Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

Xaçmaza daşınan yarım ton narkotik mafiyanın gizli xəritəsi – FOTOLAR

Oktyabr 6, 2025
A A

REDAKTORUN SEÇİMİ

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49

3 İran vətəndaşı motorlu qayıqla Xəzər dənizinin Azərbaycan sektoruna daxil olmaqla Xaçmaz rayonu ərazisində sahilə çıxıblar. Onlar Xaçmaza narkotik daşıyıcıları olub. Dövlət Sərhəd Xidməti əməkdaşlarının həyata keçirdiyi əməliyyatla onlar saxlanılıb, istifadələrində olan sürətli qayıqda 510 kiloqram narkotik vasitə aşkarlanıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumatdan belə aydın olur ki, ilkin dindirmə zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları – 1979-cu il təvəllüdlü Atacani Tahir Xaləd, 1987-ci il təvəllüdlü Məxtumi Sadiq Ərazqurban və 1989-cu il təvəllüdlü Qangerme Omid Çalce olması müəyyən edilib.

Sərhəd pozucularının üzərindən aşkar edilən “Garmin” markalı GPS qurğusunun yaddaşına baxış keçirilərkən onların İran İslam Respublikası ərazisindən 1074 km məsafə qət edib Türkmənistan Respublikasının ərazi sularından keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olması müəyyən edilib.

WhatsApp Image 2025-10-06 at 12.23.15 (1).jpeg (135 KB)

Əməliyyat tədbirlərinin davamı nəticəsində hadisə yerində “Niva” markalı nəqliyyat vasitəsində 4 nəfər Azərbaycan vətəndaşı şübhəli şəxs qismində saxlanılıb.

Fаkt üzrə Baş Prokurorluqla birgə istintaq-əməliyyаt tədbirləri dаvаm еtdirilir.

İranlı narkoqaçaqçıların Xaçmaz ərazisini seçmələri təsadüfi idimi, yoxsa bu istiqamət artıq narkotik marşrutuna çevrilib?

Deputat, Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev Musavat.com-a açıqlamasında bildirib ki, son vaxtlar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Azərbaycan xüsusi xidmət orqanları, Dövlət Sərhəd Xidməti, Gömrük Xidməti, hüquq-mühafizə orqanları unikal əməliyatlar həyata keçirir və çox ciddi nəticələr əldə edilməkdədir:

“44 günlük Vətən müharibəsində qələbəmizdən sonra işğal altında olan və narkoqaçaqçıların sərbəst hərəkət etdikləri 130 kilometrlik ərazi qapandı. İran və Azərbaycan arasında olan bu zona bağlandıqdan sonra artıq beynəlxalq narkotrafiklə məşğul olan qurumlar digər marşrutlarla üstünlük verməyə məcbur olublar. Dəniz, quru və hava yolu ilə narkotrafikə yenidən baxılır və yeni marşrutlar axtarılır, köhnə marşrutlara dəyişikliklər etməkdədir. Azərbaycan Sərhəd Xidməti əməkdaşları yeni marşrutdan istifadə edən narkoqaçaqçıları yaxalayıblar.

Əgər xəritəyə fikir versək, narkotik vasitələrin qanunsuz dövriyyəsi 3 dövlətin ərazisində başlayır və region ölkələrinə yayılır. Əfqanıstandan İrana daşınan narkotiklər orada İran-Türkmənistan dövlət sərhədlərinin kəsişdiyi ərazidən Xəzər dənizinə çıxmaqla region dövlərlərinə daşınır. Narkotiklər əsasən Türkmənistan ərazisi ilə dənizə çıxarılır və neyrtal sular ilə Xəzərətrafı dövlətlərə aparılır”.

