Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

“Ramiz Mehdiyev işi” və İran müharibəsi: Xəyanət düşmən raketindən daha ölümcüldür!

Mart 11, 2026
A A

REDAKTORUN SEÇİMİ

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

05 Avqust 26 / 11:43
“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

29 İyul 26 / 12:55
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

28 İyul 26 / 18:10
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

27 İyul 26 / 11:15
“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22

28 fevral 2026-cı il traixində başlayan ABŞ-İran müharibəsi bu gün də davam edir. Müasir müharibələr tarixində xüsusi yer tutan bu qarşıdurma bir sıra özünəməxsusluqları ilə diqqət çəkir. Təxminən iki həftədir ki, davam edən məlum müharibə yüksək dəqiqlikli məhvedici raketlərin uğurlu tətbiqindən tutmuş, kəşfiyyat məlumatları və mənəvi-psixoloji dözümlülük kimi amillərin müharibənin gedişatını necə dəyişdirdiyini göstərir.

ABŞ-İsrail koalisiyası ilə İran arasında yaşanan müharibədə diqqət çəkən məqamlardan biri də xəyanət faktoru və bu faktorun hərbi əməliyyatların gedişatına, müharibələrin taleyinə necə böyük təsir göstərməsi ilə bağlıdır. Təkcə bir faktı qeyd edək ki, İran İslam Respublikasının Ali Dini Lideri olan Ayətullah Əli Xamenei və adıçəkilən ölkənin 48 lideri müharibənin ilk 24 saatı ərzində öldürülüb. Hansı ki, 49 liderin bir gün ərzində məhvi ABŞ-İsrail kəşfiyyatının uğurlu fəaliyyəti ilə yanaşı, həm də xəyanət faktoru və bu faktorun məhvedici təsri ilə bağlıdır.

Məlumat üçün qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) verdiyi 10 mart 2026-cı il tarixli məlumata görə, artıq 40 nəfərə qədər şəxs ABŞ və İsrailə casusluq şübhəsi ilə saxlanılıb. Bu rəqəmin özü İranın müharibə zamanı verdiyi itkilərin və üzləşdiyi problemlərin səbəbini izah edir.

ABŞ-İran müharibəsi bir daha sübut etdi ki, dünya hərb tarixinin bütün mərhələlərində olduğu kimi müasir müharibələrdə də xəyanət faktoru hərbi əməliyyatların gedişatına təsir göstərən, sadəcə müharibələrin deyil, bəzi hallarda dövlətlərin taleyinə təsir göstərən əsas amillərdən biri olaraq qalmaqdadır. Bu baxımdan dövləti xərçəng kimi içəridən yeyən, onun dayaqlarını sarsıdan xəyanət faktoruna qarşı mübarizə aparmaq sadəcə qələbə qazanmaq deyil, həm də dövlətin varlığını yaşatmaq baxımından həyati əhəmiyyətə malikdir.

Sevindiricidir ki, xəyanətkarlara qarşı mübarizədə Azərbaycan dövləti, ölkəmizin xüsusi xidmət orqanları ciddi fəallıq sərgiləməkdə, mühüm uğurlar əldə etməkdədir. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 2025-ci ilin oktyabr ayında Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunması faktı buna nümunədir.

Xatırladq ki, Ramiz Mehdiyevə qarşı irəli sürülən məlum ittihamdan bir müddət sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) onun Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsini isbatlayan bəzi faktlar ictimaiyyiləşdirib, mövzu ilə bağlı əlavə sübutlar təqdim edib. Bütün bu faktlar vaxtiylə hakimiyyətin ən yüksək pillələrinin birində təmsil olunan qüvvələrin dövlət üçün necə böyük təhlükəyə çevrildiyini göstərir.

