Ağstafada küçələr zibilin içində batır. Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, sosial şəbəkələrdə ictimai fəal insanlar rayondakı natəmizlikdən narazılıq edirlər.
Özü də sözün gerçək mənasında… Bu məkandan yolu düşənlərin gözlərini şəhərin girəcəyindən ta çıxacağına qədər yolboyu kənarlardakı zibilliklər “oxşayır”.
Abdulləzim Orucov Ağstafada yaşayır. Deyir, şəhərin səliqəsi, təmizliyi sovet dönəmində qalıb. O vaxtlar hər səhər o başdan zibilyığan maşınlar küçəbəgüçə dolaşar, sakinlər yuxudan qalxanadək zibilliklər təmizlənərdi. İndi zibil sakinin təbirincə desək, adamın ağzına girir:
Zibil yola qədər gəlib çıxır. Gəlib aparan yoxdur. Yağış yağanda kanalizasiyalar dolur, axır yola… Biyabırçı günlərdəyik. Zibilxanalarımız da şəhərimizin “yaraşığıdır”. İlin-günün bu vaxtında harda milçək var? Ancaq biz evlərimizdə milçək əlindən otura bilmirik. İti pişiyidə demirəm.