2025-ci ilin tarixə qovuşmasına sayılı günlər qalır. Geridə qoyduğumuz aylar həm dünyada, həm də regionumuzda gərginliklər, qeyri-müəyyənliklər və cavabsız suallarla yadda qaldı. İndi isə cəmiyyətin diqqəti qarşıdan gələn 2026-cı ilə yönəlib: yeni il hansı çağırışları və hansı gözləntiləri gətirəcək?
Xüsusilə bəzən səslənən pessimist proqnozlar cəmiyyətdə narahatlıq yaradır. Bəzi yanaşmalarda at ilinin müharibələr, kəskin qarşıdurmalar və kritik dönəmlərlə üst-üstə düşdüyü də vurğulanır. Bu baxımdan əsas sual belədir: 2026-cı il – at ili dünyaya və regionumuza nə vəd edir?

Bu suallara fərqli prizmadan baxmaq üçün astroloq, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimlini “TV Müsavat”a dəvət etdik, o, bu və diigər sualları cavablandırıb.
Musavat.com həmin videomaterialı təqdim edir.