Arzu Nağıyev deyib ki, sentyabr, oktyabr aylarında Əfqanıstanda narkotik vasitələrin qanunsuz dövriyyəsi daha da artır:

“Təbii bitkilərdən hazırlanan daha güclü narkotiklər əldə edilir. Tiryək sulfat turşusu ilə yenidən işləndikdən sonra alınan heroin Əfqanıstandan qeyd olunan və digər marşrutlarla dünyaya yayılır. Son illər Azərbaycanda bu bəlaya qarşı bütün hüquq-mühafizə orqanları – Gömrük Xidməti, Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Prokurorluq və Daxili İşlər Nazirliyi çox ciddi şəkildə mübarizə aparırlar.

Əfqanıstandan Avropaya narkotik daşınmasının ən asan yolu Əfqanıstandan İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Moldova marşrutudur. Azərbaycan yerləşdiyi coğrafi məkan baxımından narkotiklərin daşındığı yolun bir hissəsidir. Qaçaqmal narkotik daşınması, silah alveri sərhədlərin açıq və qapalı olmasına rəğmən, bir an belə dayanmır.

Məlum məsələdir ki, Türkmənistandan gətirilən narkotik vasitələr Xaçmaz istiqamətində gedirsə, yəqin ki, bu, yeni marşrutla Rusiyaya aparılacaq bir narkotik partiyası ola bilərdi. Düşünürəm ki, prosesləri izləməklə yenilənmiş marşrutları müəyyən etmək olacaq.

Azərbaycan hüquq-mühafizə orqanlarının bu istiqamətdə apardığı mübarizə göz önündədir. Bu dünya narkoticarəti ilə qanunsuz məşğul olanlara bir siqnaldır”.

Deputat qeyd edib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların hazırlanması üçün xammalın qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi (Central Asian Regional Information and Coordination Centre for Combating Illicit Trafficking of Narcotic Drugs, Psychotropic Substances and their Precursors) fəaliyyətdədir:

“Əfqanıstandan yayılan narkotiklərin qarşısını almaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMT NCİ – UNODC) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan ilə birlikdə MARİƏM-in yaradılması üzrə layihəni həyata keçirir.

WhatsApp Image 2025-10-06 at 12.23.16.jpeg (50 KB)

Qazaxıstanın Almatı şəhərində yerləşən Mərkəzin məqsədləri narkotiklər sahəsində qeyri-qanuni əməllər üzrə məlumat mübadiləsinin təmin edilməsi və bu əməllərin qarşısını almağa yönələn birgə əməliyyatların təşkili və həyata keçirilməsinə yardım göstərməkdən ibarətdir.

Mərkəz üzv ölkələrdə narkotiklərlə mübarizə aparan və bu sahədə əməliyyat-axtarış fəaliyyətinin subyekti olan yəni polis, milli təhlükəsizlik, gömrük, sərhəd xidməti orqanları ilə əməkdaşlıq edir. Mərkəzin şəxsi heyəti yuxarıda qeyd olunan orqanların əməkdaşları sırasından açıq müsabiqə yolu ilə beynəlxalq komissiya tərəfindən müəyyən edilir.

Bundan başqa, hər bir üzv ölkə, habelə müşahidəçi statusuna malik olan digər ölkə və yaxud səlahiyyətli beynəlxalq təşkilat Mərkəzə səlahiyyətli nümayəndə (əlaqələndərici zabit) ezam etməklə əməliyyat məlumatının mübadiləsi və birgə əməliyyatların təşkilində güclü mexanizm qurmuş olurlar.

Bu mexanizmi daha da gücləndirmək məqsədi ilə İnterpol, Avropol, Ümumdünya Gömrük Təşkilatı və sair təşkilatlarla sıx əlaqələr qurulmaqdadır. Bu dövlətlərin koordinasiyalı şəkildə məlumat mübadiləsi var və bu, ciddi bir qurumdur. Burada həm müşahidəçi qismində iştirak edən dövlətlər, həm iştirakçı dövlətlər birmənalı şəkildə bu istiqamətdə çox ciddi həm təhlillər aparırlar, həm aşkarlama işi ilə məşğuldurlar. Düşünürəm ki, bu təsisat effektiv mübarizə üçün çox gözəl bir platformadır”.

