Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

İçməli su qıtlığı yaxınlaşır – Problemin qarşısını necə almaq olar?

Oktyabr 6, 2025
A A

REDAKTORUN SEÇİMİ

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49
Mütəxəssislər uzun illərdir xəbərdarlıq edirlər: yaxın illərdə içməli su çatışmazlığı bəşəriyyətin qarşılaşacağı ən böyük qlobal problemlərdən biri olacaq.
Artan əhali, dəyişən iqlim, çirklənmə və israfçılıq səbəbindən su ehtiyatları sürətlə tükənir. Azərbaycan üçün də bu problem kifayət qədər aktualdır. Bu təhlükəyə diqqət çəkmək və həll yolları tapmaq məqsədilə ötən həftə Bakıda Su Həftəsi keçirildi. Bu tədbirdə su böhranına qarşı planlar, strateji yanaşmalar və innovativ təkliflər səsləndirildi. Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:
Gələcək layihələr
Layihələrdən biri Azərbaycanda havadan su əldə edilməsidir. Bu layihə üçün mövcud texnologiyaların öyrənilməsi, Azərbaycanın iqlim və relyef şəraitinə uyğunluğunun qiymətləndirilməsi, həmçinin iqtisadi səmərəliliyin hesablanması həyata keçiriləcək. 2026-cı ildə ölkənin müxtəlif bölgələrində bu texnologiyanın tətbiq oluna biləcəyi ərazilər müəyyən ediləcək. Əsasən içməli su qıtlığının müşahidə olunduğu, yerli su mənbələrinin kifayət etmədiyi ərazilərə üstünlük veriləcək. 2027-ci ildə havadan suyun əldə edilməsi üzrə ilk pilot layihənin həyata keçirilməsi planlaşdırılıb.
Eyni zamanda, ölkədə yüksəkminerallaşmış yeraltı suların təmizlənməsi və istifadəyə cəlb edilməsi planlaşdırılıb. Digər bir layihə isə yaxın 15 ildə 26 su anbarının tikintisidir. 2025-2027-ci illərdə dörd, 2027-2030-cu illərdə doqquz, 2030-2040-cı illərdə 13 su anbarının tikintisinin tamamlanması nəzərdə tutulub.
“Bakıda səmərəli deyil”
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji kəşfiyyat fakültəsinin müəllimi, hidrogeoloq Allahverdi Tağıyevin sözlərinə görə, Azərbaycanda havadan su əldə edilməsi üçün ən əlverişli bölgə cənub zonasıdır: “Burada iki əsas prinsip mövcuddur: kondensasiya – havadakı rütubətin soyudulması zamanı suyun alınması və sorbsiya – sorbentlər vasitəsilə rütubət gecə udulur, gündüz qızdırılaraq su ayrılır. Lakin nəzərə alınmalıdır ki, bu texnologiya havadakı rütubətin normadan çox olduğu ərazilərdə tətbiq edilə bilər. Respublika üzrə rütubətin yüksək olduğu ərazilərdən biri cənub zonasıdır. Burada orta illik rütubət 74% təşkil edir və sözügedən texnologiyanın tətbiqi üçün uyğundur. Bakı şəhəri və Abşeron yarımadası Xəzər dənizi sahilində yerləşdiyi üçün yarımsəhra iqliminə aid olmasına baxmayaraq, nisbi rütubət yüksəkdir. Burada ortaillik nisbi rütubət 70-75% intervalındadır. Lakin bu göstərici fəsillər üzrə fərqli ola bilir. Məsələn, yayda 55-65% (ən aşağı səviyyə), qışda 80-85% (ən yüksək göstərici) təşkil edir. Yayda rütubətin aşağı düşməsi və yüksək enerji sərfi səbəbindən böyük şəhərlərdə (məsələn, Bakıda) əhalinin kütləvi su təchizatı üçün texniki baxımdan mümkün olsa da, iqtisadi cəhətdən sərfəli deyil. Ciddi hesablamalar aparılsa, bu metod mikroiqlimə və ekosistemlərə ciddi mənfi təsir göstərmir”.

