İsrail ordusu Livanda hərbi əməliyyatlara başlayıb.
Globalinfo.az xəbər verir ki, İsrail Baş Qərargah rəisi Eyal Zamir hücumun başladığını elan edib.
Onun sözləri yerli “Channel 12”-də yayımlanıb.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Aviçai Edri də xəbəri təsdiqləyib.
“Hizbullah” raketlərini buraxdıqdan qısa müddət sonra Beyrutda və Livanın cənubunda təşkilatın rəhbərliyini, qərargahını və terrorçu infrastrukturunu hədəf alan ilk genişmiqyaslı reydlər dalğasına başladıq.
Həmçinin, Livanın cənubundakı sakinlərin təhlükəsizliyi üçün onları təxliyə etmək üzərində işləyirik”, – deyə o yazıb.
Endrinin sözlərinə görə, hücumlar davam edəcək və qüvvələr artırılacaq.
O əlavə edib ki, İsrailin şimalındakı sakinlərin təxliyəsi ilə bağlı heç bir plan yoxdur.
Xatırladaq ki, fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Ötən gün isə “Hizbullah” İsrailin Hayfa şəhərinə zərbə endirib.









