Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

“5-ci kalon” nümayəndəsi “TST Rüfət”i kimlər himayə edir: Günahsız sahibkarlar həbsdən azad olunacaq?

Oktyabr 8, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

10 Oktyabr 25 / 15:36
“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

09 Oktyabr 25 / 15:52
Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

09 Oktyabr 25 / 12:05
Ağdam icra başçısından xoşagəlməz hərəkət: Şəhid anası və qazilər ayaqüstə, özü  isə… – FOTOFAKT

Ağdam icra başçısından xoşagəlməz hərəkət: Şəhid anası və qazilər ayaqüstə, özü isə… – FOTOFAKT

08 Oktyabr 25 / 17:00
Ramiz Mehdiyevin kürəkəninin qoçuları Nizami rayonunda at oynadır

Ramiz Mehdiyevin kürəkəninin qoçuları Nizami rayonunda at oynadır

08 Oktyabr 25 / 16:00

Azərbaycanda yüksək vəzifəli məmurların və oliqarxların ölkə iqtisadiyyatına problem olması yeni məsələ deyil. Belə məmurlardan biri də Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Gömrük İdarəsinin sabiq rəisi  Rauf Rzayevlə bağlı yaşanıb. Ali Məhkəmənin sabiq sədri Ramiz Rzayevin qardaşı olan idarə rəisi Rusiyaya kənd təsərrüfatı məhsulu ixrac etmək istəyən sahibkarlar qarşısında keçilməz səddə çevrilmişdi. Sabiq rəis Rauf Rzayev kənd təsərrüffatı məhsullarının ixrac zamanı sahibkarlara qanundan kənar süni maneələr yaradırdı. O vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ixrac olunan malların invoys dəyərini qanunsuz olaraq qaldırırdı.  Bundan başqa adətən sahibkarlar öz məhsullarını Rusiyada gömrük rəsmiləşdirilməsini özləri ediblər. Bu da Rusiyada malların idxalı zamanı Azərbaycandan suni şəkildə ixrac olunmuş malların dəyərinə görə 20 %  əlavə dəyər vergisi ödəyiblər ki, həmin xərclər Azərbaycan vətəndaşının şəxsi vəsaitindən, dolayı yoldan valyutanın ölkədən kənara axınına və Rusiya Federasiyasının büdcəsinə axıb. Göründüyü kimi, gömrük əməkdaşları qanunsuz olaraq invoys dəyərini qaldırılması ilə Azərbaycan Respublikasının daxilində 5-ci kalona və Azərbaycan sahibkarlarının əli ilə Rusiya Federasiyasının dövlət büdcəsini doldurulmasına xidmət edirlər.  İki il öncə bu durumdan şikayətçi olan bir qrup iş adamı məsələni ictimailəşdirmiş və kənd təsərrüfatı mallarının ixracı kimi strateji bir sahədə bu problemin ciddiliyini bildirmişdi. Maraqlıdır ki, Bunun ardınca problemi yaradan şəxslər haqqında tədbir görülmək əvəzinə bu məsələni ictimailəşdirən iş adamları sıxışdırılıb. Belə ki, 2023-cü il dekabrın 25-də məlum müraciətin müəlliflərindən olan Şirinov Elvin və onunla birgə çalışan Hidayətov Zöhrab  həbs olunub və onlar haqqında Cinayət Məsəlləsinin 192. 3.2 və (Xüsulilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) 206.3.2 (Qabaqcadan bir qrup şəxslə əlbir olaraq qaçaqmalçılıq törədildikdə) maddəsi ilə istintaqa başlanılır. Halbu ki göstərdiyi fəaliyyət boyunca nə gömrük, vergi və nə də digər orqanlar şikayətçi olmayıblar. 2022-2023 cü illər də fiziki şəxs olaraq Azərbaycan Respublikasından kənd təsərrüfatı məhsullarını Rusiya, Ukrayna, Qazaxıstan, Belarusiya, İran, İraq, Polşa ölkələrinə və Dubay şəhərinə ixrac edib. İxrac zamanı bütün gömrük rüsumları iqtisadi və labaratoriya ödənişləri ödənilib. Azərbaycan Respublikasının ərazisində hər mövsümdə yetişdirilən kənd təsərrüfatı məhsulları, o cümlədən pomidor, xiyar, nar, xurma, alma, armud və arpa ixrac edilərək, dövlət vergisi də ödənilib. Hazırda təqsirləndirilmələrinə dair  cinayət işinə hakim Fəhmin Hümbətovun sədrliyi ilə Sumqayıq Ağır Cinayətlər Məhkəməsində baxılır.  Bir məqamı qeyd edək ki, nə istintaq dövründə, nə də məhkəmədə təqsirləndirilən şəxslərin əleyhinə konkret faktlar ortaya qoyulmayıb. Əksinə, Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinə əsasən Qaçaqmalçılıq dedikdə – Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və digər əşyaların  keçirilməsi başa düşülür.  Qeyd edilməlidir ki, ixrac olunan kənd təsərrüfatı məhsulları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli deyil, gömrük sərhədindən gömrük nəzarəti altında keçirilmiş, mallar keçirilərkən gömrük sərhədinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən qanuni əsaslarla verilmiş sənədlər təqdim edilmiş, aldatma yolu ilə heç-bir gömrük eyniləşdirilməsi həyata keçirilməmiş, səhhəddən bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş hər hansı məhsul keçirilməmişdir. Bütün hüquqi və məntiqi məqamlar hazırda həbsdə olan  Hidayətov Zöhrab Raqub oğlu və  Şirinov Elvin Valeh oğlunun sifarişli həbs olunduğunu göstərir. Həbsdən əvvəl isə bu şəxslərin qanunsuz olaraq Azərbaycandan Rusiyaya pul ötürülməsinə qarşı çıxdıqlarını nəzərə alsaq sifarişçilərin kimliyi aydınlaşar. Maraqlı burasındadır ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bu prosesə müdaxilə edərək sahibkarların müdafiəsinə qalxmayıb. Əksinə bu qurumun səlahiyyətli şəxslərinin TST Rüfət kimi tanınan şəxsi müdafiə etməsi müşahidə olunub.

Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, Rəsmi qurumlar tərəfindən qorunduğunu iddia edən bu şəxs tək monopoliyası ilə deyil, həm də dövlət maraqlarına ciddi zərbə vurması ilə tanınıb. Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Gömrük İdarəsinin sabiq rəisi Rauf Rzayevlə sdıx əməkdaşlıqda olan TST Rüfət kənd təsərrüfatı məhsulu ixrac etmək istəyən sahibkarlar qarşısında keçilməz səd yaratmışdı. Ali məhkəmənin sabiq sədri Ramiz Rzayevin qardaşı Rauf Rzayevlə birləşən TST Rüfət kənd təsərrüffatı məhsullarının ixrac zamanı sahibkarlara qanundan kənar süni maneələr yaradırdı. O vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ixrac olunan malların invoys dəyərini qanunsuz olaraq qaldırırdı. Bundan başqa adətən sahibkarlar öz məhsullarını Rusiyada gömrük rəsmiləşdirilməsini özləri edirlər. Bu da Rusiyada malların idxalı zamanı Azərbaycandan suni şəkildə ixrac olunmuş malların dəyərinə görə 20 % əlavə dəyər vergi ödəyirlər ki, həmin xərclər Azərbaycan vətəndaşının şəxsi vəsaitindən, dolayı yoldan valyutanın ölkədən kənara axınına və Rusiya Federasiyasının büdcəsinə axır. Göründüyü kimi, gömrük əməkdaşları qanunsuz olaraq invoys dəyərini qaldırılması ilə Azərbaycan Respublikasının daxilində 5-ci kalona və Azərbaycan sahibkarlarının əli ilə Rusiya Federasiyasının dövlət büdcəsini doldurulmasına xidmət edirlər… Aparılan araşdırma nəticəsində cumhuriyyet.az-a məlum olub ki, Qəhrəmanov Rüfət Məmməd oğlu Rusiyada fəaliyyət göstərən “TCT” OOO-nun sahibi imiş. Rusiyada qeydiyyatda olan bir şirkətin Azərbaycan gömrüyündə bu şəkildə at oynatması böyük şübhələr yaradır.

Maraqlıdır ki, Rusiyanın iş adamı olan Rüfət Qəhrəmanov sonradan Dövlət Gömrük Komitəsi “Samur” Gömrük Terminalənda  peyda olub. Cumhuriyyet.az-a daxil olan məlumatda iddia edilir ki, bu şəxs terminala gəldikdən qıssa müddət sonra, terminal qarşısında valyuta dəyişmə və elektron xidmətlər göstərən obyektləri sıradan çıxarır və ləğv edib. Rüfət Qəhrəmanov qeyd olunan sahələri ləğv edərək ,terminalın daxilində, qeyri-qanuni olaraq 16-ya yaxın yuxarıda qeyd etdiyimiz xidmətləri göstərən obyektlər açıb. Bu obyektlər hər hansı bir vergi ödəməyib və aylıq bu 16 obyektdən cənab Qəhrəmanov yüksək gəlirlər əldə edib. Amma Rüfət Qəhrəmanovun şan-şöhrəti bununla bitmir. İddialara görə, o eyni zamanda Qusar Rayon İH-nin başçısı Sahir Məmmədxanovun ərazidəki  adamlarından biri kimi də özünü tanıdıb.

