Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Zəngəzur dəhlizinə ilginc hədə – Trampın imzasını “sabotaj” edənlər…

Oktyabr 9, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

10 Oktyabr 25 / 15:36
“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

09 Oktyabr 25 / 15:52
Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

09 Oktyabr 25 / 12:05
Ağdam icra başçısından xoşagəlməz hərəkət: Şəhid anası və qazilər ayaqüstə, özü  isə… – FOTOFAKT

Ağdam icra başçısından xoşagəlməz hərəkət: Şəhid anası və qazilər ayaqüstə, özü isə… – FOTOFAKT

08 Oktyabr 25 / 17:00
Ramiz Mehdiyevin kürəkəninin qoçuları Nizami rayonunda at oynadır

Ramiz Mehdiyevin kürəkəninin qoçuları Nizami rayonunda at oynadır

08 Oktyabr 25 / 16:00

Xocalı canisini Moskvamı danışdırır? Üç liderin Ağ Evdə təsdiqlədiyi sənədlərlə bağlı axmaq iddiaya Bakıdan sərt təpki

Ermənistanın ikinci prezidenti, Xocalı hərbi canisi Robert Köçəryan təzədən xortlayıb. Rusiyanın tulası olduğu şəkk-şübhə doğurmayan, tarixin zibilliyinə atılmış bu siyasi meyit oktyabrın 6-da İrəvanda keçirdiyi mətbuat konfransında yenə Kremlin maraqlarını təbliğ eləməyə çalışıb.

Həmin maraqların bölgə xalqlarının, o sırada Ermənistan cəmiyyətinin mənafeyinə uyğun olmadığı artıq “daşlaşmış” həqiqətdir. Bu xüsusda avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın qarantorluğu ilə imzalanmış məlum sənədləri, özəlliklə paraflanmış sülh sənədini Köçəryanın hədəfə alması və gözdən salmağa çalışması qətiyyən təsadüfi deyil.

Köçəryanın sözlərinə görə, əldə olunan razılaşmalardan yalnız ABŞ və Azərbaycan uduşda olub, Ermənistan hakimiyyəti isə yalnız xalqı növbəti dəfə aldatmaq imkanı qazanıb. “Birləşmiş Ştatlar gələcək dəhliz üzərində nəzarəti, İranla sərhədə effektiv nəzarət və Trampı Nobel mükafatına namizəd göstərmək imkanı əldə edib. Azərbaycan Ermənistan ərazisindən keçən dəhliz hüququ, Minsk Qrupunun buraxılması və 907 saylı qətnamənin ləğvinə nail olub”, – Köçəryan bildirib.

O, sənədlərdə Ermənistanın xeyrinə heç nə tapmadığını iddia edib: “Heç nə, sıfır. Yalnız problemlər. Bircə Paşinyan Trampın imzası olan fotoşəkil, eləcə də heç bir hüquqi qüvvəsi olmayan və erməni xalqını növbəti dəfə aldatmağa imkan verən kağız əldə edib”.

Diqqət edin, Xocalı canisi Ağ Evdə imzalanan, Tampın da imzası duran sənədləri, həmçinin paraflanan sülh müqaviləsini kağız parçası adlandırır. Yəni işarə vurur ki, hakimiyyət radikalların əlinə keçsə, həmin sənədlər işləməyəcək.

Ermənistan Baş naziri Administrasiyasının rəhbərinin müavini Taron Çaxoyan ölkənin keçmiş prezidenti Robert Köçəryanın bu gün keçirdiyi mətbuat konfransında verdiyi açıqlamalarına münasibət bildirib. O, bu barədə sosial media hesabında yazıb. “Köçəryan erməni xalqına, Ermənistana nifrət edir. Əvvəlcə Ermənistanı müharibəyə qızışdırmaqda ittiham etdi, sonra bəyan elədi ki, Ermənistanı gəzmək, xalqla ünsiyyət qurmaq heç də xoş deyil. Bundan başqa nə deyə bilərdi?

Onu da açıqladı ki, siyasətə qarışmaq istəmir, amma onu (Rusiyadan) məcbur edirlər. Vaxtilə prezident kürsüsünü ələ keçirmiş Robert Köçəryan Ermənistan Respublikası üçün biabırçılıqdır”, – Çaxoyan qeyd edib. İrəvan Şəhər Şurasının Hayk Saakyan da Robert Köçəryanın fikirlərinə reaksiya verib:

“Köçəryanın mətbuat konfransına məzmun baxımından reaksiya vermək istədim, amma uyğun bir söz tapmadım. Köçəryan dəyişməyib və dəyişməyəcək də. Necə ki, hakimiyyətdə olduğu illərdə bu xalqı iyrəndirib və nifrət oyadıb, eyni hal indi, müxalifətdə olduğu dövrdə də davam edir. Xəritə böyüyüb – Rusiyadan başqa dövlətlər də var (bu haqda da danışın). Cənab Köçəryan, Putinin doğum günü mübarək, başınızın üstündən əskik olmasın. Bu, kimyadır”.

“Moskva hazırda Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların olmamasından razıdır, amma “Tramp yolu” ilə bağlı bəzi suallar var”. Bunu Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib. “Tramp yolu” planının həyata keçirilməsinin asan olacağını düşünmürəm. Xüsusilə də Tramp administrasiyasının regiondan minlərlə kilometr uzaqda yerləşdiyini nəzərə alsaq, çoxlu suallar yaranır. Rusiya, Türkiyə və İran – hamısı buradadır. Ona görə də bu yol sülh, əməkdaşlıq yolu olmalı və Ermənistan və Azərbaycan da daxil olmaqla, bütün tərəflərə fayda verməlidir”, – Cabarov qeyd edib.

