Son aylarda Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində ciddi narazılıqlar, qeyri-şəffaf kadr təyinatları, əmək hüquqlarının pozulması, işçilərə psixoloji təzyiq və korrupsiya əlamətləri ilə bağlı iddialar artmaqdadır. Redaksiyamıza daxil olan məlumatlar və şikayətlər Mərkəzi Aran Regional Mədəniyyət İdarəsin rəisi vəzifəsini müvəqəti icra edən Tarverdiyev Namiq Zakir oğlu tərəfindən uzun müddətdir sistemli qanunsuzluqların mövcud olduğunu göstərir.
Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, mədəniyyət sahəsində heç bir təhsil və təcrübəsi olmayan, dövlət qulluğu keçməyən Zəfər Sovet oğlu Hacıyevə eyni zamanda iki mühüm vəzifəni “Mədəniyyət müəssisələri ilə iş sektoru”nun müdiri və Ağdaş Rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsi həvalə edilib. Bu təyinat Azərbaycan Respublikasının qanunvericiliyində dövlət vəzifəsi üçün tələb olunan ixtisas uyğunluğu, idarəetmə bacarıqları və səriştə meyarlarına ziddir. Paralel olaraq ali təhsilli, uzun illik təcrübəsi olan mədəniyyət işçilərinin, o cümlədən 40 illik iş stajına malik əməkdaşların kənarda saxlanılması idarədə açıq şəkildə ayrı-seçkilik yaradıldığı bildirilir.
Məlumatlara görə, son günlər Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinə guya “Mədəniyyət Nazirliyi tərəfindən 300 nəfərin ixtisar olunacağı barədə əmr gəldiyi” rəhbərlik tərəfindən iddia edilərək gizli monitorinqlər aparılır. Lakin həmin əmrin mövcudluğu işçilərdən gizlədilir, rəsmi iclas keçirilmədən əməkdaşlara psixoloji təzyiqlər göstərilir. Halbuki Əmək Məcəlləsinin tələblərinə görə, ixtisar barədə işçiyə azı 2 ay əvvəl yazılı şəkildə xəbərdarlıq edilməlidir, ixtisar proseduru tam şəffaf və əsaslandırılmış olmalıdır, işçilərin hüquqları və kompensasiyaları əvvəlcədən izah edilməlidir. Lakin idarədə bunun tam əksi baş verir. Mərkəzi Aran Regional Mədəniyyət İdarəsin rəisi vəzifəsini müvəqqəti icra edən Tarverdiyev Namiq Zakir oğlu, Hacıyev Zəfər Sovet oğlunu mədəniyyət müəssisələrinə eləcədə kitabxana və klub müəssisələrinə göndərərək əməkdaşların otaqlarına xəbərsiz daxil olunur, qadın əməkdaşları gizli izlənilir, “könüllü ərizə yaz” təzyiqi göstərilir. Bu isə həm qanunsuz, həm də etik baxımdan qəbuledilməz davranışdır Son baş vermiş hadisə idarədə vəziyyətin ciddiliyini daha da görünən edib. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, noyabrın 26-da Sektor müdiri Hacıyev Zəfər Ağdaşın kənd klubunda çalışan talassemiya xəstəsi olan xadimənin valideynini idarəyə çağıraraq onunla görüşmüşdür. İşçinin atasını qapalı otaqda təkbətək qəbul edib istədiyinə nail ola bilmədiyini gördükdə, Zəfər Hacıyev həmin şəxsin idarəyə dəvət olunmasını guya özündən xəbərsiz baş vermiş kimi təqdim edərək, bütün məsuliyyəti 40 illik təcrübəyə malik digər xanım əməkdaşın üzərinə atmağa cəhd etmişdir. Ardınca isə Zəfər Hacıyev həmin qadın əməkdaşın ünvanına tamamilə əsassız şəkildə şər-böhtan atmış, ona qarşı kobud formada psixoloji təzyiq göstərmişdir. O, heç bir faktiki əsası olmayan ittihamlarla əməkdaşı günahlandırmağa çalışmış, hətta rüşvət almaqda suçlamaq kimi ağır və ləyaqətə toxunan iddialar irəli sürərək onun peşəkar nüfuzunu zədələməyə cəhd etmişdir. Bu ittihamlar heç bir sübuta əsaslanmır və əməkdaşın uzun illik peşəkar nüfuzunu ləkələməyə yönəlik addım kimi qiymətləndirilir.
