayın 17-də Fransanın Nant şəhərində Tofiq Yaqubluya azadlıq tələbi ilə keçirilən aksiyada iştirak etdim. Bundan sonra da bu fəaliyyətimi davam etdirəcəm.

Əvvəlki Yazı

Azərbaycanda erkən evliliklər azalır

Növbəti Yazı

Prezident konfrans iştirakçılarına məktub ünvanladı

EKSKLUZİV

Bakıdakı məşhur bazar söküləcək

Bakıdakı məşhur bazar söküləcək

20 Sentyabr 2025 / 16:39
0
Ukraynanın azadlığı uğrunda daha bir azərbaycanlı şəhid oldu

Ukraynanın azadlığı uğrunda daha bir azərbaycanlı şəhid oldu

20 Sentyabr 2025 / 16:32
0
Adnan Əhmədzadə vətənə xəyanət edib?! Rusiya izi və qalmaqallı həbsə dair ŞOK DETALLAR

Adnan Əhmədzadə vətənə xəyanət edib?! Rusiya izi və qalmaqallı həbsə dair ŞOK DETALLAR

20 Sentyabr 2025 / 16:30
0
SON DƏQİQƏ! “Formula-1” üzrə müqavilə uzadıldı – Bu tarixə kimi…

SON DƏQİQƏ! “Formula-1” üzrə müqavilə uzadıldı – Bu tarixə kimi…

20 Sentyabr 2025 / 16:29
1

XƏBƏR LENTİ

Bakıdakı məşhur bazar söküləcək

Ukraynanın azadlığı uğrunda daha bir azərbaycanlı şəhid oldu

Adnan Əhmədzadə vətənə xəyanət edib?! Rusiya izi və qalmaqallı həbsə dair ŞOK DETALLAR

SON DƏQİQƏ! “Formula-1” üzrə müqavilə uzadıldı – Bu tarixə kimi…

Paşinyanın sonrakı hakimiyyətə saxlayacağı miras – Ter-Petrosyan niyə “tüstülənir”?

Hava limanında özbaşınalıq: qolundakı 20 qramlıq qolbağa görə müəlliməni cəzalandırıblar (SƏNƏD)

Ukrayna ordusu Donetskdə 7 yaşayış məntəqəsini azad edib: “2456 RUS HƏRBÇİ ÖLDÜRÜLÜB”

“Azərbaycan Dəmir Yolları”nda növbəti skandal: bütün kasssirlər vəzifədən azad edilib

Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb

Qənimət Zahid Baş Prokurorluğa çağırılıb – Barəsində axtarış elan olunub

POLŞA, ESTONİYA… NÖVBƏ KİMİNDİR? – Kreml azğınlaşır, NATO çaş-başdır…

Adnan Əhmədzadənin həbs xəbəri yayıldı: Oliqarx nədə ittiham olunur?

Paşinyan: İrəvanla Bakı arasında faktiki sülh bərqərar olub

Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə – Borclar silinə bilər

İcra başçıları daha bir səlahiyyətini itirdi – dəyişən nə olacaq?

Külək və yağış ayın neçəsinə qədər davam edəcək?- PROQNOZ

Azərbaycan Asiya nəhəngindən yeni silah ala bilər – düşmənlərə mesaj

İrəvandan Bakıya birbaşa təyyarə uçdu: Andranik Simonyan Azərbaycana gəldi

Bu gün suverenliyimizin tam bərpası günüdür

Bakıda 3 gün ardıcıl yağış yağacaq – XƏBƏRDARLIQ

İsrail İranı Putinin “xeyir-dua”sı ilə vurub – SENSASİYA

Hərbi prokurorun müavini işdən çıxarıldı – Yeni təyinat

Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin katibi Bakıya gəlir

250 saylı məktəbin direktorunun diplomu saxtadır? – İDDİA

Bakıda iki tanınmış məktəbə bir xanım rəhbərlik edir? – RƏSMİ CAVAB

Leysan, yağış yağacaq- Hava PROQNOZU

Taboşar dağının yeni büsatı – vaxtilə burada uran filizi hasil edən qaloş zavodu varmış

Nərimanov Tibb Mərkəzində təmir bitmir :19 milyon hara gedib?

SEPAH terrorçu təşkilat kimi tanındı – nə vaxtsa Azərbaycan da…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Apr   İyn »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.