Son illər Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyətinə qarşı mübarizə gücləndirilib.Müxtəlif üsullarla ölkədən valyuta çıxaran şəbəkələr barədə cinayət işi açılıb və milyonlarla manat vəsatilərin çıxarılmasının qarşısı alınıb. Ancaq aparılan sərt tədbirlərə baxmayaraq hələ də ölkəmizdən xaricə gizli yollarla vəsaitlərn aparılması ilə məşğul olan dəstələr mövcuddur. Bu proseslə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə paytaxt Bakıda ölkədən gizli pulları çıxardan dəstə fəaliyyət göstərir. Əldə etdiyimiz məlumatda dəstənin hələki bir neçə üzvünü müəyyənləşdirmişik. Bunlar Qazax rayon Birinci Şıxlı kənd sakinləri Abdullayev Nicat Elşən oğlu, Şəmmədov Şəmməd Tahir oğlu və Bayram adlı şəxslərdi.
Məlumatda iddia olunur ki, adı çəkilən şəxslər və dəstənin digər üzvüləri mütəmadi olaraq ay ərzində Bakı şəhərindən Şəmkir rayonuna öz şəxsi avtomobillərində 4-5 milyon dollara yaxın vəsait apararaq, tır və avtomobillərə yükləyərək ölkədən gizli şəkildə Gürcüstan Respubilkasına keçirdirlər. Bildirilir ki, dəstə əvvəllər daha çox pullar aparsada son aylar gizli pul aparılmasında azalmalar yaranıb.

Məlumatda qeyd olunur ki, daşıyıcı rolunu oynayan Abdullayev Nicat Elşən oğlu, Şəmmədov Şəmməd Tahir oğlu və dəstənin digər üzvüləri ölkədən çıxartdıqları pullara görə yaxşı qazanc əldə edirlər. Qazax rayon Birinci Şıxlı kəndində Nicat Abdullayev, Şəmmədov Şəmməd, Bayram və digərlərinin birdən-birə bahalı avtomobillər almaları, istirahət mərkəzlərində çoxlu pullar xərcləmələri ciddi şəkildə nəzərə çarpır.
Apardığımız kiçik araşdırmada məlum oldu ki, Nicat Abdullayev 11 NT 111 Range Rover, Şəmmədov Şəmməd 77 MO 570 Lexsus, Bayram isə 77 HB 700 BMV avtomobilləri sürürlər.

Bununla bağlı cumhuriyyet.az-ın əldə etdiyi ilginc məlumatda bildirilir ki, mütəşəkkil dəstə pulları Bakı şəhəri Yasamal rayonunda yerləşən “Meyxoş” şərab evi və Nəsimi rayonu Həsən Əliyev küçəsində yerləşən digər şərab evinə yığılır və bu obyektlərdən gizli çıxarılaraq Şəmkir rayonuna aparılır.
Mənbəmiz ölkədən gizli yollarla pul çıxardan dəstənin arxasında məmur və iş adamlarının olduğunu iddia edir. Belə ki, dəstənin ölkədən çıxartığı pullar bizə məlum olmayan məmur və biznesmenlərə aiddir.
Bildirək ki, ötən il xarici valyutada qiymətli kağızların Azərbaycana gətirilməsi və ölkədən çıxarılması halları müəyyənləşdirilib. Bununla bağlı Azərbaycan Mərkəzi Bankı “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycana gətirilməsi və çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 mart tarixli qərarına dəyişikliyi təsdiq edib.
Dəyişikliklərə əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyuta ilə yanaşı, xarici valyutada qiymətli kağızları da nominal məbləğindən asılı olmayaraq gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər.
Bundan başqa, 10 min ABŞ dolları ekvivalentinədək olan nağd xarici valyutanı, habelə xarici valyutada qiymətli kağızları gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycandan çıxarıla bilər. Həmçinin 10 min ABŞ dolları ekvivalentindən çox olan xarici valyutada qiymətli kağızların əvvəllər Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə ölkədən çıxarıla bilər.
Ancaq Nicat Abdullayev, Səməd Səmədov və dəstənin digər üzvüləri qeyd etdiyimiz kimi ölkədən qanuni yollarla 10 min dollar yox, hər ay gizli yollarla milyonlarla dollar çıxardırlar.
İnanırıq ki, hüquq mühafizə orqanları Azərbaycandan Gürcüstana ay ərzində milyonlarla dollar aparılması ilə bağlı əldə etdiyimiz məlumatı araşdıraraq, lazımı tədbir görəcəklər.









