Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Paşinyanın sonrakı hakimiyyətə saxlayacağı miras – Ter-Petrosyan niyə “tüstülənir”?

Sentyabr 20, 2025
A A

REDAKTORUN SEÇİMİ

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49

Kapitulyant Ermənistanda sülh və müharibə tərəfdarları arasında rəqabət axırıncı həlledici mərhələsinə girib. Yeganə pozitiv budur ki, birincilər hakimiyyətdədir və ictimai dəstəkləri güclü olmasa da, radikal-revanşist müxalifətdən aşağı da deyil, yuxarıdır.

Gözlənilən idi. Ağ Evdəki 8 avqust anlaşmalarından, o sırada sülh sənədinin paraflanması və Zəngəzur dəhlizi ilə bağlı ortaq razılıqdan sonra “böyük ermənistan” xəyalpərəstlərinin hərəkətə keçməsi qətiyyən təəccüblü deyil. Kilsə və xaricdəki lobbi də daxil, indi bu xəstə başları bir məsələ düşündürür: Paşinyan iqtidarını necə iqtidardan salmaq ki, sülh müqaviləsinin imzalanması mümkün olmasın…

“Mən Ermənistanın növbəti hakimiyyətinə həsəd aparmıram. Nədən ki, Paşinyan o qədər çətin miras qoyub ki, ondan xilas olmaq praktiki olaraq mümkün deyil”.

Bunu sabiq prezident Levon Ter-Petrosyan hazırkı hökumətin apardığı siyasəti şərh edərkən bildirib.

Birincisi, əslində bu bir etirafdır ki, baş nazir Nikol Paşinyan geridonməz müsbət bir prosesin başlanğıcını qoyub. “Dəmir yumruq”dan və 1 günlük antiterror əməliyyatından sonra da olsa…

İkinci yandan elədirsə, yəni “Paşinyanın mirasından qurtulmaq mümkün olmayacaqsa”, onda hakimiyyət dəyişikliyi üçün “yaxa cırmağa” nə gərək? Zavallı ermənilər üzərində “təcrübə dovşanları” kimi daha nə qədər eksperiment aparılacaq? Hərçənd düşdükləri acınacaqlı vəziyyətə görə ən çox erməni toplumu özü günahkardır.

Nəhayət, Nikol Paşinyanın özündən sonrakı hakimiyyətə saxlayacağı miras doğrudanmı ağır olacaq, yoxsa yüngül? Sözsüz ki, yüngül, əgər erməni toplumu sağlam məntiqlə düşünməyi öyrənsə və ya bacarsa. Niyə?

Çünki bu bədniyyətli xalqın təhlükəsiz və dinc inkişafına ən böyük maneə – “Dağlıq Qarabağ konflikti” artıq tarixdə qalıb. Bunun mükafatı olaraq isə Ermənistan heç vaxt olmadığı qədər qonşu Azərbaycan və Türkiyə ilə barışığın bir addımlığına gəlib. Sərhədlərin uğurlu delimitasiyası başlayıb və davam edir. Həmsərhəd bölgələrdə bir ilə yaxındır tam sakitlikdir. Paşinyanın bu gün söylədiyi kimi, 1 il 7 aydır sərhəddə bir erməni də öldürülməyib.

Belədirsə, o zaman sonrakı hakimiyyətə həsəd aparılmalıdır ki, işi xeyli asanlaşacaq. Di gəl, bir ayağı burda, bir arağı gorda olan, azərbaycanlıların etnik təmizlənməsi ilə fəxr edən Levon Ter-Petrosyan (məşhur videonu yada salın) tam əksini zənn edir, öz millətinə düz yolu göstərmək, ona şad xəbər vermək əvəzinə, öz soydaşlarında gələcəklə bağlı xof yaratmağa çalışır. Ona görə ki, zatı murdardır, irqçi-faşist düşüncəsindən, “miatsum” virusundan qurtulmayıb. Bir çox digər xəstə təfəkkürlü revanşist-radikallar kimi…

Bu mənada çox vacibdir ki, erməni cəmiyyəti avantüristlərin yox, yenə Paşinyanın arxasınca getsin. “Müharibə partiyası”na seçkilərdə yerini göstərsin. Çünki bu, həm də sülhlə yeni savaş arasında son seçim olacaq. O səbəbə “son” ki, növbəti müharibədən Ermənistan adlı qondarma dövlət, sadəcə, çıxmaya bilər.

