Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Prezident Kralı təbrik etdi

Sentyabr 23, 2026
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00
“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

17 Sentyabr 26 / 9:10
Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20
Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

09 Sentyabr 26 / 14:56

Azərbaycan Prezidenti İham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudu Krallıq Elan Edilməsi Günü münasibətilə təbrik edib.

Cumhuriyyet.az-ın məlumatına görə, təbrikdə deyilir:

“23 Sentyabr – Krallıq Elan Edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər, ənənəvi dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Səudiyyə Ərəbistanı dövlətlərarası əlaqələrinin və əməkdaşlığının yüksələn xətlə və dinamik inkişafı bizi sevindirir.

Biz qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Bu gün bir sıra sahələrdə əməkdaşlığımız ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edərək onları bir-birinə daha da yaxınlaşdırır. Əməkdaşlığımızın prioritet sahələrindən olan enerji, o cümlədən alternativ və bərpaolunan enerji sahəsində ölkənizin aparıcı şirkəti olan “ACWA Power” ilə tərəfdaşlığımız ildən-ilə genişlənir və yeni məzmun kəsb edir.

Beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığımızı və qarşılıqlı dəstəyimizi ayrıca vurğulamaq istərdim. Əlbəttə ki, ali səviyyədə fəal siyasi dialoqun mövcudluğu bütün bunlar üçün əlverişli zəmin formalaşdırmışdır.

Əminəm ki, xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətləri və qarşılıqlı fəaliyyətimiz ölkələrimizin rifahı naminə birgə səylərimizlə gələcək illərdə daha da dərinləşəcək, tərəfdaşlığımız yeni nailiyyətlərlə zənginləşəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Əvvəlki Yazı

NİİM sürücülərə müraciət edib

Növbəti Yazı

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

EKSKLUZİV

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı

23 Sentyabr 2026 / 12:00
0
Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı mühüm detal

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı mühüm detal

23 Sentyabr 2026 / 11:47
0
Bu gün əfv olunanlardan 5-i əcnəbidir

Bu gün əfv olunanlardan 5-i əcnəbidir

23 Sentyabr 2026 / 11:35
0
Mərkəzi Bankı uçot dərəcəsini artıra bilər – PROQNOZ

Mərkəzi Bankı uçot dərəcəsini artıra bilər – PROQNOZ

23 Sentyabr 2026 / 11:30
0

XƏBƏR LENTİ

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı mühüm detal

Bu gün əfv olunanlardan 5-i əcnəbidir

Mərkəzi Bankı uçot dərəcəsini artıra bilər – PROQNOZ

Prezident əfv Sərəncamı imzalayıb – SİYAHI

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident Kralı təbrik etdi

NİİM sürücülərə müraciət edib

“Mehdiyev işi”ndə müəmmalı şahid

Millimiz bu gün Tacikistan yığması ilə üz-üzə gələcək

Azərbaycana payız gəlib

Prezident dağ-mədəni ilə bağlı Dövlət Proqramını TƏSDİQLƏDİ

DYP piyadalara müraciət edib

Formula-1 Qran-prisi ilə bağlı əsas məqamlar açıqlanıb

“Azeri Light” neftinin qiyməti 118 dollara yaxınlaşıb

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır – Prezident

“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı

Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur – İlham Əliyev

Azərbaycanda mal əti bahalaşdı

Ermənilər Laçından çıxanda… – Prezident o gülməli hadisədən danışdı

Prezident dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub

Naxçıvanda geoloji kəşfiyyat işlərinə başlanılacaq

Parlament komitəsi şəhid övladları ilə görüşəcək

Qazaxın icra başçısı yanğın baş verən Psixiatriya Xəstəxanasında olub – FOTOLAR

Prezident tapşırıq verdi: Proqram 4 ilə tam icra edilməlidir

İlham Əliyev: Ehtiyat generasiya gücləri böyükdür

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda yeni balıq növləri tapıldı

Prezident Forum iştirakçılarına müraciət etdi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.