Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

İcra başçısı şəhid atasının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

May 26, 2025
A A

REDAKTORUN SEÇİMİ

250 saylı məktəbin direktorunun diplomu saxtadır? – İDDİA

250 saylı məktəbin direktorunun diplomu saxtadır? – İDDİA

19 Sentyabr 25 / 15:51
Nərimanov Tibb Mərkəzində təmir bitmir :19 milyon hara gedib?

Nərimanov Tibb Mərkəzində təmir bitmir :19 milyon hara gedib?

19 Sentyabr 25 / 15:11
“Bravo”dan alıcılara endirim fırıldağı-Videofakt

“Bravo”dan alıcılara endirim fırıldağı-Videofakt

19 Sentyabr 25 / 13:12
Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… Yeni direktor dərman firmalarını qovdu

Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… Yeni direktor dərman firmalarını qovdu

19 Sentyabr 25 / 12:24
AZAL-ın taksi monopoliyası: AĞLASIĞMAZ QİYMƏTLƏR

AZAL-ın taksi monopoliyası: AĞLASIĞMAZ QİYMƏTLƏR

18 Sentyabr 25 / 16:51

Vətən, torpaq, yurd, el-oba, bu amallar uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalmış igid oğullarımız xalqımızın qəlbində əbədi yaşayacaqdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan igid, mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.

Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid Vətən oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.

Comərdov Rasim Bəxtiyar oğlu da Birinci Qarabağ müharibəsi zamanı mənfur düşmənin gülləsinə tuş gələrək şəhid olub.

Rasim Comərdov 28 oktyabr 1973-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1980-ci ildə Qazax rayon Yavər Mirzəyev adına Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1991-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 18.12.1996-cı ildə Quşçu Ayrım kəndində ermənilərin açdığı atəş nəticəsində şəhid olmuşdur. Mülki şəhiddir. Subay idi.

Mayın 22-də şəhidimizin atası Comərdov Bəxtiyar Abdurəhman oğlu dünyasını dəyişib. Mayın 23-də şəhid atası Quşçu Ayrım kənd qəbiristanlığında dəfn edilib.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə şəhid atasının hüzr mərasimində iştirak edib. İcra başçısı Rəcəb Babaşov mərhum Bəxtiyar Comərdovun vəfatından kədərləndiyini bildirib, şəhidimizin qardaşına, mərhumun övladlarına, yaxınlarına dərin hüznlə başsağlığı verib. İcra başçısı illər ötsə də Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində, eləcə də digər döyüşlər zamanı şirin canlarından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə olan sonsuz ehtiramın heç zaman dəyişməyəcəyini, əksinə daha da artacağını söyləyib. “Bu gün özümə borc bildim ki, şəhidimizin atasının hüzr mərasimində iştirak edim”, – deyən icra başçısı şəhidlərimizlə yanaşı, onların ata və analarının da bizlər üçün doğma olduqlarını vurğulayıb.

Əvvəlki Yazı

Nazirlərlə görüşmək istəyənlərin NƏZƏRİNƏ

Növbəti Yazı

Əvəz Zeynallının vəziyyəti ağırlaşır

EKSKLUZİV

Bakıda 3 gün ardıcıl yağış yağacaq – XƏBƏRDARLIQ

Bakıda 3 gün ardıcıl yağış yağacaq – XƏBƏRDARLIQ

19 Sentyabr 2025 / 17:36
2
İsrail İranı Putinin “xeyir-dua”sı ilə vurub – SENSASİYA

İsrail İranı Putinin “xeyir-dua”sı ilə vurub – SENSASİYA

19 Sentyabr 2025 / 17:34
2
Hərbi prokurorun müavini işdən çıxarıldı – Yeni təyinat

Hərbi prokurorun müavini işdən çıxarıldı – Yeni təyinat

19 Sentyabr 2025 / 17:28
2
Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi

Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi

19 Sentyabr 2025 / 16:15
2

XƏBƏR LENTİ

Bakıda 3 gün ardıcıl yağış yağacaq – XƏBƏRDARLIQ

İsrail İranı Putinin “xeyir-dua”sı ilə vurub – SENSASİYA

Hərbi prokurorun müavini işdən çıxarıldı – Yeni təyinat

Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin katibi Bakıya gəlir

250 saylı məktəbin direktorunun diplomu saxtadır? – İDDİA

Bakıda iki tanınmış məktəbə bir xanım rəhbərlik edir? – RƏSMİ CAVAB

Leysan, yağış yağacaq- Hava PROQNOZU

Taboşar dağının yeni büsatı – vaxtilə burada uran filizi hasil edən qaloş zavodu varmış

Nərimanov Tibb Mərkəzində təmir bitmir :19 milyon hara gedib?

SEPAH terrorçu təşkilat kimi tanındı – nə vaxtsa Azərbaycan da…

“Bravo”dan alıcılara endirim fırıldağı-Videofakt

Allahşükür Paşazadənin qızına məxsus “Zəhra Clinic”in vergi borcu yaranıb

Milli Məclisdə mübahisə: “Naxçıvanla bağlı dediyiniz fikri qəbul etmirəm, bu sözləri deyəndə ehtiyatlı olun”

Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… Yeni direktor dərman firmalarını qovdu

Həbsdə olan jurnalist müalicə müəssisəsinə yerləşdirilib

Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb

DGK Mərkəzi Hospitalının 274 min manatlıq tenderini cərimələnmiş şirkət uddu – MMC-nin sahibini “Nurgün Holding”in sahibi ilə əlaqəsi

“Şərurlu İsfəndiyar” həbs olunub?

Aeoroportdakı taksi qiymətlərinə yenidən baxılacaq?

Məktəb direktorunun səs yazısı ilə bağlı araşdırma başlanılıb

Kasparovdan eiraflar: “Bakıya getmək arzum var…”

Erməni lobbisinin fiaskosu: ABŞ Konqresi anti-Azərbaycan xarakterli düzəlişləri rədd etdi

Azərbaycanda qumar şəbəkəsi ifşa olundu: DİN-dən ƏMƏLİYYAT – VİDEO

“Təhsil yox, soyğun var!” – Təhsil haqqının artırılması ilə bağlı NAZİRƏ ETİRAZ

Fransa böhranı qlobal miqyasda: küçə etirazlarından Afrikaya və Yaxın Şərqə uzanan təsirlər

“AST Telman”ın killerinə ağır cəza

Putinin yaxın adamı Azərbaycana görə istefa verib?

Milli dərman sektorunda “inqilab” – xaricdən asılılıq azalır

Azərbaycana borclu olanlar, borclu olduğumuz ölkələr – aradakı fərq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Apr   İyn »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.