Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizə davam edir.
Cumhuriyyet.az xəbər verir ki, Azərbaycan yığmaları bu gün turnirdə 7-ci tur çərçivəsində növbəti oyunlarına çıxacaqlar.
Kişilərdən ibarət Azərbaycan millisi Yunanıstan seçməsi ilə qarşılaşacaq.
Qadın şahmatçılarımız isə Ermənistan yığması ilə üz-üzə gələcəklər.
Azərbaycanın kişi komandası 6 turdan sonra 10 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Qadınlardan ibarət yığmamız da 6 turdan sonra 10 xal toplayaraq 9-cu sırada yer alıb.