Hadisədən sonra isə idarə rəisi Namiq Tarverdiyev vəziyyəti hərtərəfli araşdırmadan, həm tərəflərin izahatını dinləmədən, həm də faktları dəqiqliklə öyrənmədən birbaşa Zəfər Hacıyevin mövqeyini müdafiə etmiş, bu qərarı ilə obyektivlik prinsiplərini pozmuş və idarədə qərəzli yanaşmanın bariz nümunəsini ortaya qoymuşdur.
Şikayətlərə əsasən Zəfər Sovet oğlu Hacıyev tabeliyində olan kənd mədəniyyət müəssisələrinin əməkdaşlarından mütəmadi şəkildə müxtəlif bəhanələrlə, “sovqat”, “pay”, digər maddi nəsnələr şəxsən özü toplayır. Bu isə Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9-cu maddəsinə görə vəzifə səlahiyyətlərindən şəxsi maraqlar naminə istifadə əlamətləri daşıyır. Həmçinin bu hal əmək münasibətlərində asılılıq yaradır, psixoloji təzyiq formalaşdırır, bu hal xidmət intizamının kobud pozuntusu hesab olunur.
Son aylarda Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində ciddi narazılıqlar, qeyri-şəffaf kadr təyinatları, əmək hüquqlarının pozulması, işçilərə psixoloji təzyiq və korrupsiya əlamətləri ilə bağlı iddialar artmaqdadır. Redaksiyamıza daxil olan məlumatlar və şikayətlər Mərkəzi Aran Regional Mədəniyyət İdarəsin rəisi vəzifəsini müvəqəti icra edən Tarverdiyev Namiq Zakir oğlu tərəfindən uzun müddətdir sistemli qanunsuzluqların mövcud olduğunu göstərir.
Məlumata görə, mədəniyyət sahəsində heç bir təhsil və təcrübəsi olmayan, dövlət qulluğu keçməyən Zəfər Sovet oğlu Hacıyevə eyni zamanda iki mühüm vəzifəni “Mədəniyyət müəssisələri ilə iş sektoru”nun müdiri və Ağdaş Rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsi həvalə edilib.
Bu təyinat Azərbaycan Respublikasının qanunvericiliyində dövlət vəzifəsi üçün tələb olunan ixtisas uyğunluğu, idarəetmə bacarıqları və səriştə meyarlarına ziddir. Paralel olaraq ali təhsilli, uzun illik təcrübəsi olan mədəniyyət işçilərinin, o cümlədən 40 illik iş stajına malik əməkdaşların kənarda saxlanılması idarədə açıq şəkildə ayrı-seçkilik yaradıldığı bildirilir.
Məlumatlara görə, son günlər Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinə guya “Mədəniyyət Nazirliyi tərəfindən 300 nəfərin ixtisar olunacağı barədə əmr gəldiyi” rəhbərlik tərəfindən iddia edilərək gizli monitorinqlər aparılır. Lakin həmin əmrin mövcudluğu işçilərdən gizlədilir, rəsmi iclas keçirilmədən əməkdaşlara psixoloji təzyiqlər göstərilir. Halbuki Əmək Məcəlləsinin tələblərinə görə, ixtisar barədə işçiyə azı 2 ay əvvəl yazılı şəkildə xəbərdarlıq edilməlidir, ixtisar proseduru tam şəffaf və əsaslandırılmış olmalıdır, işçilərin hüquqları və kompensasiyaları əvvəlcədən izah edilməlidir.
Lakin idarədə bunun tam əksi baş verir. Mərkəzi Aran Regional Mədəniyyət İdarəsin rəisi vəzifəsini müvəqqəti icra edən Tarverdiyev Namiq Zakir oğlu, Hacıyev Zəfər Sovet oğlunu mədəniyyət müəssisələrinə eləcədə kitabxana və klub müəssisələrinə göndərərək əməkdaşların otaqlarına xəbərsiz daxil olunur, qadın əməkdaşları gizli izlənilir, “könüllü ərizə yaz” təzyiqi göstərilir. Bu isə həm qanunsuz, həm də etik baxımdan qəbuledilməz davranışdır.
