Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

İlham Rəhimovun “politoloqu” Kremlin çirkin təbliğatını aparır + VİDEO

Oktyabr 8, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Bu günlərdə ARB kanalı hansısa “arxivdən” tapdığı Azad Məsiyev adlı bir nəfəri “politoloq” adı ilə efirə çıxarıb. “Ukrayna” sözünü belə düz-əməlli tələffüz edə bilməyən bu başabəla “politoloq” sözügedən kanalın efirində səsi titrəyə-titrəyə, dili topuq vura-vura (görünür, haqsız olduğunu bildiyi üçün) Rusiyanın Ukrayna ərazilərini işğal etməsinə haqq qazandırır, Vladimir Putini “göylərə qaldırır”, onu “dünyada öz sözünün sahibi olan nadir lider” adlandırır.

Adam, demək olar ki, Rusiyaya işləyən və buna görə hazırda vətənə xəyanət maddəsilə həbsdə yatan Nəzakət Məmmədovanın kişi variantıdır.

Bu da təəccüblü deyil. Çünki həmin bu Məsiyev “Putinin dostu”, milyarder İlham Rəhimovun rəsmi köməkçisidir. Bundan əvvəl Ədalət Partiyasının sədri, mərhum İlyas İsmayılovun köməkçisi olub. Rəhimovla İsmayılovun münasibətləri korlananda isə öz sədrinə üz çevirərək, İlham Rəhimovun yanına gedib. Məsiyevin Putinə “ülvi məhəbbəti”nin, qatı rusiyapərəst şərhlərinin və ARB-nin efirinə çıxarılmasının da arxasında Rəhimovun kölgəsi aydın görünür…

Afrikaya “Afirqa” deyən, bildiyi və bilmədiyi məsələlərdən ağzı köpüklənə-köpüklənə danışan Məsiyev iddia edir ki, guya Rusiyanın Ukraynadakı müharibəsi özünümüdafiə xarakteri daşıyır: “Rusiya “ən yaxşı müdafiə hücumdur” prinsipini tətbiq edir və Ukraynada öz gücünü göstərir… Rusiya Prezidentinin bir sözü var: “Neynirəm o dünyanı ki, orada “Rassiya” yoxdur?” Putin lazım olsa, mütləq nüvə silahı addımına da gedəcək…”

Və bütün bu cəfəngiyyat Azərbaycan kanalının efirinə verilir…

Adam Ukraynanın işğalına, dinc əhalinin qırılmasına, beynəlxalq hüququn, ədalətin vəhşicəsinə pozulmasına, Rusiyanın törətdiyi hərbi cinayətlərə qırmızı-qırmızı haqq qazandırır. Hansı ki, əsrlər boyu rus işğalından, son 30 ildə isə Rusiya dəstəyilə erməni işğalından əziyyət çəkmiş bir dövlətin – Azərbaycanın vətəndaşının bütün bunları dilə gətirməyə nə şüuru, nə insanlığı, nə də vicdanı yol verməməlidir. Əgər təbii ki, o adamda bunlar varsa…

Məsiyevin “rus sevgisi” deyəsən, gözlərini də kor edib. Yəqin, ona görə iddia edir ki, guya “Rusiyada müharibə hiss olunmur” və rus ordusu Ukraynanı uğurla işğal edir, irəliləyir və sair. Hansı ki, hazırda gündə bir neft emalı zavodu yanan, benzin növbələri günbəgün artan, iqtisadiyyatı kiçilən, dünya bazarlarındakı yerini itirən, Milli Rifah Fondu əriyən, Ukraynada bir milyona yaxın itki verən yaramaz bir hakimiyyətin yaratdığı bu rəzaləti heç Kremlin ən qızğın, başıpozuq təbliğatçıları belə Məsiyev kimi həyasızcasına “ört-basdır” etmirlər.

Məsiyev isə şefi “Putin İlham”-ın şərəfinə “Papadan artıq katoliklik edir”. Fəxrlə Rusiya ordusunun irəliləməsindən danışan bu “Rusiya aşiqinə” biriləri həm də desin ki, həmin bu ordu 4 ildir Donbas bataqlığından çıxa bilmir və hazırda tutduğu ərazi 3 il bundan əvvəl işğal etdiyi ərazidən kiçikdir…

Qərbin guya parçalandığına və bunun Putinin siyasi qələbəsi olduğuna dair iddialara gəlincə, əksinə, bu işğalçılıq müharibəsi Qərbi birləşdirdi və hərbi potensialını artırmağa məcbur etdi.

