Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

22 aptek CƏRİMƏLƏNDİ

Aprel 21, 2025
A A

REDAKTORUN SEÇİMİ

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00
“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

17 Sentyabr 26 / 9:10
Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20

Son bir il ərzində Azərbaycanda 22 aptek təşkilatı reseptsiz dərman satışına görə cərimələnib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsinə əsasən apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. Keçirilən təftişlər zamanı son 1 il ərzində ümumilikdə 22 aptek təşkilatı bu inzibati xətaya görə cərimələnib.

Ötən il yanvarın 1-dən etibarən ölkə ərazisində “Elektron Resept” sisteminə keçid başlanılıb. Elektron reseptin üstünlüklərindən biri sistem üzərindən xəstəyə dərman vasitəsi təyin olunmamışdan öncə diaqnozun təyin olunmasıdır.

Mərkəzin keçirdiyi yoxlamalar zamanı mediada yayılan informasiyalar əsasında, vətəndaş müraciətləri, digər dövlət qurumlarından gələn müraciətlərin dəyərləndirilməsinin nəticələrinə uyğun olaraq bu və ya buna oxşar hallar müşahidə edildikdə aptek təşkilatının sahibi qanunla məsuliyyətə cəlb edilir.

Azərbaycanda dövlət qeydiyyatına alınan bütün növ antibiotik tərkibli dərman vasitələri içlik vərəqəsində yazılan buraxılma qaydasına müvafiq olaraq aptek təşkilatlarından buraxılmalıdır. Bu il ərzində bugünə kimi aptek təşkilatlarından reseptsiz buraxılışına icazə verilən antibiotik tərkibli dərman vasitəsi qeydə alınmayıb. Yəni antibiotik reseptsiz satıla bilməz.

“Antibiotiklər həkim resepti əsasında və müalicə həkimin nəzarəti altında istifadə edilməlidir. Hər antibiotik istifadəsindən qabaq həssaslıq yoxlanılmalıdır. Hətta eyni antibiotik istifadəsinin hər yeni kurs müalicəsindən qabaq da həssaslıq yoxlanılmalıdır. Bəzi antibiotiklərin istifadəsi zamanı çarpaz sensibilizasiya nəzərə alınmalıdır. Xoşagəlməz hallar müşahidə edilən zaman dərhal təcili yardıma və ya birbaşa müalicə həkiminə müraciət edilməlidir.

Bir daha vətəndaşlara antibiotiklərdən özünü müalicə proqramında istifadə etməməyi, xəstəliyin irəliləmiş stadiyalarında stasionar xidmətə müraciət etmələrini, habelə əczaçılara dərman vasitələrinin istifadə təlimatına müvafiq buraxılmalı olduğunu tövsiyə edirik”, – məlumatda bildirilib.

AEM -dən bildirilib ki, ölkəyə rəsmi yolla idxal edilən dərman və tibb vasitələri ciddi yoxlanılır:

“Mərkəz dərmanların keyfiyyətini, təhlükəsizliyini və effektivliyini yoxlayaraq, idxalına icazə verməklə yanaşı, həmin dərman vasitələrinin istehsal edildiyi yerli və xarici müəssisələrdə də yoxlama aparır, həmin müəssisələrdə dərman vasitələrinin hansı şəraitdə istehsal edildiyinə də önəm verir. Bu sahədə dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi və effektivliyi Etibarlı İstehsalat Təcrübəsi (Good Manufacturing Practice – GMP) standartlarının tətbiqi ilə təmin olunur. Son illərdə Azərbaycanın əczaçılıq sahəsində sözügedən beynəlxalq tələblərə uyğunlaşdırılma istiqamətində ciddi addımlar atılır. Bir neçə gün öncə yeni GMP qaydalarının təsdiq edilməsini bu addımlardan biri kimi qeyd etmək olar”.

Əvvəlki Yazı

Sabah hava necə olacaq?

Növbəti Yazı

DTX-dan Fransanın böhtanlarını ifşa edən hüquqi fakt

EKSKLUZİV

Masallıda bələdiyyə sədrindən sui-istifadə ittihamı

Masallıda bələdiyyə sədrindən sui-istifadə ittihamı

23 Sentyabr 2026 / 19:49
3
Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

23 Sentyabr 2026 / 16:00
2
“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

23 Sentyabr 2026 / 15:47
1
Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

23 Sentyabr 2026 / 15:30
0

XƏBƏR LENTİ

Masallıda bələdiyyə sədrindən sui-istifadə ittihamı

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Sabah 35 dərəcə isti olacaq

Millimiz bu gün Ermənistanla qarşılaşacaq

İki stansiya buna görə pulsuz olubmuş – Rəsmi

Bu klub ev oyunlarını Xankəndidə keçirəcək

Bakı metrosunda yeddivaqonluq qatarlar ola bilər – ÖZƏL

ABŞ-nin Ermənistana ayırdığı hərbi vəsaitin həcmi bəlli oldu

Azərbaycanda pul baratları üzrə müsbət saldo 750 mln. dolları ötüb

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməz saxlayıb

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Prezident İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq

Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilir

Yol polisi “Formula-1″lə bağlı sürücülərə müraciət etdi

Azərbaycanda yeni zavod tikiləcək

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı mühüm detal

Bu gün əfv olunanlardan 5-i əcnəbidir

Mərkəzi Bankı uçot dərəcəsini artıra bilər – PROQNOZ

Prezident əfv Sərəncamı imzalayıb – SİYAHI

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident Kralı təbrik etdi

NİİM sürücülərə müraciət edib

“Mehdiyev işi”ndə müəmmalı şahid

Millimiz bu gün Tacikistan yığması ilə üz-üzə gələcək

Azərbaycana payız gəlib

Prezident dağ-mədəni ilə bağlı Dövlət Proqramını TƏSDİQLƏDİ

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Mar   May »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.