Maraqlısı budur ki, iddialara görə, hətta əraziyə nəzarət edən polis əməkdaşları belə bu adamdan çəkiniblər. Onu da bildirək ki, R.Qəhrəmanovun himayəsində olan şəbəkə ifşa olundu və bu sistemlə işləyən bəzi ixracatçılar həbs olundu. Belə ki, bir il öncə, Xaricə ixrac etdikləri 578 milyon manat dəyərində kənd təsərrüfatı məhsulundan əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan vəzifəli şəxslər ifşa edilib. Xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş materiallar əsasında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır. Bütün işlərdə isə Rüfət Qəhrəmanovun adı şahid qismində keçir. Amma cumhuriyyet.az-a daxil olan məlumata görə onun əməllərinin qurbanı olan Daşqın adlı iş adamı  ona qarşı ifadə verib və bir zamanlar gömrükdə at oynadan TST Rüfət indi qaçaq həyatı yaşayır.

Əvvəlki Yazı

Əhaliyə vacib XƏBƏRDARLIQ: Bu kodu tanımadığınız şəxsə verməyin!

Növbəti Yazı

Türkiyə PA Azərbaycanla bağlı sərsəm iddiaları yalanladı: “İnanmayın, bu…”

EKSKLUZİV

Qazax şəhər qəbiristanlığında iməcilik keçirilib

Qazax şəhər qəbiristanlığında iməcilik keçirilib

13 Oktyabr 2025 / 10:57
1
AHİK sədrindən xalqa hörmətsizlik – məmurlardan qalan artıqları…

AHİK sədrindən xalqa hörmətsizlik – məmurlardan qalan artıqları…

10 Oktyabr 2025 / 16:02
9
“Bank BTB” müştərilərin çox narazı qaldığı bank seçildi

“Bank BTB” müştərilərin çox narazı qaldığı bank seçildi

10 Oktyabr 2025 / 15:45
0
Nazirlik İskəndər Xəlilovun “ISR Plaza”sında yoxlama aparacaq

Nazirlik İskəndər Xəlilovun “ISR Plaza”sında yoxlama aparacaq

10 Oktyabr 2025 / 15:43
5

XƏBƏR LENTİ

Qazax şəhər qəbiristanlığında iməcilik keçirilib

AHİK sədrindən xalqa hörmətsizlik – məmurlardan qalan artıqları…

“Bank BTB” müştərilərin çox narazı qaldığı bank seçildi

Nazirlik İskəndər Xəlilovun “ISR Plaza”sında yoxlama aparacaq

Elşad Həsənovun şübhəli “birmənbə metodu”: 19,7 milyonluq üç müqavilənin izi ilə…

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

“WhatsApp” istifadəçilərinə ŞAD XƏBƏR – YENİLİK EDİLDİ

Konfrans iştirakçılarının Ağdərədəki kütləvi məzarlığı ziyarəti erməni faşizminin qlobal ifşasıdır

Şahin Şıxlinski və Səfərov qardaşlarının işi- işgəncə ilə alınan ifadə, yoxa çıxan general- Rusiyada SENSASİON GƏLİŞMƏ

Adnan Əhmədzadə ilə Vahid Ələkbərovun anlaşması necə olub?

General Ramiz Zeynalovun qardaşı oğlunun Dubaydakı mülkləri üzə çıxıb – SƏNƏDLƏR – FOTO

Qarabağa qayıdanların evləri kimlərə veriləcək? – VİDEO

Zəngəzur dəhlizindən son görüntülər – VİDEO

“Okean Avtosalon”unda 1,5 milyon manat vergidən yayınma

Kredit kartlarının ikiüzlü təsiri – ARAŞDIRMA

Tramp Nobel Sülh mükafatın ala bilmədi – FOTO

Şahin Şıxlinski ilə bağlı qərar verildi – FOTO

Daxili qoşunların fəaliyyəti ilə bağlı YENİ QANUN

Bakıda saxlanılan “Sputnik Azərbaycan”ın direktoru azadlığa buraxıldı

Lukaşenkonun Paşinyanla bağlı zarafatı sammitdə gündəm oldu

“Azərsun Holdinq”in ictimai etimadı təhlükədə

Fuad Ələsgərovun qəbulunda olan valideynin övladının vəsadəti qəbul olunmadı: PREZİDENTƏ VİDEOMÜRACİƏT

“Azərikart”ın lisenziyası məhdudlaşdırıldı – Mərkəzi Bankdan qərar

“Məlhəm” hospitalı yeni doğulan uşağı ailəsinə niyə göstərmir?

Ədəbiyyat üzrə Nobel mükafatı qalibi açıqlandı – Macar yazıçı

Putin AZAL faciəsinə görə Azərbaycan Prezidentindən üzr istədi, Rusiya TƏZMİNAT ÖDƏYƏCƏK

“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

Əminə Yusifqızı vəfat etdi

Gənclər və İdman Nazirliyində qalmaqal – WRO qalibləri diskvalifikasiya edildi, valideynlər kömək istəyir

Putinin dünya müharibəsinə getməsinə dair real risklər var”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.