Ukrayna xalqının şəffaf, azad seçiminə də dil uzadan Məsiyev Zelenskini “Ukrayna üçün bəla” adlandırır, ən primitiv politoloqa belə yaraşmayan şəkildə hər şeyi onun – yəni, bir nəfərin üzərinə atır. Sonra yenə işğala haqq qazandıraraq, “müharibənin ilkin səbəblərinin” olduğunu deyir. Bununla da Kremlin mənfur narrativlərini olduğu kimi təkrarlayır.

Adam iddia edir ki, guya Ukrayna müharibəsinin başlamasının səbəbi NATO-nun Ukrayna vasitəsilə Rusiya sərhədlərinə yaxınlaşmasıdır. Tamamilə saxta arqument və bəhanə olduğu milyon dəfələrlə sübut olunan bu iddiadan fərqli olaraq, Rusiyanın özündə “Z-patriotlar” müharibənin başlanmasında əsas məqsədin işğalçılıq və SSRİ-nin bərpası olduğunu etiraf edir və bunu fəxrlə bəyan edirlər. Digər yandan, Rusiya zatən 4 yandan NATO ilə əhatə olunmuşdu, Pribaltika ölkələri 20 ildən çoxdur NATO-dadır və onlardan Moskvaya, Sankt-Peterburqa məsafə daha yaxındır, nəinki Ukraynadan. Müharibə başlayandan sonra isə əlavə olaraq Kremlin “qulağının dibindəki” Finlandiya və İsveç də Alyansa qoşulub.

Ölkəmizin əsas təbii strateji tərəfdaşı – qardaş Türkiyənin də NATO dövləti olduğunu, Azərbaycanın öz ordusunu Türkiyə standartlarına uyğunlaşdırdığını gözardı edən bu adam Alyansı şər qüvvə kimi təqdim edir. Baxmayaraq ki, bu təşkilat sırf müdafiə xarakterlidir və yarandığı gündən Rusiyadan fərqli olaraq, kiməsə hücum etməyib və kimsəni işğal etməyib.

Məsiyev açıq şəkildə ARB-nin efirində solovyovluq, simonyanlıq, skabeyevalıq edir. Aparıcı isə onun bu cəfəngiyyatına qulaq asır. Kremlin “ilkin səbəblər” bəhanəsini təkrarlayan bu “politoloq”a deyən yoxdur ki, Kreml istənilən qonşusuna, o cümlədən Azərbaycana qarşı da müharibəyə başlamaq üçün istədiyi qədər “ilkin səbəb” uydura bilər, necə ki, hazırda uydurur da. Bu gün Mardan, Solovyov və digərləri Azərbaycana dair bu “səbəbləri” artıq səsləndirməkdədirlər – ölkəmizi gah Türkiyə ilə birləşərək, NATO-nu Qafqaza gətirməkdə, gah Dağıstana iddia etməkdə, gah İrana qarşı hücumda İsrailə kömək etməkdə, gah rusofobluqda, gah Ukraynaya hərbi yardımda günahlandırırlar. Və artıq növbəti “SVO”-nun ya Qazaxıstana, ya da Azərbaycana qarşı olacağına dair sərsəm iddialar səsləndirilər. Bəs ARB-nin efirə çıxardığı bu “rusbaş” bunları görmür, eşitmir?

Görünür, Rusiya Azərbaycana qarşı da “ilkin səbəblər” bəhanəsilə təxribat, təcavüz aktı törətsə, bu “politoloq” eyni “uğurla” yenə Kremli müdafiə edəcək. Çünki tapşırıq belə olacaq…

Məyusedici hal həm də budur ki, sözügedən televiziya siyasi savadı və məqsədi, yumşaq desək, şübhə doğuran birisini “politoloq” kimi millətə sırıyır, bu cür idbar, bərbad Kreml təbliğatını Azərbaycan dilində efirə verir, bununla da Azərbaycan cəmiyyəti üçün təhlükə yaradır. Məqsəd nədir?

Axı bu adamın yeri Azərbaycan kanalı yox, Solovyovun, Simonyanın, Skabeyevanın verilişləridir! İlham Rəhimov zəhmət çəkib, bunu nədən Rusiya kanallarına çıxarmır?


Az qala Putin və Medvedev kimi, Rusiyanın dilindən dünyanı nüvə silahı ilə təhdid edən Məsiyev deyir: “Rusiya Ptrezidenti Putinlə zarafat eləməsinlər. O, sözünün və imzasının sahibi olan liderdir…”

Dayazlığın göstəricisi olan bu iddianın əksinə olaraq, misal kimi göstərmək olar ki, Putin dəfələrlə sözünü çeynəmiş, imzasını tapdamış, bir şey deyib, başqa şey edən, bu gün dediyini sabah inkar etmiş birisidir. Hakimiyyətin ilk on ilində bu adam dəfələrlə qəti şəkildə Krımın Ukrayna ərazisi olduğunu demiş, bununla bağlı ikitərəfli sənədlər imzalamış, sonrakı illərdə isə heç vaxt Ukrayna ilə müharibə aparmayacağını bəyan etmişdi. Həmçinin, rusiyalılara müharibələrə, korrupsiyaya, saxtakarlığa, talançılığa və s. son qoyacağına, onları “ağ günə çıxaracağına” söz vermişdi. Buna dair çoxsaylı videokadrlar, əyani sübutlar var. Amma sonradan bütün dediklərinin əksini etdi. Budur “sözünün sahibi” olmaq?

