Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Qazaxda eşitdiklərim, oxuduqlarım və gördüklərim… – Ayyət Əhməd yazır

Sentyabr 24, 2026
A A

REDAKTORUN SEÇİMİ

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00
“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

17 Sentyabr 26 / 9:10
Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20

Ruhumun qidası olan Qazax barədə ən yaxşı halda Feysbukda status yazmışam, o da 5-10 cümləni keçməyib. Bu yay 30 gün bu əsrarəngiz şəhərdə dincəldim. İndiyəqədər isə hər il 10 gün qalardım, qohumlara baş çəkib, qurtarmamış məzuniyyət başa çatardı və paytaxta üz tutardım. Ancaq indi fərqli oldu. 30 gün ərzində fürsəti fövtə verməyib, gəlin tək bəzənən Azərbaycanın geniş sinəsində xal olan Qazaxı az qala qarış-qarış gəzib-dolaşdım. 

Nələr yaşadım?

Doğulub boya-başa çatdığım, dizimin bərkidiyi yurdu belə şən, təmiz, vüqarlı, ismətli görəndə adamın qaməti düzəlir, düşüncəsi, təfəkkürü “refresh” olunur sanki. Öncə insanların həlim münasibətindən söz açım. Kim küçədə, yolda, döngədə gördüsə evinə, ocağına dəvət etdi. Kimi övladının təhsili, kimi iş, kimi Qarabağ, kimi Qazaxın hələ də işğalda qalan kəndlərinin azadlığı, kimi də siyasətlə bağlı suallar ünvanlayır, intellektual potensialım yetdiyi həddə qədər cavablar verirəm. Cavablarım kimini qane edir, kimi də incik salır. Əlbəttə, fikir müxtəlifliyi hər zaman olur. Ən ürəkaçan amil odur ki, heç bir qan, süd, sümük bağı olmayan adamlar bir-biri ilə elə qaynayıb qarışıblar ki… Bu doğmalıq insanların bir-birinə olan etimad və etibarından irəli gəlir. Hamı bir-birinə “əmioğlu” deyə müraciət edir. Əlbəttə, indiki internet erasında münasibətlərin bu qədər intensiv olması, bəzi ritual və nəsnələrin hələ də yaşadılması olduqca arzuolunan haldır. Süni intellekt həyatımıza nüfuz etsə də, Qazaxa bu sünilik ayaq aça bilməyib. Burada qidalar kimi, münasibətlər də təbii və halaldır. 

Nələr öyrəndim?

Onu əxz etdim ki, Qazax 108 il öncə necə maarifçiliyin beşiyi hesab edilirdisə, o missiyanı bu gün də ləyaqətlə, uğurla davam etdirir. ADA Universiteti Qazax Mərkəzinin (Qazax Müəllimlər Seminariyası) fəaliyyətə başlaması ilə maarifçi ruh, yaradıcı nəfəs yenidən Qazaxa qayıdıb. Heç kimə sirr deyil ki, bu Mərkəz Qazax gənclərinin elm və təhsilə olan marağının inkişafı istiqamətində ən başlıca stimul rolunu oynayır. Bildiyim qədərilə hər ötən gün baxımsızlıqdan kərpic-kərpic sökülən Qazax Müəllimlər Seminariyasına yeni nəfəsin verilməsi Rayon İcra Hakimiyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə baş tutub. Bu inisiativi müsbət qiymətləndirən fizika-riyaziyyat elmləri doktoru, ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan xalqının tarixi şüurunda dərin izlər buraxan addım ataraq, seminariyaya yenidən can verib. Bu işdə rolu, missiyası olan hər kəsə minnətdarlıq izhar edirəm.

Nələr müşahidə etdim?

