Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Azərbaycanda pulsuz “aş evləri” modeli təklifi

Aprel 9, 2026
A A

REDAKTORUN SEÇİMİ

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49

Türkiyədə illərdir minlərlə insanın həyatına birbaşa təsir edən sistem niyə ölkəmizdə geniş tətbiq olunmur?
Dünyanın bir çox ölkəsində sosial dəstək yalnız pul yardımı ilə məhdudlaşmır. Xüsusilə Türkiyə nümunəsində göründüyü kimi, insanların gündəlik qida ehtiyacını qarşılayan sistemli yanaşmalar da dövlət siyasətinin vacib hissəsinə çevrilib. Burada “aş evləri” sadəcə xeyriyyə təşəbbüsü deyil, illər ərzində formalaşmış, nəzarət olunan və davamlı işləyən sosial mexanizmdir. Bu model həm ehtiyac sahiblərinə dəstək verir, həm də cəmiyyətdə həmrəylik və sosial məsuliyyət hissini gücləndirir.

“Aş evləri”nin tarixi Osmanlı dövrünə gedib çıxır. Həmin dövrdə “imarət” adlanan bu məkanlarda kasıblara, səyyahlara və tələbələrə pulsuz yemək təqdim olunurdu. Bu, təkcə humanitar addım deyil, eyni zamanda ictimai borc və mənəvi dəyər kimi qəbul edilirdi. Müasir dövrdə isə bu ənənə daha sistemli formaya salınıb, institusional idarəetmə və şəffaf nəzarət mexanizmləri ilə təkmilləşdirilib.

Bu gün Türk “Qızıl ay”ı və yerli bələdiyyələr vasitəsilə fəaliyyət göstərən aş evləri minlərlə insanı hər gün isti yeməklə təmin edir. Sistem ölkə üzrə geniş yayılıb və demək olar ki, bütün bölgələri əhatə edir. Böyük şəhərlərdə bu xidmət daha geniş miqyas alır, bəzi mərkəzlərdə gündə minlərlə insana xidmət göstərilir. Ən önəmlisi isə bu modelin davamlı olmasıdır, aş evləri ilin bütün günləri fəaliyyət göstərir və insanların gündəlik qida ehtiyacını fasiləsiz şəkildə qarşılayır.

Bu sistemin fərqləndirici xüsusiyyətlərindən biri də əlçatanlıqdır. Çox vaxt sadə müraciət kifayət edir və heç kim geri qaytarılmır. Daha uzunmüddətli dəstək üçün qeydiyyat mexanizmləri mövcud olsa da, ilkin mərhələdə bürokratik maneələr minimuma endirilib. Bu yanaşma “aş evləri”ni sadəcə sosial yardım vasitəsi deyil, eyni zamanda insan ləyaqətini qoruyan və cəmiyyət daxilində bərabərliyi təşviq edən bir modelə çevirir.

Bu mənzərənin fonunda isə Azərbaycan üçün vacib bir sual ortaya çıxır: illərdir effektiv işləyən, minlərlə insanın həyatına birbaşa təsir edən belə bir sistem niyə ölkəmizdə geniş tətbiq olunmur?