Rusiyalı deputat bildirib ki, gələcək nəqliyyat arteriyası bütün tərəflər – həm Ermənistan, həm də Azərbaycan üçün faydalı olmalıdır: “Bu, bir ölkənin hesabına digərinin xeyrinə olan yol olmamalıdır. Bütün tərəflərin faydalanmasını təmin etmək üçün maraqlar balansı axtarılmalıdır”.

Cabarovun iddiasına görə, Cənubi Qafqazda sabitliyin təmin edilməsində Rusiyanın rolu “əsas” olaraq qalır: “Rusiyanın iştirakı olmadan Ermənistanla Azərbaycan arasında bütün problemləri tam həll etmək mümkün olmayacaq. Rusiya sabit Cənubi Qafqazda və həm Ermənistan, həm də Azərbaycanla dostluq münasibətlərində maraqlı ölkə olub və belə də qalır. Bu yol üçüncü ölkələrin maraqlarına deyil, bu ölkələrin inkişafına xidmət etməlidir”.

Əvvəlki Yazı

“Kontakt Home” və “Baku Elektroniks”ə boykot çağırışı

Növbəti Yazı

Bir sevgi, bir qaçış, bir nikah: Azərbaycanlılar niyə əcnəbilərlə evlənir?

EKSKLUZİV

Qazax şəhər qəbiristanlığında iməcilik keçirilib

Qazax şəhər qəbiristanlığında iməcilik keçirilib

13 Oktyabr 2025 / 10:57
1
AHİK sədrindən xalqa hörmətsizlik – məmurlardan qalan artıqları…

AHİK sədrindən xalqa hörmətsizlik – məmurlardan qalan artıqları…

10 Oktyabr 2025 / 16:02
9
“Bank BTB” müştərilərin çox narazı qaldığı bank seçildi

“Bank BTB” müştərilərin çox narazı qaldığı bank seçildi

10 Oktyabr 2025 / 15:45
0
Nazirlik İskəndər Xəlilovun “ISR Plaza”sında yoxlama aparacaq

Nazirlik İskəndər Xəlilovun “ISR Plaza”sında yoxlama aparacaq

10 Oktyabr 2025 / 15:43
5

XƏBƏR LENTİ

Qazax şəhər qəbiristanlığında iməcilik keçirilib

AHİK sədrindən xalqa hörmətsizlik – məmurlardan qalan artıqları…

“Bank BTB” müştərilərin çox narazı qaldığı bank seçildi

Nazirlik İskəndər Xəlilovun “ISR Plaza”sında yoxlama aparacaq

Elşad Həsənovun şübhəli “birmənbə metodu”: 19,7 milyonluq üç müqavilənin izi ilə…

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

“WhatsApp” istifadəçilərinə ŞAD XƏBƏR – YENİLİK EDİLDİ

Konfrans iştirakçılarının Ağdərədəki kütləvi məzarlığı ziyarəti erməni faşizminin qlobal ifşasıdır

Şahin Şıxlinski və Səfərov qardaşlarının işi- işgəncə ilə alınan ifadə, yoxa çıxan general- Rusiyada SENSASİON GƏLİŞMƏ

Adnan Əhmədzadə ilə Vahid Ələkbərovun anlaşması necə olub?

General Ramiz Zeynalovun qardaşı oğlunun Dubaydakı mülkləri üzə çıxıb – SƏNƏDLƏR – FOTO

Qarabağa qayıdanların evləri kimlərə veriləcək? – VİDEO

Zəngəzur dəhlizindən son görüntülər – VİDEO

“Okean Avtosalon”unda 1,5 milyon manat vergidən yayınma

Kredit kartlarının ikiüzlü təsiri – ARAŞDIRMA

Tramp Nobel Sülh mükafatın ala bilmədi – FOTO

Şahin Şıxlinski ilə bağlı qərar verildi – FOTO

Daxili qoşunların fəaliyyəti ilə bağlı YENİ QANUN

Bakıda saxlanılan “Sputnik Azərbaycan”ın direktoru azadlığa buraxıldı

Lukaşenkonun Paşinyanla bağlı zarafatı sammitdə gündəm oldu

“Azərsun Holdinq”in ictimai etimadı təhlükədə

Fuad Ələsgərovun qəbulunda olan valideynin övladının vəsadəti qəbul olunmadı: PREZİDENTƏ VİDEOMÜRACİƏT

“Azərikart”ın lisenziyası məhdudlaşdırıldı – Mərkəzi Bankdan qərar

“Məlhəm” hospitalı yeni doğulan uşağı ailəsinə niyə göstərmir?

Ədəbiyyat üzrə Nobel mükafatı qalibi açıqlandı – Macar yazıçı

Putin AZAL faciəsinə görə Azərbaycan Prezidentindən üzr istədi, Rusiya TƏZMİNAT ÖDƏYƏCƏK

“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

Əminə Yusifqızı vəfat etdi

Gənclər və İdman Nazirliyində qalmaqal – WRO qalibləri diskvalifikasiya edildi, valideynlər kömək istəyir

Putinin dünya müharibəsinə getməsinə dair real risklər var”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.