Ötənlərdə telekanalların biri Qazaxdan repotaj hazırlamışdı. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov belə fikir irəli sürmüşdü: 

“Mən Qazaxı piyada gəzirəm”. Düzdür, bu açıqlamaya da qulp qoşanlar oldu, amma Bakıdan boylanıb, Qazaxı görmək çətindir, gərək birbaşa müşahidlər aparasan. Yuxarıda qeyd etdiyim kimi, 30 gündə Qazaxı gəzdim. İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovu piyada gəzərkən, Qazaxda avtovağzalın yanında, Qazax Olimpiya İdman Kompleksinin yaxınlığında, “Çinarın dibi” (Buranın bir keçilməz yolları vardı, indi isə şüşə kimi asfalt döşənib) adlanan ərazidə, yeni təmir olunmuş Heydər Parkının ərazisində gördüm.Hamısında da aidiyyəti şəxsləri başına yığıb, nələrəsə baxış keçirirdilər.Yolla ötən hər bir vətəndaşla əllə salamlaşıb, hal-əhvalını soruşurdu.“İgidi öldür haqqını danma” misalı burada tam yerinə düşür. Düzdür, zaman-zaman Qazaxla bağlı “tünd” tənqidlər yazırlar. Vicdanını “abort” etdirməyən adam gərək təqdiri də qələmə almağı bacarsın. Azca ədalət hissi olan vətəndaş, jurnalist həqiqəti özü üçün bir mayak hesab etməlidir. Bir sözlə, vətəndaş məmnunluğu Qazax RİH-də prioritet məsələdir.

Nələr yazdım?

Belə bir məlumat eşitmişdim ki, Qazax RİH başçısının xüsusi qəbul günü yoxdur. Başçı işdədirsə, deməli həmin gün qəbul var. Bu halın real olub-olmadığını öyrənmək üçün RİH-nin elektron ünvanına Qazax rayon Daş Salahlı sakinlərinin müqəddəs bir amalının gerçəkləşməsinə dair məktub yazdım və “tet-a-tet” görüş istədim. 

Məktubun tam aşağı hissəsinə qeyd etdim:

“Sabah – 02.09.2026-cı il tarixdə paytaxta qayıtmalıyam, bu gün məni qəbul edə bilsəniz, adekvat olardı”.

İki saat keçmədi, dəvət aldım, görüşdüm. Rəcəb müəllimlə dərin fikir mübadiləsi apardıq. Daş Salahlı camaatını maraqlandıran məsələnin faydalılığını, insanların istəyini və dövlətin maraqlarını müzakirə etdik. R.Babaşov dövlət ərkanını qoruyaraq, sakinlərin bu müqəddəs amalının gerçəkləşməsi üçün “yes” düyməsini basdı. Dövlətçiliyin möhkəmlənməsi, gəncliyin inkişafı və intişarına dəstək ifadə olundu. Bax, dövlət belə olmalıdır və belədir!  

Bir sözlə, çətinliyi olan hər bir vətəndaş ya rayon icra hakimiyyətinin elektron ünvanına yazır, ya da birbaşa görüşə gəlib dərdini izhar edir. Qapılar daim taybatay açıqdır.

Haşiyə: “Elektron ünvana yazılan hər bir məktubu Qazax RİH başçısı şəxsən oxuyur”. 

Nələr gördüm?

Qazax 2026-cı ildə “İdman paytaxtı” seçilib. İndi Qazax Azərbaycanın təkcə “Qərb qapısı” deyil, həm də dünyaya açılan qapısıdır. İndi Qazax beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Qazax az qala bir Avropa şəhəridir. Yolları hamar, parkaları təmizdir. Müasir idman qurğuları və restoranlarla təchiz olunub, xalqın əyləncəsi üçün Heydər Parkında hər cür münbit şərait yaradılıb. Şəxsən mən 28 avqust 2026-cı ildə qızımın doğum gününü doğmalarımla birgə Heydər parkında qeyd etmişəm. Ayıq-sayıq vətəndaş düşünəcək, sorğu edəcək ki, burada qeyri-adi nə var ki?! Parkda, restoran açılıb, orada tort kəsmək nə böyük hikmətdir axı?! Amma həmin şəxsin diqqətinə izhar edim ki, Qazaxda bu sayaq minimal imkanlar indiyə kimi yox idi. Bəli, Heydər parkında bir pinti çay evi vardı, o da ailələr üçün deyildi. Əvvəllər orada nərd və domino çırpan kişilərin haray-həşirindən qulaq tutulurdu. İndi isə Avropa standarlarına cavab verə bilən sistem, mexanizm qurulub. Uşaq, yeniyetmə və gənclərin istirahəti üçün şərait yaradılıb. 25.07.2026-cı ildə Qazaxda ilk dəfə avarçəkmə tədbiri, veloyürüş təşkil olunub.Qısası, idman paytaxtı olan Qazax hər gün yenilənir, inkişaf edir, tərəqqipərvər bir rayona çevrilir. Köhnədən qalan idman zalları və idman qurğuları ya əsaslı təmir olunur, ya da yenidən inşa edilir. Bütün bunlar isə gənc nəslin sağlam yetişməsinə xidmət göstərir. Çünki ruhu, canı sağlam olmayan gənc sağlam vətəndaş kimi formalaşa bilməz. Bu məqamda “İdman sağlamlığın rəhnidir” kəlamı yerinə düşür. 