Üzeyir Şəfiyev

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb. Sosioloq qeyd edib ki, bu yanaşma təkcə humanitar deyil, həm də dini dəyərlərdən irəli gələn mühüm bir məsələ kimi qəbul olunub: “Uzun illər ərzində bu ənənə məhz bu dəyərlərə söykəndiyi üçün fərdi təşəbbüslər və dini mühit çərçivəsində, bəzən isə pərakəndə şəkildə həyata keçirilib. Lakin zamanla bu yanaşma daha sistemli formaya düşərək, Türkiyə təcrübəsində olduğu kimi ayrıca mərkəzlər, yəni “aş evləri” şəklində inkişaf edib. Bu, xeyriyyə fəaliyyətinin daha təşkilatlanmış və davamlı modelə çevrilməsinə imkan yaradıb. Əslində bu ənənə Azərbaycan Xalq Cümhuriyyəti dövrü üçün də yad deyil. Həmin dövrdə də ehtiyacı olan insanlar üçün müxtəlif yardım təşəbbüsləri və sosial dəstək mexanizmləri mövcud olub. Bu da göstərir ki, belə bir model bizim cəmiyyət üçün yeni deyil və tarixi köklərə malikdir. Bu baxımdan, həmin ənənənin yenidən bərpası və müasir formada davam etdirilməsi olduqca əhəmiyyətlidir. Türkiyədə olduğu kimi, sosial həssas qruplar üçün fəaliyyət göstərən bu tip mərkəzlər həm yaxşı nümunə, həm də praktik həll yolu kimi çıxış edir. Azərbaycan da dəyərlər baxımından bu modelə yaxın ölkədir. Cəmiyyətimizdə paylaşmaq, ehtiyacı olanlara dəstək olmaq mədəniyyəti hər zaman güclü olub. Bu səbəbdən belə təşəbbüslərin “aş evləri” formatında daha sistemli şəkildə təşkili məqsədəuyğun görünür. Bu, həm mövcud xeyriyyə potensialını bir mərkəzdə toplamağa, həm də daha çox insana davamlı şəkildə yardım göstərməyə imkan verər”.

Ekspert bildirib ki, maliyyələşmə məsələsinə gəldikdə isə bu model müxtəlif yollarla həyata keçirilə bilər: “Dövlət artıq sosial proqramlar vasitəsilə müəyyən dəstək mexanizmləri tətbiq edir. Bununla yanaşı, qeyri-hökumət təşkilatları, xeyriyyə fondları və sosial təşəbbüslər də bu prosesdə aktiv rol oynaya bilər. Dövlət qurumları sosial tərəfdaşlıq çərçivəsində bu təşkilatlarla əməkdaşlıq edərək daha effektiv nəticə əldə edə bilər. Digər tərəfdən, imkanlı şəxslərin və sahibkarların bu sahədə iştirakı xüsusilə önəmlidir. Azərbaycanda xeyriyyəçilik ənənəsi kifayət qədər güclüdür və bu potensialdan istifadə etməklə belə mərkəzlərin yaradılması mümkündür. Bu təşəbbüslər həm fərdi, həm də kollektiv şəkildə reallaşdırıla bilər və cəmiyyətə real təsir göstərə bilər. Əsas məsələ bu imkanları düzgün istiqamətləndirərək davamlı və sistemli mexanizm qurmaqdır”.

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli bildirib ki, bu işləri bələdiyyələr öz üzərinə götürə bilər: “Çünki onlar əhali ilə birbaşa işləyirlər. Türkiyə və Avropadakı modellər də bunu sübut edir. Azərbaycanda isə bələdiyyələr ölü doğulmuş orqanlar kimidir. Eyni zamanda onların maliyyə imkanları və fəaliyyət istiqamətləri də məhduddur. Buna görə də onların bu işdə iştirakı o qədər də real deyil. Burada ən ideal variant özəl sektorla dövlətin iş birliyidir. Bəzi ölkələrdə belə bir model mövcuddur. Xeyriyyəçiliyə pul ayıran şirkətləri vergi ödəyərkən xərclədikləri məbləği çıxırlar. Bu, kifayət qədər ciddi effekt yaradan modeldir. Belə bir modelin Azərbaycanda olmasına ehtiyac var. Belə bir məntəqələrin olması vətəndaş üçün güvən mənbəyi ola bilər”.

“Yeni Müsavat”

Əvvəlki Yazı

Aprel döyüşlərinin qəhrəman şəhidi kapitan Mühüd Orucovun məzarı və ailəsi ziyarət edilib

EKSKLUZİV

Azərbaycanda pulsuz “aş evləri” modeli təklifi

Azərbaycanda pulsuz “aş evləri” modeli təklifi

09 Aprel 2026 / 18:57
0
Aprel döyüşlərinin qəhrəman şəhidi kapitan Mühüd Orucovun məzarı və ailəsi ziyarət edilib

Aprel döyüşlərinin qəhrəman şəhidi kapitan Mühüd Orucovun məzarı və ailəsi ziyarət edilib

09 Aprel 2026 / 17:51
0
Xüsusi amansızlıqla törədilən qətl; iş yoldaşını öldürən məşhur iş adamının məhkəmə işinə ötəri baxış….

