Masallıda Viləş çayı daşıb.
Cumhuriyyet.az-ın verdiyi xəbərə görə, ötən gecədən yağan intensiv leysan yağışları nəticəsində Masallıda Viləş çayında və ona birləşən kiçik çaylarda suyun səviyyəsi qalxıb. Nəticədə çay yatağından çıxıb, ətraf ərazilərdən qısamüddətli sel keçib.
Qeyd edək ki, bölgədə yağışlı hava davam edir.