Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Xəbər lenti

Masallıda bələdiyyə sədrindən sui-istifadə ittihamı

Sentyabr 23, 2026
A A

REDAKTORUN SEÇİMİ

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00
“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

17 Sentyabr 26 / 9:10
Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20

“18 ay məhkəmədə mübarizə apardıq, indi isə mülkümüzə girişi bağlayıb”

Bu sözləri Masallı rayonu Həsənli kənd sakini Məmmədli Əli Zəbulla oğlunun ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına ünvanladığı açıq müraciətdə Xırmandalı bələdiyyəsinin sədri Kamil Şükürov barədə qeyd edib.

Cumhuriyyet.az Fakt.info-ya istinadən xəbər verir ki, Masallı rayonunda bələdiyyə sədri ilə vətəndaş arasındakı mülkiyyət mübahisəsi artıq sadə qonşuluq davası deyil, birbaşa vəzifə səlahiyyətlərindən sui-istifadə iddiasına çevrilib.

Əli Məmmədlinin iddiasına görə, mərhum atası Zəbulla Məmmədov 2014-cü ildə Həsənli kəndindəki keçmiş traktor parkı binasını Kamran Abdullayevdən alıb. Atası 2015-ci ildə vəfat etdikdən sonra sənədləşmə yarımçıq qalıb.

Ailə 2025-ci ildə məsələni qanuni yolla həll etmək üçün yeni seçilmiş bələdiyyə sədri Kamil Şükürova müraciət edib. Vətəndaşın sözlərinə görə, məhz bundan sonra bələdiyyə sədri kömək etmək əvəzinə, həmin əmlaka göz dikərək, bizə qarşı iddia qaldırıb.

Şikayətçi bildirir ki, Bələdiyyə sədrinin onun anası Nazilə Hüseynovaya qarşı həmin obyektin sökülməsi tələbi ilə qaldırdığı iddia 18 ay davam edib. Masallı Rayon Məhkəməsinin 18 sentyabr 2026-cı il tarixli qərarı ilə bələdiyyə sədrinin iddiası təmin edilməyib.

Yəni məhkəmə bələdiyyə sədrinin haqlı olmadığını təsdiqləyib. Lakin vətəndaş iddia edir ki, məhkəmədə uduzan bələdiyyə sədri bundan sonra inzibati rıçaqlardan istifadə etməyə başlayıb.

Müraciət müəllifinin ən ağır ittihamları bundan sonra başlayır:

1.  Bələdiyyə sədrinin fərdi evinin hasarının qanunsuz olaraq vətəndaşa məxsus obyektə birləşdirildiyi,
2.  Obyektə bitişik qanunsuz tikilinin inşa edilib daha sonra “OBA” marketlər şəbəkəsinə icarəyə verildiyi,
3.  Nəticədə obyektin sol və arxa hissəsinə keçidi təmin edən 3 metrlik yolun tamamilə bağlandığı iddia olunur.

Əgər bu iddialar doğrudursa, söhbət artıq mülki mübahisədən getmir. Söhbət birbaşa olaraq bələdiyyə sədrinin öz vəzifə statusundan istifadə edərək vətəndaşın xüsusi mülkiyyətinə maneə yaratmasından, qanunsuz tikinti və icarə biznesi qurmasından gedir.
Bu, vəzifədən açıq sui-istifadə deməkdir.

Əli Məmmədli Prezident Administrasiyasına, Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə müraciət edərək tələb edir ki, Kamil Şükürovun fəaliyyəti araşdırılsın, FHN və tikintiyə nəzarət qurumları tərəfindən hasarın və OBA-nın yerləşdiyi tikilinin sənədlərinin, 3 metrlik keçidin hüquqi statusu yoxlanılsın.

İndi gözlər aidiyyəti qurumlardadır. Bu suallara cavab verilməlidir: Tikintinin icazəsi varmı? Hasar niyə vətəndaşın obyektinə birləşdirilib? OBA-ya icarə müqaviləsi hansı sənəd əsasında bağlanıb?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Əvvəlki Yazı

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

EKSKLUZİV

Masallıda bələdiyyə sədrindən sui-istifadə ittihamı

Masallıda bələdiyyə sədrindən sui-istifadə ittihamı

23 Sentyabr 2026 / 19:49
3
Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

23 Sentyabr 2026 / 16:00
1
“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

23 Sentyabr 2026 / 15:47
0
Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

23 Sentyabr 2026 / 15:30
0

XƏBƏR LENTİ

Masallıda bələdiyyə sədrindən sui-istifadə ittihamı

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Sabah 35 dərəcə isti olacaq

Millimiz bu gün Ermənistanla qarşılaşacaq

İki stansiya buna görə pulsuz olubmuş – Rəsmi

Bu klub ev oyunlarını Xankəndidə keçirəcək

Bakı metrosunda yeddivaqonluq qatarlar ola bilər – ÖZƏL

ABŞ-nin Ermənistana ayırdığı hərbi vəsaitin həcmi bəlli oldu

Azərbaycanda pul baratları üzrə müsbət saldo 750 mln. dolları ötüb

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməz saxlayıb

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Prezident İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq

Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilir

Yol polisi “Formula-1″lə bağlı sürücülərə müraciət etdi

Azərbaycanda yeni zavod tikiləcək

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı mühüm detal

Bu gün əfv olunanlardan 5-i əcnəbidir

Mərkəzi Bankı uçot dərəcəsini artıra bilər – PROQNOZ

Prezident əfv Sərəncamı imzalayıb – SİYAHI

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident Kralı təbrik etdi

NİİM sürücülərə müraciət edib

“Mehdiyev işi”ndə müəmmalı şahid

Millimiz bu gün Tacikistan yığması ilə üz-üzə gələcək

Azərbaycana payız gəlib

Prezident dağ-mədəni ilə bağlı Dövlət Proqramını TƏSDİQLƏDİ

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.