Avropa İttifaqı Şurası Dünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında elektron siqaretlərin və filtrli tütün məmulatlarının qadağan edilməsinə dair təklif hazırlayır.
Medianews.az-ın məlumatına görə, Avropa İttifaqı Şurasında hesab edirlər ki, bu təşəbbüs siqaretlərin cəlbediciliyinin azaldılmasına xidmət edəcək.
Təklifdə filtrli siqaretlərin istehsalının, idxalının və paylanmasının qadağan edilməsi, həmçinin elektron siqaretlərə yasaq qoyulması nəzərdə tutulur.