Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Ən zərərli yağların ölkədə satışı artır – xəbərdarlıq

Oktyabr 16, 2025
A A

REDAKTORUN SEÇİMİ

Neft maqnatı Anar Əlizadə saxta paspora görə həbs oluna bilər – FOTOFAKT

Neft maqnatı Anar Əlizadə saxta paspora görə həbs oluna bilər – FOTOFAKT

29 Noyabr 25 / 11:12
Füzuli Ələkbərovun milyonluq “tender imperiyası”: Bacısı oğlu nazir müavinidir + Qalmaqallı keçmiş

Füzuli Ələkbərovun milyonluq “tender imperiyası”: Bacısı oğlu nazir müavinidir + Qalmaqallı keçmiş

28 Noyabr 25 / 16:09
Deputat Ülvi Quliyevin “qazi” oğlunun Londondan Qarabağa uzanan biznesi və SSRİ sevgisi – DOSYE+VİDEO

Deputat Ülvi Quliyevin “qazi” oğlunun Londondan Qarabağa uzanan biznesi və SSRİ sevgisi – DOSYE+VİDEO

27 Noyabr 25 / 16:15
Adnan Əhmədzadənin xalası oğlunun şirkəti qaçaqmalçılıq edir? – Kamran Ağayevlə bağlı SENSASİYALI İDDİALAR

Adnan Əhmədzadənin xalası oğlunun şirkəti qaçaqmalçılıq edir? – Kamran Ağayevlə bağlı SENSASİYALI İDDİALAR

27 Noyabr 25 / 10:45
Elçin Babayevin Bakı Dövlət Universitetində KAHI və LİFT islahatları

Elçin Babayevin Bakı Dövlət Universitetində KAHI və LİFT islahatları

25 Noyabr 25 / 21:15

Ekspert deyir ki, tərkibində “palma yağı” qeyd olunubsa, deməli, bu məhsul ucuz xammaldan hazırlanıb; “Şokolad, konfet, krem və fast-food məhsullarında bu yağdan çox istifadə olunur, ona görə…”

Palma yağının ziyanlı olması ilə bağlı yayılan fikirlər vətəndaşları illərdir narahat edir. “Bakı-Xəbər” yazır ki, marketlərdə satılan çox sayda şokolad və qidaların tərkibinə bu yağdan qatılır.

Avropalı həkimlər bu yağdan istifadənin piylənmə və xroniki xəstəliklərin inkişafına gətirib çıxardığını deyir. Lakin istehlakçıları palma yağının zərərsizliyinə və hətta xeyirli olduğuna inandırmaq üçün səy göstərən istehsalçılar da var.

Ölkəmizdə palma yağından istifadə edənlər artır. Bu il Azərbaycana 22 min tona yaxın palma yağı idxal edilib. Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici həcm ifadəsində 9% və ya 2.2 min ton azalıb, dəyər ifadəsində isə 10.1% və ya 2.9 milyon ABŞ dolları artıb. 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 31 milyon 252.2 min ABŞ dolları dəyərində 21 min 814.6 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib. Bir kiloqram palma yağının orta idxal qiyməti 22% artaraq 2.44 manata çatıb.

Maraqlıdır, palma yağının zərərləri ilə bağlı cəmiyyətdə ciddi müzakirələr gedir, maarifləndirmə kampaniyaları aparılır, bəs bu yağ Azərbaycana niyə böyük həcmdə idxal olunur?

Qida təhlükəsizliyi üzrə ekspert Asim Vəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Palma yağı ucuz xammal olduğu üçün bütün dünyada tələbat çoxdur. Xüsusilə də qida sənayesində geniş istifadə olunur. Biz də dünyanın bir parçası olduğumuz üçün son illər Azərbaycan bazarında palma yağına tələbatın artması normaldır. Statistikaya görə, ölkəmizə hər il böyük miqdarda palma yağı idxal olunur. Bu qədər böyük həcmdə idxalın əsas səbəbi ucuz olması, uzun saxlanma müddəti və qida sənayesində texnoloji üstünlükləri ilə bağlıdır. Palma yağının sağlamlığa təsiri məsələsi hələ də elmi və ictimai müstəvidə müzakirə olunur. Ən mühüm xüsusiyyəti odur ki, doymuş yağ turşularının miqdarı çox yüksəkdir. Bu hal onu otaq temperaturunda bərk saxlayır və məhsulun uzunömürlülüyünü artırır. Bu səbəbdən palma yağı qənnadı məmulatlarında, şokolad, biskvit, yağlı krem və hazır yeməklərdə geniş istifadə olunur. İstehsalçılar üçün bu yağ həm stabil, həm də iqtisadi baxımdan sərfəlidir”.

