Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Mahalımızın sevimli qızi

Yanvar 28, 2026
A A

REDAKTORUN SEÇİMİ

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48

Həkimlər insanların sağlamlığı keşiyində dayanan, ən çətin, məsuliyyətli, gecəsi-gündüzü olmayan peşə sahibləridir. Biz ağlamlığımızı, bütövlükdə taleyimizi etibar edirik onlara.

Həqiqətən, çətin bir peşədir həkimlik. Çünki insanların sağlamlığıdır onların işinin mahiyyəti. Canlı varlıqlarla təmasdadır onlar. Bir kiçik səhv ilə həyatı tamamlanan, bir məsuliyyətli yanaşma ilə ölümdən xilas edilənlərlədir onların işi.

İnsan amili… İnsan sağlamlığı bütün ağ xalat geyinənlərin fəaliyyətinin prioritetidir. Tək fəaliyyətininmi? Xeyr, insan amili həm də onların hər birinin insanlığa dəyəri, qiymətidir. Çünki bu dəyər olmasa, məsuliyyət olmaz, məsuliyyət olmasa, insanlar sağlamlığını-həyatlarını itirər.

Bu məqaləmizdə biz şəfalı əlləri, məsləhət və tövsiyələri ilə can qurtaran, sağlamlığımızın keşiyində dayanmağı özünə həyat amalı seçən xilaskar Həcər Posu qızı Namazova haqqında söz açmağı qərara aldıq.

Bu gün Həcər Posu qızı Namazovanı tanıyanlar böyük qədirbilənliklə onu mərhəmət mücəssəməsi, el anası, ürəyi­nin odundan ailələrə nur paylayan insan adlandırırlar. Özünü təsdiq edən insanların ömrü onların əməlləri ilə ölçülür.

Ömür yoluna bir nəzər

Həcər Namazova böyük bir nəslin davamçısıdır. O,1958-ci ildə Qazax Rayonunun Dağ Kəsəmən kəndində Posu Namazovla Püstə Namazovanın ailə­sində dünyaya göz açıb. 1977-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub.1983-cü ildə Tovuz Rayon Mərkəzi Xəstəxanasında internatura keçib. 1989-1993-cü illərdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında Çaparlı kənd həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işləyib. 1993-2005-ci illərdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasında Təcili tibbi yardım şöbəsində şöbə müdiri vəzifəsində çalışıb. 2005-2017-ci illərdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Konsultativ poliklinikasının müdiri vəzifəsini icra edib. 2017-ci ildə Ağstafa Rayon Mərkəzi Xəstəxanasında ailə həkimi işləyib. 2023-cü ildən Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsində çalışır.

Təcili tibbi yardım şöbəsinin təşkilində böyük əmək sərf edərək bu tibb ocağının maddi texniki bazası­nı günümüzün tələblərinə uyğun yüksək səviyyədə təşkil edən Həcər xanım kadr seçiminə də xüsusi diqqət yetirir. O, həkim personalını işə götürəndə həmin şəxsin peşə bacarığını, elmi səviyyəsini müfəssəl öyrənir. Nəinki həkimlər, hət­ta orta və kiçik tibb işçiləri də Həcər xanımın “süzgəcindən” keçdikdən sonra işə qəbul edilirlər. Beləliklə, bacarıqlı və istedadlı rəhbər az zaman içərisində yük­sək professionallığı ilə seçilən tibbi heyə­ti olan, ciddi sanitariya rejimli, nümunəvi, böyük bir tibb ocağını qurmağı bacarıb.

Yaxşılıq unudulmur

Ağstafa səhiyyə tarixində Həcər xanımın danılmaz xidmətlə­ri var. Onu çox fədakar və gözəl in­san, xeyirxah həkim kimi xatırlayırlar. Xəstəxanada vəziyyət gərgin olan vaxt­larda o, günlərlə evə getmir, ağır xəstələ­rin yanında qalır, onları şəxsi nəzarətin­dən kənarda qoymur.

Son dərəcə fədakar insan olan Həcər həkimin, demək olar ki, şəxsi həyatı olmayıb. O, bütün həyatını xalqın sağlamlığına həsr edib.

Hər gün səhər saat səkkizdə keçirilən gündəlik kollektiv toplantısından sonra həkimlərlə bərabər şöbəyə baş çəkər, palataları gəzər, xəstələrin vəziyyətilə şəxsən özü maraqlanar.

Belə bacarıqlı, qabiliyyətli, işinin vurğunu olan Həcər xanım xəstələrə xoş əhvali-ruhiyyə, yeni həyat sevincləri bəxş edir.

Mən şəfalı əlləri olan Həcər həkimə, eyni zamanda həmin tibb ocağının PHŞ-in direktoru Səyyad Yusifova və baş həkimi Teyyub Carçıyevə və bütün tibb personalına işlərində bol-bol uğurlar və bitib-tükənməyən sevincli illər arzulayıram. Qoy həmişə onların şəfalı əlləri xəstələrə sağlamlıq bəxş etsin.

Əvvəlki Yazı

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

Növbəti Yazı

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

EKSKLUZİV

Kuba səfirliyində  Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

28 Yanvar 2026 / 21:12
20
Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

28 Yanvar 2026 / 11:54
11
Mahalımızın sevimli qızi

Mahalımızın sevimli qızi

28 Yanvar 2026 / 11:21
5
“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

28 Yanvar 2026 / 11:07
3

XƏBƏR LENTİ

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.