Xüsusi amansızlıqla törədilən qətl; iş yoldaşını öldürən məşhur iş adamının məhkəmə işinə ötəri baxış….

09 Aprel 2026 / 14:02
2
Polkovnik Cəlil Xəlilov 102 yaşlı müharibə veteranı Qaflan Ömərovu ziyarət edib

Polkovnik Cəlil Xəlilov 102 yaşlı müharibə veteranı Qaflan Ömərovu ziyarət edib

09 Aprel 2026 / 12:17
0

XƏBƏR LENTİ

Azərbaycanda pulsuz “aş evləri” modeli təklifi

Aprel döyüşlərinin qəhrəman şəhidi kapitan Mühüd Orucovun məzarı və ailəsi ziyarət edilib

Xüsusi amansızlıqla törədilən qətl; iş yoldaşını öldürən məşhur iş adamının məhkəmə işinə ötəri baxış….

Polkovnik Cəlil Xəlilov 102 yaşlı müharibə veteranı Qaflan Ömərovu ziyarət edib

İcra başçısı xəstəxanada müalicə olunan şəhid anasını və qazini ziyarət edib – FOTO

Türkiyədə aş evləri: pulsuz yemək sistemi Azərbaycanda tətbiq oluna bilərmi?

İCBARİ TİBBİ SIĞORTA DÖVLƏTƏ HANSI ZƏRBƏNİ VURDU?

Sumqayıtda kuryoz hadisə – Bu obyekt kimindir? – VİDEO

Səsi susan, ruhu millətin daxilində danışmaqda davam edən adam – Rasim Balayev – Adəm İsmayıl BAKUVİ

AAYDA-nın fəaliyyətində yeni dönəm: Tuneldə görünən işıq!

“Doktor Davud”da qalmaqal: ixtisassız tibbi xidmət iddiası

Xətai rayonunda qanunsuz tikinti: kim himayə edir bu özbaşınalığı?-FOTOLAR

Böyük Azərbaycan sevdalısı olan el oba adamı

Qazaxda “200 illik işğal və soyqırımı siyasətinə ideoloji əks-hücum effekti” başlıqlı tədbir keçirilib

“Azərbaycanın ən təhlükəsiz ölkələr sırasında yer alması Prezidentimizin və dövlətimizin tarixi uğurudur”

Buzovnada restorandakı qanlı davanın detalları açıqlandı – Cinayət işi açıldı

Yaşı kiçik, əməli böyük Əsgər

Şahmat və Din: Qadağa mifi, zəkanın mənəvi coğrafiyası – Adəm İsmayıl BAKUVİ

Polkovnik Cəlil Xəlilov Qubada veteranlarla görüşüb

Qazaxda Novruz bayramı münasibətilə “Yenilik və ümid bayramı Novruz” adlı ümumrayon tədbiri keçirilib

Polkovnik Cəlil Xəlilov Qubada şəhid kapitan Aqil Məlikovun ailəsini ziyarət edib

1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində diplom qalmaqalı: İşçilər narazılıq edir

Reklam Agentliyinin əməkdaşları tərəfindən Bakının Bülbülə qəsəbəsində sahibkar sıxışdırılır – FİDEOFAKT

Sazın səsi, sözün nəfəsi: Beynəlxalq Muğam Mərkəzində Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

Lənkəranın itirilmiş 15 ili: Taleh Qaraşovun idarəçiliyi altında yığılan problemlər

Deputat Fəzail İbrahimli Masallıda seçicilərlə görüş keçirib

Qazax İH-in təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirildi

Qazaxda keçirilən yunan-Roma və sərbəst güləş üzrə U15 ölkə birinciliyinin qalibləri mükafatlandırılıb

“XIII Qlobal Bakı Forumunda Prezidentin çıxışı dövlətimizin uzunmüddətli strategiyasının tezizləri idi”

1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində yoxlamalar gözlənilir

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.