Nələr eşitdim?

Qazaxa yağan dolu nəticəsində ayrı-ayrı kəndlərdə təxminən 500-ə yaxın evin dam örtüyünü dolu sıradan çıxarıb. Hamı da dövlətdən yardım umur. Əlbəttə, vətəndaşın dövlətdən başqa sığınmalı olduğu istinad nöqtəsi yoxdur. Bu məlumatı mənə Daş Salahlıda evini dolu döymüş şəxslər ərz ediblər. Bildirdilər ki, evlərinin dam örtüyü qısa zaman kəsiyində bərpa olundu. Vətəndaşa diqqət, qayğı belə olmalıdır və belədir!

Şəhid ailələri nələr danışır?

Qazaxda şəhid ailələrinə bir ayrı rəğbət, nəvaziş və qayğı var. Özüm içərisində olduğum hadisəni ərz edirəm: 2024-cü ildə Birinci Qarabağ savaşı zamanı Şəhidlik zirvəsinə ucalmış Fidat Məmmədovun xatirəsinə sərbəst güləş üzrə turnir həyata keçirdik. Turnirin baş tutması üçün icra hakimiyyəti səfərbər olundu, dəstək verdi, məkan ayırdı, tədbirə qatıldı. RİH nümayəndləri təşrif buyurub, tədbiri daha yaddaqalan etdilər.Bununla da “dövlət daim şəhid ailələrinin yanındadır” mesajını verdilər. Bundan başqa, şəhid ailələri bildirdilər ki, rayon icra başçısı daim onların qayğıları ilə maraqlanır. Başçı həmin ailələrə o qədər baş çəkir ki, artıq bütün şəhid ailə üzvlərini adbaad tanıyır və onları öz ailə üzvlü hesab edir.

Qazaxda nələr gözəlləşib?

Qazax həm də zahirən gözəlləşib. Fikrimizi poetik dillə ifadə etsək, Qazaxın çöhrəsinə zəriflik, nəciblik qonub. Rayonun mərkəzi əvəllər “Qazax bazarı” adlanan məkan keçilməz qalanı xatırladırdı. Maşın əlindən addım atmaq olmurdu. İndi orada səliqə-sahman yaradılıb. Hətta, bazarın içərisinə də “əl gəzdirilib” ki, bu da olduqca zəruri idi. Yeni böyük geyim, ərzaq mağazaları, böyük restoranlar fəaliyyətə başlayıb. Bütün bunlar isə sahibkarlara, sahibkarlıqla məşğul olmaq istəyənlərə yaradılan əlverişli şəraitin təcallasıdır. “Böyük bolnitsa” adlanan xəstəxana və “Diaqnostika mərkəzi” tam müasir standartlara müvafiq qurulub, binalar da yenilənib, tibbi avadanlıqlar da. 

Qazaxda nələri bəyəndim?

Bu gün Azərbaycanda paytaxt Bakı daxil olmaqla, bütün regionlarda hər kəsi düşündürən, qayğılandıran bir məsələ də var: 

“Dəbdəbəli ehsan süfrələrini necə aradan qaldıraq?” Bu məsələ Qazaxda tamamilə həllini tapıb. 

Əvvəllər yaxını rəhmətə gedən adamlar bilmirdilər kədərlərinə sızlasınlar, mərhumun xiffətini, niskilini çəksinlər, yoxsa mal-heyvan tapıb, kəsib ehsan versinlər. 

İndi isə çox sadədir: xurma, çay, halva, dovğa, pendir, salat. İkinci bəyəndiyim məsələ odur ki, bütün icra nümayəndələri mövsümündən asılı olmayaraq, kənd sakinlərinə çağırış edib, iməclik təşkil edirlər. Sakinlər qəbiristanlığa gedib, öz yaxınlarının ot-alaf basmış qəbirlərini təmizləyirlər. Bunu necə qiymətləndirməyəsən axı?!