Deputat vurğulayıb ki, Azərbaycanın sərhəd təhlükəsizliyinin gücləndirilməsi, xüsusilə İranla sərhəddə narkotik ticarətinə qarşı mübarizə uzunmüddətli planlama və əməkdaşlıq tələb edir:

“Hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə yanaşı, İran tərəfiylə dialoqun, birgə əməliyyatların və etibarlı informasiya mübadiləsinin gücləndirilməsi regionun təhlükəsizliyinə ciddi töhfə verə bilər. Narkotiklə mübarizə yalnız Azərbaycanın deyil, bütöv regionun prioritetidir və qonşu ölkələrlə əməkdaşlıq bu yolda ən effektiv vasitədir”.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

Əvvəlki Yazı

Naxçıvan gömrüyündən maneəsiz keçən narkotik Türkiyədə ələ keçdi / Foto

Növbəti Yazı

Mayora hücum edən kikboksçular yüngül cəza ilə azadlığa buraxıldılar

EKSKLUZİV

İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

02 Mart 2026 / 14:21
4
İsrail daha bir ölkədə hərbi əməliyyatlara başladı – TƏCİLİ

İsrail daha bir ölkədə hərbi əməliyyatlara başladı – TƏCİLİ

02 Mart 2026 / 13:51
0
İran YOL ayrıcında – REJİM dəyişikliyi, yoxsa sistemdə İSLAHAT…

İran YOL ayrıcında – REJİM dəyişikliyi, yoxsa sistemdə İSLAHAT…

02 Mart 2026 / 13:49
0
İranın bombaladığı ölkələr və itkilərin sayı – SİYAHI

İranın bombaladığı ölkələr və itkilərin sayı – SİYAHI

02 Mart 2026 / 13:02
2

XƏBƏR LENTİ

İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

İsrail daha bir ölkədə hərbi əməliyyatlara başladı – TƏCİLİ

İran YOL ayrıcında – REJİM dəyişikliyi, yoxsa sistemdə İSLAHAT…

İranın bombaladığı ölkələr və itkilərin sayı – SİYAHI

Bu il Azərbaycanda referendum gözlənilir – nələr dəyişəcək?

Neftin qiyməti kəskin bahalaşdı

Tikinti şirkətlərinin özbaşınalığına son: Kompensasiya necə ödənilməlidir?

17 gün İŞ OLMAYACAQ – Həmin TARİXLƏR

Hərbi rəhbərlərin ölümü TƏSDİQLƏNDİ

Universitetlərdə dərs müddəti azaldılmalıdır?

İranla bağlı GİZLİ STRATEGİYA üzə çıxdı, Putin Tehrana… — ŞOK DETALLAR

DÜNYADA UCUZLAŞIR, BİZDƏ BAHALAŞIR… – Azərbaycanda ərzağın qiyməti niyə enmir?

Bu siqaret şirkətlərinin bazarı öldü – SƏBƏB

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

İran danışıqlara gedir, ya yox? – Ziddiyyətli açıqlamalar

ŞAD XƏBƏR: Onlara da ünvanlı sosial yardım veriləcək

SEPAH Məsud Pezeşkianı kənarlaşdırıb, yoxsa onun səlahiyyətləri artıb?

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Millət vəkili Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

Prezidentin təhlükəsizliyi milli hüququn mütləq tələbidir – Vəhdət partiyasından Vaşinqton insidentinə sərt reaksiya

“Mədəniyyət və Yaradıcı Sənayelər üzrə Xüsusi Təqaüd Proqramı – Gələcək üçün tarixi fürsət”- Aisa Aslanova

DİN-nin narkortiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi təqdirəlayiqdir

“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib

Vəhdət Partiyasından təklif: tələbə və alimlərə gediş haqqı güzəşti edilsin

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.