ABŞ Prezidenti Donald Trampın Ukrayna böhranını həll etmək istəyi onun sülhməramlı kimi tarixə düşmək arzusunu göstərir.
Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Onun daxili motivasiyasını mühakimə edə bilmərəm, amma o, bu böhranı həll etmək istədiyini söylədi. Ola bilsin ki, o, sülhməramlı kimi tarixə düşmək istəyir; ola bilsin ki, o, əvvəlki administrasiyaların günahlarını yumaq istəyir; ola bilsin ki, bu onun Amerikanın böyük dövlət statusuna qayıtması ilə bağlı baxışlarının bir hissəsidir”, – Zaxarova bildirib.