Ekspert qeyd edir ki, doymuş yağların orqanizmdə yaratdığı təsirlər tibb elmi üçün narahatedici faktordur: “Bu yağların çox miqdarda qəbulu xolesterin səviyyəsini artırır, damar elastikliyini azaldır və ürək-damar xəstəlikləri riskini yüksəldir. Buna görə Ümumdünya Səhiyyə Təşkilatı palma yağını “mülayim şəkildə istifadə edilməli qida” kimi dəyərləndirir. ÜST-nin hesabatında palma yağı sənayesinin təsiri tütün və alkoqol sənayesi ilə müqayisə olunur. Bu da onun həm sağlamlıq, həm də ekoloji baxımdan yaratdığı problemləri göstərir. Ətraf mühit aspekti də vacibdir. Palma yağı istehsalı üçün Cənub-Şərqi Asiyada meşələr kütləvi şəkildə qırılır. Bu da biomüxtəlifliyin azalmasına, torpaq eroziyasına və istixana qazlarının artmasına səbəb olur. Belə nəticə çıxır ki, bu yağ təkcə sağlamlıq üçün deyil, planetin ekoloji tarazlığı üçün də risk amilidir.

Bu qədər mənfi fikirlərə baxmayaraq, çox idxal olunmasının cavabı sadədir. Çünki alternativi daha bahadır. Günəbaxan, zeytun və qarğıdalı yağlarının qiyməti dünya bazarında daha yüksəkdir. Qida sənayesində istehsalçılar maya dəyərini azaltmaq və məhsulun xarab olmamasını təmin etmək üçün palma yağını seçirlər. Bir çox şirkətlər onun “rafinə edilmiş, təmizlənmiş” versiyasını istifadə etdiklərini bildirir. Bu halda toksik təsirin minimuma endiyini deyirlər”.

 

Asim Vəliyevə görə, ölkəmiz üçün əsas problem palma yağının mənşəyi və keyfiyyətinə nəzarətlə bağlıdır: “Əgər idxal olunan yağ sertifikatlaşdırılmış və beynəlxalq standartlara uyğun istehsal edilibsə, o zaman təhlükə riski az olur. Amma ucuz və sertifikatsız xammal idxal edilərsə, orqanizmə uzunmüddətli təsir daha ciddi ola bilər. İstehlakçı olaraq etiketdəki “bitki yağı” ifadəsinə diqqət etməliyik. Əgər tərkibdə “palma yağı” qeyd olunubsa, bu məhsulun ucuz xammaldan hazırlandığı ehtimalı yüksəkdir. Xüsusilə şokolad, konfet, krem və fast-food məhsullarında bu yağdan çox istifadə olunur.

Palma yağının idxalı iqtisadi baxımdan sərfəli olsa da, bir məhsulun sağlamlığa təsiri çox müzakirə olunursa və fikirlər birmənalı deyilsə, o zaman palma yağından istifadəni azaltmaq daha yaxşı olar. Nəzərə almaq lazımdır ki, qida sənayesinin arxasında böyük qlobal maraqlar var. Artıq müasir dünyada qida həm də bioloji silah olaraq istifadə oluna bilir”.

Bəs palma yağı kimlər üçün daha zərərlidir? Mütəxəssislər qeyd edir ki, palma yağı bəzi insanlar üçün sağlamlıq baxımından uyğun olmaya bilər və istifadəsi müəyyən hallarda məhdudlaşdırılmalıdır. Bu yağ növü doymuş yağlarla zəngin olduğu üçün xüsusilə ürək-damar sistemi xəstəlikləri olan şəxslər üçün risk daşıyır. Xolesterin səviyyəsi yüksək olan insanlarda palma yağının müntəzəm istifadəsi damar tıxanıqlığı və infarkt riskini artıra bilər. Piylənməsi olan şəxslər üçün də palma yağı məhdudlaşdırılmalıdır, çünki yüksək kalorili olması çəki artımına səbəb ola bilər. Bu da öz növbəsində digər metabolik problemləri, o cümlədən 2-ci tip şəkərli diabeti şiddətləndirə bilər. Diabet xəstələrində doymuş yağların qəbulu insulin müqavimətini artıraraq şəkər səviyyələrinin tənzimlənməsini çətinləşdirə bilər. Palma yağı bəzi uşaq qidalarında da istifadə edilir, lakin bəzi hallarda körpələrdə bu yağın tərkibindəki yağ turşularının sorulması çətinlik yarada bilər. Bəzi tədqiqatlar palma yağının kalsiumun sorulmasına da mənfi təsir etdiyini göstərir. Bu səbəbdən, süni qidalarla bəslənən körpələr üçün palma yağı ehtiyatla istifadə olunmalıdır. Mədə-bağırsaq sistemində problem yaşayan şəxslər, xüsusilə xroniki qastrit, mədə xorası və ya öd yolları ilə bağlı xəstəlikləri olanlar da palma yağından uzaq durmalıdır. Bu yağın həzmi nisbətən çətin olduğu üçün həssas mədə-bağırsaq sisteminə əlavə yük yarada bilər.