Ən əsası, Azərbaycanla strateji tərəfdaşlığa bərabər “Qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalayan Məsiyevin və Rəhimovun “lider”i – Putin indi həmin imzasının içinə edərək, ölkəmizə, millətimizə qarşı açıq düşmənçilik siyasəti aparmaqla, öz təbliğat tulalarını Azərbaycanın üstünə hürdürməklə məşğuldur. Azərbaycanın Ukraynadakı enerji infrastrukturunu vurduran da, Rusiyadakı azərbaycanlılara qarşı repressiyaları sifariş verən də, Azərbaycanın sərnişin təyyarəsini vurub, saymazlıqla məsuliyyətdən qaçan, özünü axmaqlığa qoyan da, bundan əvvəl Qarabağa “sülhməramlı” adı ilə soxulan da, ermənilərə silah verən də həmin bu “sözünün sahibi olan lider”dir – Putindir! 

Bütün bunlardan sonra onu “göylərə qaldırmaq” üçün ya gərək ağıldan kəm, ya da açıq vətən xaini olasan!

 


 

Cəlal Məmmədli

“AzPolitika.info”

Əvvəlki Yazı

“36 min ödədim, anamı öldürüb mənə verdilər” – Vəfat edən qadının qızı Respublika Diaqnostika Mərkəzində fəryad etdi

Növbəti Yazı

Kreml siyahı yaydı: Əliyev birincidir – FOTO

EKSKLUZİV

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

12 Yanvar 2026 / 11:06
8
Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

12 Yanvar 2026 / 11:04
1
NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

10 Yanvar 2026 / 23:27
5

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

10 Yanvar 2026 / 15:21
4

XƏBƏR LENTİ

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

GDU rektorunun yaxınları adamının restoranını məcburi satdırmaq istəyir – VİDEO

Vəhdət Partiyası paytaxtın üç qəsəbəsi ilə bağlı AYNA-ya müraciət etdi: 60 minə yaxın vətəndaş razı qalacaq

Astaranın deputatı balıq biznesinə girişib

Küçələr asfaltlanıb, işqılandırma sistemləri yenilənib – Qazaxdan REPORTAJ

Bakıda yeni ezoterik lojaya dair sənəd ortaya çıxıb

Yazılan əsər KEYFİYYƏT baxımından dəyərləndirilər, KƏMİYYƏT baxımından yox… 

Vəhdət Partiyasının sədri: “Prezident İlham Əliyevin hərbi siyasətə dair mövqeyi Azərbaycanın güclü dövlət modelini təsdiqləyir”

Bakıda çarəsiz 165 ailə Kəmaləddin Heydərova MÜRACİƏT etdi: “Cənab nazir, ümid Sizədir…”

İcra başçısı “Qazax İdman Paytaxtı-2026” çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı yaradılmış İşçi qrupunun üzvləri ilə görüşüb

Qatilin cəzası ağırlaşdı: Emil Ağacanov qətli amansızlıqla törədib

Milli birlikdən siyasi dialoqa: Vəhdət Partiyası ilə yekun vurur

Şəhidlərimizin xatirəsinə boks turniri keçirilib

Ramiz Mehdiyev və ətrafı özlərini unutdurmaq üçün süni gündəm yaratmağa çalışır- ŞOK!

İcra başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub

DTX sadə vətəndaşların mənzil arzusuna qəsd edənlərin arzusunu gözündə qoydu

Ruslan Eyyubova görə Bəylər Eyyubovun hədəf alınması məntiqsiz və qeyri-etikdir

“Ruslan Eyyubov işi”nin arxasından Ramiz Mehdiyev faktorunun çıxması mümkündür, çünki…

ELNARƏ AKİMOVANIN “MÜSAHİBƏ QƏZASI”.

Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI

Sensasion həbslər olacaq – Astroloq

Bu materialdan istifadə qadağan edilir – Ev tikənlər OXUSUN

Trampla Zelenskinin kritik görüşü BU TARİXDƏ baş tutacaq

Növbəti pandemiya ilə bağlı ŞOK PROQNOZ – Gündəm SİLKƏLƏNİR

Dövlət Tibb Müəssisələrinin analizləri kimlərin biznesinə xidmət edir?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.