Tarixi təcrübə, Azərbaycanın özünün keçdiyi ağır müstəqillik yolu, eləcə də bu gün davam edən ABŞ-İran müharibəsi xəyanətlərin qarşısının alınması, casus şəbəkələrinin neytrallaşdırılması kimi məsələlərin milli dövlətçiliyin qorunması baxımından həyati əhəmiyyətini bir daha ortaya qoyur. Bütün bu faktların ümumiləşdirilməsi onu deməyə əsas verir ki, xəyanət düşmən raketlərindən daha ölümcül, daha məhvedicidir. Bu mənada, “Ramiz Mehdiyev işi” çərçivəsində aparılan araşdırmaların eyni ciddiyyət və sərtliklə davam etdirilmsi, dövlətə xəyanətdə əli olan digər şəxslərin də aşkr edilərək məsuliyyətə cəlb olunması vacibdir. Bunu bizdən Azərbaycan dövlətinin milli maraqları, gələcək təhlükəsizliyi tələb edir və bu tələbi yerinə yetirmək bizim mənəvi borcumuzdur!

Seymur ƏLİYEV

Əvvəlki Yazı

PRESENTATION OF THE NEW BOOK “PRESIDENT” BY WRITER AND PUBLICIST EMIL NASIRLI

Növbəti Yazı

Evlərin qiyməti bir müddət bahalaşmayacaq-Mənzil bazarında süni qiymət artımını maklerlər yaradır – VİDEO

EKSKLUZİV

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

14 Avqust 2026 / 12:46
0
Şakiradan Pikeyə qadağa

Şakiradan Pikeyə qadağa

14 Avqust 2026 / 12:30
0
Nikol Paşinyanın planları barədə sensasion açıqlamalar

Nikol Paşinyanın planları barədə sensasion açıqlamalar

14 Avqust 2026 / 12:16
0
Messi: “Ayaqlarımda daha güc qalmayıb”

Messi: “Ayaqlarımda daha güc qalmayıb”

14 Avqust 2026 / 12:00
0

XƏBƏR LENTİ

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Şakiradan Pikeyə qadağa

Nikol Paşinyanın planları barədə sensasion açıqlamalar

Messi: “Ayaqlarımda daha güc qalmayıb”

Kiyevə milyardlarla avroluq hərbi yardım edilib

Rusiya Ermənistana şərt qoydu

Qurban Qurbanov: Vacib qələbə əldə etdik

Bu il həbsxanalarda bağlanan nikahların sayı

Keroni yolu – Gendovun birlik simvolu

Azərbaycanda cinayət törədən qadınlar ARTIB

Bu şərtlərlə Ermənistandan Rusiyaya tədarük bərpa edilə bilər

Bu yağların Azərbaycana idxalına məhdudiyyət qoyuldu

Naxçıvanda əhalinin sayı artdı

Qeyri-sabit hava avqustun 17-dək davam edəcək – XƏBƏRDARLIQ

Samuxda 9 nəfərdə qarayara aşkarlandı – Rəsmi

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 90 mənzil alıb

Dördüncü qrupda bu ixtisaslarda ballar artacaq

Məktəbli formalarının qiymətləri açıqlandı

“Qarabağ”- “Dinamo Kiyev” oyunundan əvvəl fan zona təşkil olunacaq

CHAIRWOMAN OF THE COUNCIL OF MINISTERS OF BOSNIA AND HERZEGOVINA, MS. BORJANA KRIŠTO, AWARDED THE “FRIEND OF JOURNALISTS” GOLD ORDER

ПРЕДСЕДАТЕЛЬ СОВЕТА МИНИСТРОВ БОСНИИ И ГЕРЦЕГОВИНЫ ГОСПОЖА БОРЬЯНА КРИШТО НАГРАЖДЕНА ЗОЛОТЫМ ОРДЕНОМ «ДРУГ ЖУРНАЛИСТОВ»

DİM sədri şanslı qrupu açıqladı: Yerlərin 75%-i…

Sabah 36 dərəcə isti olacaq

Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Məleykə Abbaszadə abituriyentlərə çağırış edib

DYP piyadalara müraciət edib

Taksi sürücüləri üçün imtahan keçiriləcək – qeydiyyat başladı

Ronaldo Messiyə başsağlığı mesajı göndərdi

Müctəba Xamenei niyə ictimaiyyət qarşısına çıxmır? – SEPAH AÇIQLADI

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev   Apr »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.