Əslən Daş Salahlıdan olan və sənətinə böyük sayğı duyduğum əməkdar artist Sahib İbrahimovun dəyərli bir fikri var:

“Qarabağlı olub, “Qarabağ şikəstəsi” oxumağa nə var ki?! Məsələ qazaxlı olub, Qarabağ şikəstəsi oxumaqdadır. İndi Rəcəb müəllimlə də bağlı demək olar: 

“Qazaxlı olub, Qazaxı sevməyə nə var ki?! Məsələ Sabirabadda doğulub, boya-başa çatıb Qazaxı sevmək və inkişaf etdirməkdədir”. 

Rəcəb Babaşov Qazaxda “ASAN” xidmət modelində idarəçilik mexanizmi formalaşdırıb, desək yanılmarıq.  

Nələr arzu etdim?

İnşallah o gün olsun ki, mətbuat səhifələrindən “Qazaxın işğaldan azad olunan 4 kəndi- Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılıya köç başladı” xəbərini oxuyaq. İnanıram ki, artıq bu prosesə gedən yol görünür.  

Qazaxın işğalda qalan 3 kəndi: Yuxarı Əskipara, Bərxudarlı və Sofulu ana südü qədər halal azadlığına qovuşsun. 

İnanıram və əminlik ifadə edirəm ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, Azərbaycanın diplomatik korpusu və ya siyasi “beyin bankı”nın səyləri nəticəsində bir güllə belə atılmadan o kəndlər də azadlığına qovuşacaq. 

P.S. Qazaxı daim diri və duru görmək bizə yalnız xoşbəxlik ərmağan edir!

Hazırladı: Ayyət Əhməd

16.09.2026-cı il

Əvvəlki Yazı

Sabah Bakıya yağış yağacaq

EKSKLUZİV

Qazaxda eşitdiklərim, oxuduqlarım və gördüklərim… – Ayyət Əhməd yazır

Qazaxda eşitdiklərim, oxuduqlarım və gördüklərim… – Ayyət Əhməd yazır

24 Sentyabr 2026 / 14:14
4
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

24 Sentyabr 2026 / 14:05
0
İcra başçısının bağçaya gedən balaca fidanla səmimi görüşü

İcra başçısının bağçaya gedən balaca fidanla səmimi görüşü

24 Sentyabr 2026 / 10:23
4
Masallıda bələdiyyə sədrindən sui-istifadə ittihamı

Masallıda bələdiyyə sədrindən sui-istifadə ittihamı

23 Sentyabr 2026 / 19:49
8

XƏBƏR LENTİ

Qazaxda eşitdiklərim, oxuduqlarım və gördüklərim… – Ayyət Əhməd yazır

Sabah Bakıya yağış yağacaq

İcra başçısının bağçaya gedən balaca fidanla səmimi görüşü

Masallıda bələdiyyə sədrindən sui-istifadə ittihamı

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Sabah 35 dərəcə isti olacaq

Millimiz bu gün Ermənistanla qarşılaşacaq

İki stansiya buna görə pulsuz olubmuş – Rəsmi

Bu klub ev oyunlarını Xankəndidə keçirəcək

Bakı metrosunda yeddivaqonluq qatarlar ola bilər – ÖZƏL

ABŞ-nin Ermənistana ayırdığı hərbi vəsaitin həcmi bəlli oldu

Azərbaycanda pul baratları üzrə müsbət saldo 750 mln. dolları ötüb

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməz saxlayıb

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Prezident İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq

Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilir

Yol polisi “Formula-1″lə bağlı sürücülərə müraciət etdi

Azərbaycanda yeni zavod tikiləcək

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı mühüm detal

Bu gün əfv olunanlardan 5-i əcnəbidir

Mərkəzi Bankı uçot dərəcəsini artıra bilər – PROQNOZ

Prezident əfv Sərəncamı imzalayıb – SİYAHI

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident Kralı təbrik etdi

NİİM sürücülərə müraciət edib

“Mehdiyev işi”ndə müəmmalı şahid

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.