26.11.2025 -ci il tarixində baş vermiş hadisə idarədə vəziyyətin ciddiliyini daha da görünən edib.
Sektor müdiri Hacıyev Zəfər Ağdaşın kənd klubunda çalışan talassemiya xəstəsi olan xadimənin valideynini idarəyə çağıraraq onunla görüşmüşdür. İşçinin atasını qapalı otaqda təkbətək qəbul edib istədiyinə nail ola bilmədiyini gördükdə, Zəfər Hacıyev həmin şəxsin idarəyə dəvət olunmasını guya özündən xəbərsiz baş vermiş kimi təqdim edərək, bütün məsuliyyəti 40 illik təcrübəyə malik digər xanım əməkdaşın üzərinə atmağa cəhd etmişdir. Ardınca isə Zəfər Hacıyev həmin qadın əməkdaşın ünvanına tamamilə əsassız şəkildə şər-böhtan atmış, ona qarşı kobud formada psixoloji təzyiq göstərmişdir. O, heç bir faktiki əsası olmayan ittihamlarla əməkdaşı günahlandırmağa çalışmış, hətta rüşvət almaqda suçlamaq kimi ağır və ləyaqətə toxunan iddialar irəli sürərək onun peşəkar nüfuzunu zədələməyə cəhd etmişdir. Bu ittihamlar heç bir sübuta əsaslanmır və əməkdaşın uzun illik peşəkar nüfuzunu ləkələməyə yönəlik addım kimi qiymətləndirilir.
Hadisədən sonra isə idarə rəisi Namiq Tarverdiyev vəziyyəti hərtərəfli araşdırmadan, həm tərəflərin izahatını dinləmədən, həm də faktları dəqiqliklə öyrənmədən birbaşa Zəfər Hacıyevin mövqeyini müdafiə etmiş, bu qərarı ilə obyektivlik prinsiplərini pozmuş və idarədə qərəzli yanaşmanın bariz nümunəsini ortaya qoymuşdur.
Şikayətlərə əsasən Zəfər Sovet oğlu Hacıyev tabeliyində olan kənd mədəniyyət müəssisələrinin əməkdaşlarından mütəmadi şəkildə müxtəlif bəhanələrlə, “sovqat”, “pay”, digər maddi nəsnələr şəxsən özü toplayır. Bu isə Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9-cu maddəsinə görə vəzifə səlahiyyətlərindən şəxsi maraqlar naminə istifadə əlamətləri daşıyır. Həmçinin bu hal əmək münasibətlərində asılılıq yaradır, psixoloji təzyiq formalaşdırır, bu hal xidmət intizamının kobud pozuntusu hesab olunur.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsində baş verənlər, qeyri-şəffaf kadr təyinatları, qanunsuz monitorinq adı altında psixoloji təzyiq, qadın əməkdaşlara qarşı etik pozuntular, əsassız ittihamlar və böhtan, gizli manipulyasiya və yönləndirilmə, korrupsiya riskləri kimi çoxsaylı hüquqi pozuntuların mövcud olduğunu göstərir.
Məsələ ilə bağlı həm aidiyyəti dövlət qurumlarının, həm də hüquq-mühafizə orqanlarının təcili, obyektiv və hərtərəfli araşdırma aparması zəruri hesab olunur. baş verənlər, qeyri-şəffaf kadr təyinatları, qanunsuz monitorinq adı altında psixoloji təzyiq, qadın əməkdaşlara qarşı etik pozuntular, əsassız ittihamlar və böhtan, gizli manipulyasiya və yönləndirilmə, korrupsiya riskləri kimi çoxsaylı hüquqi pozuntuların mövcud olduğunu göstərir.
Məsələ ilə bağlı həm aidiyyəti dövlət qurumlarının, həm də hüquq-mühafizə orqanlarının təcili, obyektiv və hərtərəfli araşdırma aparması zəruri hesab olunur.
Hacıyeva Günay Məhəmmədəli qızı