Alternativ olaraq daha sağlam yağlar tövsiyə olunur. Zeytun yağı, kətan toxumu yağı, kanola yağı və avokado yağı doymamış yağ turşuları ilə zəngindir və sağlamlıq baxımından daha uyğun hesab olunur. Palma yağı istifadə etməzdən əvvəl fərdi sağlamlıq vəziyyəti nəzərə alınmalı və mümkün olduqda həkim və ya dietoloqla məsləhətləşilməlidir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Əvvəlki Yazı

Saakaşvili: “İlham Əliyev bütün Qafqazın şərəfini qorudu”

Növbəti Yazı

Paytaxtda taksi sayına limit – qiymətlərə və keyfiyyətə təsiri nə olacaq?

EKSKLUZİV

“Park Cinema”da Azərbaycan dilində filmlər göstərilimir?

“Park Cinema”da Azərbaycan dilində filmlər göstərilimir?

29 Noyabr 2025 / 13:10
0
Aristokrat” klinikasında saxta həkimlər-Video

Aristokrat” klinikasında saxta həkimlər-Video

29 Noyabr 2025 / 13:07
0
Kənd təsərrüfatımız qeyri-peşəkarların əlində…-DETALLAR

Kənd təsərrüfatımız qeyri-peşəkarların əlində…-DETALLAR

29 Noyabr 2025 / 13:04
1
Rusiyanın Ukraynaya kütləvi gecə hücumları: sülh danışıqları fonunda artan gərginlik

Rusiyanın Ukraynaya kütləvi gecə hücumları: sülh danışıqları fonunda artan gərginlik

29 Noyabr 2025 / 12:57
1

XƏBƏR LENTİ

“Park Cinema”da Azərbaycan dilində filmlər göstərilimir?

Aristokrat” klinikasında saxta həkimlər-Video

Kənd təsərrüfatımız qeyri-peşəkarların əlində…-DETALLAR

Rusiyanın Ukraynaya kütləvi gecə hücumları: sülh danışıqları fonunda artan gərginlik

Bu qış Bakıda çox sərt keçəcək: şaxta, qar… – XƏBƏRDARLIQ

Sosial Xidmətlər Agentliyinin tenderi ləğv olunub – Qardaşın bacısı ilə sövdələşməsinə görə

1700 il sonra tarixdə bir ilk – Papa və Patriarx Türkiyədə birgə dua etdi

Ermənistan rəsmiləri Qəbələdə Şahin Mustafayevlə görüşdü – Nələr razılaşdırıldı?

Azərbaycanlı bloqer canlı yayım zamanı döyüldü

Bayraq Meydanında “Mustang”la avtoşluq edən biznesmen HƏBS OLUNDU

Azərbaycanda gecələr bu tarixədək uzanacaq

İstanbulda 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin cinayət işi üzrə ittiham aktı elan edildi

İstintaq bitəndən sonra Ramiz Mehdiyevi nələr gözləyir? – ŞOK AÇIQLAMA

Azərbaycanın yeganə qadın generalı — Sevda Şirinova kimdir?

Xəstəliklə bağlı əsgərlikdən möhlət alanlar yenidən yoxlanılır

Dekabrda hava necə olacaq? – Aylıq proqnoz

Tramp Maduro ilə gizli danışıq aparıb – Nələr müzakirə edilib?

Neft maqnatı Anar Əlizadə saxta paspora görə həbs oluna bilər – FOTOFAKT

Kənd Təsərrüfatı nazirinin “sığorta əməliyyatı”

Ağsuda torpaq saxtakarlığı

İcbari tibbi sığortadakı yenilik məşğulluğa necə təsir göstərəcək?

Rusiya kəşfiyyatının şefi Türkiyədə – kimlərlə görüşüb?

Çinlilər sabiq Baş nazirin köməkçisinin evindən 357 min manat oğurlayıbmış – TƏFƏRRÜAT

Rusiyada miqrantlara qarşı yeni qanun layihəsi: Azərbaycanlıları nə gözləyir?

Füzuli Ələkbərovun milyonluq “tender imperiyası”: Bacısı oğlu nazir müavinidir + Qalmaqallı keçmiş

Atalarına bəla olan məmur balaları- Nələr ediblər? + FOTOALAR

ABŞ Kiyevdə əməliyyat aparır? – Zelenski Trampın hədəfindədir

Ukrayna sülh sənədi tamamlanıb, lakin…

Putin KTMT-nin başına keçdi – Gümrü bazasının taleyi…

Xankəndidə terrora cəhd edən erməninin işi məhkəməyə GÖNDƏRİLDİ

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.