Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Lənkəranın itirilmiş 15 ili: Taleh Qaraşovun idarəçiliyi altında yığılan problemlər

Mart 16, 2026
A A

REDAKTORUN SEÇİMİ

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01

Lənkəranın küçələrinə addım atan kimi ilk hiss olunan şey nəmişlik yox, üfunət qoxusudur. İllərdir dövlət büdcəsindən şəhərin kanalizasiya sistemi üçün ayrılan milyonlarla vəsait sanki o açıq kanallara axıb gedib. Şəhərdə kanalizasiya hələ də küçələrin ortası ilə, insanların ayağının altı ilə axır. Qonaqlar burnunu tutub keçir, sakinlər isə artıq bu rüsvayçılığa öyrəşdirilib.

“Pulu Ver, Küçənin Ortasında Bina Tik”

Sakinlərlə söhbət edirik, hamısının dərdi eynidir. Taleh Qaraşovun dönəmində Lənkəranda “inkişaf” dedikdə ancaq tikilən binalar nəzərdə tutulur. Şəhərin mərkəzi küçələrində, bir-iki mərtəbəli həyət evlərinin arasında göbələk kimi bitən 3-4 mərtəbəli binalar hər kəsi cana yığıb. Pulu olan gəlir, iki qonşunun həyətini alır, yerində bina ucaldır. Nəticə? Yeni binanın pəncərələri qonşunun birbaşa həyətinə açılır. Nə etik qayda qalıb, nə memarlıq norması. “Pulu ver, işini gör” — Qaraşovun Lənkəranda tətbiq etdiyi əsas qanun budur.

Şəhərin səki problemi

Lənkəranın onsuz da dar olan küçələri indi daha da keçilməz olub. İcra başçısı iş adamlarına elə geniş “imkanlar” yaradıb ki, obyektlər səkinin 1-1.5 metrini zəbt edib. Piyadalar maşın yoluna çıxmağa məcburdur. Abadlıq adı altında sökülən səkilər isə bərbad vəziyyətdədir. Son 15 ildə “dişə dəyəsi” bir dənə də olsun ciddi sosial layihə həyata keçirilməyib.

Lənkəranın tarixində görünməmiş rüsvayçılıq:

Şəhərin mərkəzi parklarında — Həzi Aslanov və Xocalı parkında inəklər cövlan edir. Yerli sakinlər bildirirlər ki, əvvəllər belə hallar müşahidə olunmurdu, lakin son illərdə park və yaşıllıq zonalarında mal-qara ilə rastlaşmaq mümkündür.

Onların sözlərinə görə, bəzi hallarda icra hakimiyyətinin binasının qarşısında mal-heyvanın yaxınlaşmaması üçün xüsusi nəzarət də təşkil edilir. Sakinlər isə sual edirlər: əgər inzibati binanın qarşısı qorunursa, bəs şəhərin digər ərazilərinə nəzarət niyə təmin olunmur?

Prezident İlham Əliyevin böyük ümidlərlə açılışını etdiyi bir-sra obyektlər isə demək olar işləmir. Xalçaçılıq fabriki, konserv zavodu kimi nəhəng obyektlər isə sadəcə “ölü zona”ya çevrilib.

2016-cı ildə medianın ifşa etdiyi faktlar hələ də yaddaşlardadır. Aylıq maaşı 1000-2000 manat olan bir məmurun 11 nəfər ailə üzvü ilə Çexiyada 251 min dollarlıq (təxminən yarım milyon manatdan çox) otel xərci çəkməsi hansı məntiqlə izah oluna bilər? Karlovı Varıda sutkası 2000 dollarlıq otaqlarda 21 gün qalan başçının bu pulları hansı “maaşla” yığdığı hamıya gün kimi aydındır.

Lənkəranlılar artıq yorulub. Taleh Qaraşovun 15 illik rəhbərlik etdiyi dövr sakinlər tərəfindən belə xarakterizə olunur: dağılmış infrastruktur, korrupsiya bataqlığına batmış idarəçilik və üfunət saçan küçələr. Ümid edirik ki, dövlət rəhbərliyi bu 15 illik “fəlakət dövrü”nün hesabını soracaq.

Elmidar Əliyev

Tendensiya.com

Əvvəlki Yazı

Deputat Fəzail İbrahimli Masallıda seçicilərlə görüş keçirib

Növbəti Yazı

Sazın səsi, sözün nəfəsi: Beynəlxalq Muğam Mərkəzində Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

EKSKLUZİV

“Azərbaycan Ordusu qələbənin, qürurun və dövlətçilik əzminin rəmzidir”

“Azərbaycan Ordusu qələbənin, qürurun və dövlətçilik əzminin rəmzidir”

23 İyun 2026 / 11:09
0
Masallıda şəhid övladının faciəvi ölümü ilə bağlı anası DANIŞDI –  SENSASİON TƏFƏRRÜATLAR

Masallıda şəhid övladının faciəvi ölümü ilə bağlı anası DANIŞDI – SENSASİON TƏFƏRRÜATLAR

22 İyun 2026 / 13:16
6
Kəşfiyyatın səssiz qəhrəmanı: XANI

Kəşfiyyatın səssiz qəhrəmanı: XANI

22 İyun 2026 / 10:19
6
Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib

Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib

21 İyun 2026 / 10:33
5

XƏBƏR LENTİ

“Azərbaycan Ordusu qələbənin, qürurun və dövlətçilik əzminin rəmzidir”

Masallıda şəhid övladının faciəvi ölümü ilə bağlı anası DANIŞDI – SENSASİON TƏFƏRRÜATLAR

Kəşfiyyatın səssiz qəhrəmanı: XANI

Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib

“Cənub İdman Klubu” Samir Həsənovun rəhbərliyi altında inkişaf edir

“Şuşa konfransı Azərbaycanın sülh siyasətinin təntənəsidir”

Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib

Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib

Məşhur tarzənin Qarabağ Universitetində solo konserti keçiriləcək

Təbiətin şıltaqlığı tikinti şirkətləri üçün də sınağa çevrildi…

Mənzil Məcəlləsinə edilən dəyişiklik yüz minlərlə insanın konstitusion hüququnun bərpası deməkdir

Çarmıxdakı İsa, Ərafdakı Dante, Edam meydanındakı Nəsimi – İlahi eşqin memarları: Adəm Bakuvinin SÖZ haqqında SÖZÜ

Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

Uşağı gələcək asılılıqlara aparan görünməz səbəblər…

Müasir Azərbaycan poeziyasında ruhun və sözün vahidliyi: Səfərli Aysel Xanlar qızı- Leyla Məcidova yazır

ПРЕЗЕНТАЦИЯ КНИГИ «100 МГНОВЕНИЙ ЖИЗНИ ГЕЙДАРА АЛИЕВА» В ГОРОДЕ КИШИНЁВ, МОЛДОВА

General Əli Nağıyevdən həmkarlarına çağırış…

İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? – Açıqlama

Prokuror onların 10 il həbsini tələb edir

Rus Dram Teatrının iyun repertuarı

Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən – Zərərçəkmiş vəfat etdi

Yeni səhmlərin hamısını Cahangir Əsgərov aldı – Payı artdı

Yeni direktor icra başçısının qardaşı imiş

Prezidentin qızları bayramı onlarla keçirdi – Fotolar

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev   Apr »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.