“Azərbaycanda tətbiqi realdır”
Ekspert yeraltı suların minerallaşması layihəsindən də söz açdı: “Azərbaycanda duzlu və ya minerallaşmış yeraltı sular daha çox Abşeron yarımadasında, Kür-Araz ovalığında, xüsusilə Salyan, Neftçala və Sabirabad rayonlarında, həmçinin Naxçıvan və Qobustan ərazilərində yayılıb. Bu bölgələrdə qrunt suları səthə yaxın yerləşdiyi üçün intensiv buxarlanma və dəniz suyunun intruziyası nəticəsində duzluluqları artır. Belə suların təmizlənməsi üçün ən effektiv qurğular tərs osmoz və nanotexnologiya sistemləridir. Bu texnologiyalar yüksək və ortaminerallaşmış sular üçün daha qənaətlidir və Azərbaycanda tətbiqi realdır. Yüksəkminerallaşmış sular üçün elektrodializ və hibrid üsullar da mümkündür, amma daha bahalıdır. Azərbaycanda suların təmizlənməsində nanotexnologiyadan istifadə təcrübəsi mövcuddur. Belə ki, 2015-ci ildən fəaliyyətə başlamış Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi vasitəsilə içməli suyun keyfiyyəti beynəlxalq standartlara uyğun səviyyədə təmin edilir. Burada tətbiq olunan ultrasüzgəc texnologiyası suyun tərkibindəki mikroorqanizmləri, duzları və digər çirkləndiriciləri yüksək dəqiqliklə təmizləməyə imkan verir. Bu kompleks hazırda Bakı və Abşeron yarımadasının böyük bir hissəsinin su təminatında əsas rol oynayır”.
Üzən günəş panelləri, buxarlanma örtükləri
A.Tağıyevin fikrincə, yeni su anbarları iqlim dəyişikliyinin yaratdığı risklərə qarşı mühüm vasitədir. Çünki onlar çay axınındakı mövsümi dəyişmələri tənzimləyir, quraqlıq dövründə su ehtiyatı formalaşdırır və kənd təsərrüfatında, sənayedə, həmçinin içməli su təchizatında sabitliyi təmin edirlər: “Amma nəzərə almaq lazımdır ki, iqlim istiləşməsi şəraitində buxarlanma artdığı üçün anbarlarda su itkisi də çoxalır. Ona görə müasir anbarlarda su itkilərini minimuma endirən texnologiyalar – üzən günəş panelləri, buxarlanma örtükləri və s. tətbiq edilməlidir”.
“Bu texnologiya xeyli enerji tələb edir”
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ekoloq Rövşən Abbasov isə düşünür ki, bu layihələrin tətbiqi zamanı bəzi məqamlar nəzərə alınmalıdır: “Havadan su əldə edilməsi o qədər də məşhur texnologiya deyil. Nisbi rütubətlilik çox olan, digər su mənbələri olmayan ərazilərdə istifadə olunur. Amma bu texnologiya xeyli enerji tələb edir. Bəzi şirkətlər bu texnologiyaları gətirib fermerlərə sata bilərlər. Qrunt sularının duzsuzlaşdırılıraq su təminatı çox zəif olan yerlərə verilməsi mümkündür. Eyni prosesi kollektor sularını duzsuzlaşdıraraq etmək olar. Baş Muğan və Baş Mil kollektorları var ki, onların suları az minerallaşıb. Həmin yerlərdə suları duzsuzlaşdıraraq yerli əhalinin istifadəsinə vermək mümkündür. Amma elə yerdə etmək lazımdır ki, bu, çaylardan əlavə suların götürülməsinə səbəb olmasın”.
Ekosistem qanunlarına ziddir?
R.Abbasovun sözlərinə görə, su anbarlarını mümkün qədər az tikməliyik. Çünki bu, çayların suyunun tənzimlənməsinə gətirib çıxarır və ekosistem qanunlarına ziddir: “Elə ərazilər var ki, orada su anbarları tez dola bilər. Bu xüsusilə selli çaylara aiddir. Məsələn, Göyçay çayı üzərində 2003-cü ildə su anbarı tikildi. Çox qısa müddətdən sonra doldu. Həm də bənddən aşağıda çox ciddi fəsadlar verdi. Çalışmaq lazımdır ki, su anbarları tikilən zaman çaylardan gedən asılı gətirmələrin miqdarı nəzərə alınsın. Bəndi tikərkən hansı çayın üzərində olmasına fikir vermək lazımdır”.
Əvvəlki Yazı

ChatGPT-nin yaradıcısı süni intellektin dünyanı “ələ keçirə” biləcəyini etiraf etdi

Növbəti Yazı

Ölkədə yayılan virus təhlükəlidirmi?

EKSKLUZİV

İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

02 Mart 2026 / 14:21
3
İsrail daha bir ölkədə hərbi əməliyyatlara başladı – TƏCİLİ

İsrail daha bir ölkədə hərbi əməliyyatlara başladı – TƏCİLİ

02 Mart 2026 / 13:51
0
İran YOL ayrıcında – REJİM dəyişikliyi, yoxsa sistemdə İSLAHAT…

İran YOL ayrıcında – REJİM dəyişikliyi, yoxsa sistemdə İSLAHAT…

02 Mart 2026 / 13:49
0
İranın bombaladığı ölkələr və itkilərin sayı – SİYAHI

İranın bombaladığı ölkələr və itkilərin sayı – SİYAHI

02 Mart 2026 / 13:02
2

XƏBƏR LENTİ

İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

İsrail daha bir ölkədə hərbi əməliyyatlara başladı – TƏCİLİ

İran YOL ayrıcında – REJİM dəyişikliyi, yoxsa sistemdə İSLAHAT…

İranın bombaladığı ölkələr və itkilərin sayı – SİYAHI

Bu il Azərbaycanda referendum gözlənilir – nələr dəyişəcək?

Neftin qiyməti kəskin bahalaşdı

Tikinti şirkətlərinin özbaşınalığına son: Kompensasiya necə ödənilməlidir?

17 gün İŞ OLMAYACAQ – Həmin TARİXLƏR

Hərbi rəhbərlərin ölümü TƏSDİQLƏNDİ

Universitetlərdə dərs müddəti azaldılmalıdır?

İranla bağlı GİZLİ STRATEGİYA üzə çıxdı, Putin Tehrana… — ŞOK DETALLAR

DÜNYADA UCUZLAŞIR, BİZDƏ BAHALAŞIR… – Azərbaycanda ərzağın qiyməti niyə enmir?

Bu siqaret şirkətlərinin bazarı öldü – SƏBƏB

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

İran danışıqlara gedir, ya yox? – Ziddiyyətli açıqlamalar

ŞAD XƏBƏR: Onlara da ünvanlı sosial yardım veriləcək

SEPAH Məsud Pezeşkianı kənarlaşdırıb, yoxsa onun səlahiyyətləri artıb?

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Millət vəkili Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

Prezidentin təhlükəsizliyi milli hüququn mütləq tələbidir – Vəhdət partiyasından Vaşinqton insidentinə sərt reaksiya

“Mədəniyyət və Yaradıcı Sənayelər üzrə Xüsusi Təqaüd Proqramı – Gələcək üçün tarixi fürsət”- Aisa Aslanova

DİN-nin narkortiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi təqdirəlayiqdir

“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib

Vəhdət Partiyasından təklif: tələbə və alimlərə gediş haqqı güzəşti edilsin

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.