Ümid edək ki, erməni xalqı bir daha yanlış seçim etməyəcək. Hər halda bu, ən əvvəl onun özünün xilası üçün lazımdır. Odur ki, nə qədər gec deyil, olanın – “real Ermənistan”ın qədrini bilsinlər. Paşinyan hardasa haqlıdır deyəndə ki, “Qarabağı itirib Ermənistanı qazanmışıq”.

Çox istəyən azdan da olur. Necə ki, vaxtilə Bakının “Dağlıq Qarabağa” ən yüksək muxtariyyət vermək təklifini işğalçı tərəf illərlə qulaqardı eləmişdi, böyük sülh qarşılığında Bakı-Ceyhan neft xəttini Ermənistandan keçirmək çağırışını “biz Qarabağı boruya dəyişmirik” kimi ədabaz reaksiya vermişdilər. Sonrası məlum…

Analitik xidmət,
Musavat.com

Əvvəlki Yazı

Hava limanında özbaşınalıq: qolundakı 20 qramlıq qolbağa görə müəlliməni cəzalandırıblar (SƏNƏD)

Növbəti Yazı

SON DƏQİQƏ! “Formula-1” üzrə müqavilə uzadıldı – Bu tarixə kimi…

EKSKLUZİV

İpoteka kreditləşməsi üçün banklara yeni limitlər ayrıldı

İpoteka kreditləşməsi üçün banklara yeni limitlər ayrıldı

02 Mart 2026 / 16:21
0
“Azəriqaz”ın milyonlarla borcu yarandı

“Azəriqaz”ın milyonlarla borcu yarandı

02 Mart 2026 / 16:20
0
İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

02 Mart 2026 / 14:21
5
İsrail daha bir ölkədə hərbi əməliyyatlara başladı – TƏCİLİ

İsrail daha bir ölkədə hərbi əməliyyatlara başladı – TƏCİLİ

02 Mart 2026 / 13:51
1

XƏBƏR LENTİ

İpoteka kreditləşməsi üçün banklara yeni limitlər ayrıldı

“Azəriqaz”ın milyonlarla borcu yarandı

İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

İsrail daha bir ölkədə hərbi əməliyyatlara başladı – TƏCİLİ

İran YOL ayrıcında – REJİM dəyişikliyi, yoxsa sistemdə İSLAHAT…

İranın bombaladığı ölkələr və itkilərin sayı – SİYAHI

Bu il Azərbaycanda referendum gözlənilir – nələr dəyişəcək?

Neftin qiyməti kəskin bahalaşdı

Tikinti şirkətlərinin özbaşınalığına son: Kompensasiya necə ödənilməlidir?

17 gün İŞ OLMAYACAQ – Həmin TARİXLƏR

Hərbi rəhbərlərin ölümü TƏSDİQLƏNDİ

Universitetlərdə dərs müddəti azaldılmalıdır?

İranla bağlı GİZLİ STRATEGİYA üzə çıxdı, Putin Tehrana… — ŞOK DETALLAR

DÜNYADA UCUZLAŞIR, BİZDƏ BAHALAŞIR… – Azərbaycanda ərzağın qiyməti niyə enmir?

Bu siqaret şirkətlərinin bazarı öldü – SƏBƏB

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

İran danışıqlara gedir, ya yox? – Ziddiyyətli açıqlamalar

ŞAD XƏBƏR: Onlara da ünvanlı sosial yardım veriləcək

SEPAH Məsud Pezeşkianı kənarlaşdırıb, yoxsa onun səlahiyyətləri artıb?

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Millət vəkili Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

Prezidentin təhlükəsizliyi milli hüququn mütləq tələbidir – Vəhdət partiyasından Vaşinqton insidentinə sərt reaksiya

“Mədəniyyət və Yaradıcı Sənayelər üzrə Xüsusi Təqaüd Proqramı – Gələcək üçün tarixi fürsət”- Aisa Aslanova

DİN-nin narkortiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi təqdirəlayiqdir

“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.