Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Tikinti şirkətlərinin özbaşınalığına son: Kompensasiya necə ödənilməlidir?

Mart 2, 2026
A A

REDAKTORUN SEÇİMİ

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49

Azərbaycanda daşınmaz əmlakla bağlı kompensasiyanın qabaqcadan və ədalətli ödənilməsi prosedurunu tənzimləyən yeni qanun layihəsinin hazırlanması təklif olunur. Bu təşəbbüslə Milli Məclisin deputatı Nurlan Həsənov parlamentin plenar iclasında çıxış edib və mövcud hüquqi mexanizmlərin təkmilləşdirilməsinin vacibliyini önə çəkib.

Onun sözlərinə görə, daşınmaz əmlakın dövlət və ictimai ehtiyaclar üçün əldə edilməsi, həmçinin bu barədə qərar qəbul etmək səlahiyyətinə malik orqanların fəaliyyəti, kompensasiyanın qabaqcadan və ədalətli ödənilməsi proseduru, forması, meyarları kompleks şəkildə yeni qanunla müəyyənləşdirilməlidir.

Qaynarinfo mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Ekspertlər hesab edirlər ki, belə bir qanunun qəbul olunması bir neçə istiqamətdə müsbət nəticə verə bilər. İlk növbədə, kompensasiyanın “qabaqcadan ödənilməsi” prinsipi real mexanizmə çevrilərsə, vətəndaşlar köçürülmə prosesində maddi sıxıntı yaşamazlar. İkincisi, qiymətləndirmə meyarları qanunla konkret müəyyənləşdirilərsə, kompensasiya bazar dəyərinə daha uyğun hesablanar və mübahisələrin sayı azalır. Üçüncüsü, qərar qəbul edən dövlət qurumlarının səlahiyyətləri və məsuliyyəti qanunla dəqiqləşdirilərsə, bu sahədə sui-istifadə riskləri minimuma enər.

Hazırda əksər ölkələrdə mülkiyyətdə olan əmlakın dövlət və ictimai ehtiyaclar üçün alınması qaydaları ayrıca normativ-hüquqi aktlarla tənzimlənir. Məsələn, Almaniyada dövlət ehtiyacları üçün əmlakın alınması yalnız ictimai marağın aydın sübutu olduğu halda mümkündür və mülkiyyətçiyə ödənilən kompensasiya bazar qiymətinə uyğun hesablanmalıdır. Prosesin hər mərhələsi hüquqi əsaslandırma tələb edir və vətəndaşın etiraz etmək hüququ geniş təmin olunur. Bu ölkədə kompensasiya yalnız torpaq və tikili dəyəri ilə məhdudlaşmır, bəzən köçürülmə xərcləri və iqtisadi itkilər də nəzərə alınır.

Türkiyə təcrübəsində də bu proses ayrıca qanunla tənzimlənir. Bu qanun dövlətin əmlakı hansı şərtlərlə ala biləcəyini, qiymətləndirmənin necə aparılacağını, məhkəmə prosedurlarını və kompensasiya ödənişinin mexanizmini konkret şəkildə müəyyən edir. Türkiyədə dövlət ehtiyacları üçün əmlakın alınması zamanı vətəndaşa ödənişin gecikdirilməsi ciddi hüquqi məsuliyyət doğurur.

ABŞ təcrübəsində dövlətin ictimai məqsədlər üçün əmlakı alması mümkündür, lakin konstitusiyanın tələbi olaraq “ədalətli kompensasiya” ödənilməlidir. Ədalətli kompensasiya bazar dəyəri prinsipi ilə müəyyən edilir və vətəndaşın məhkəməyə müraciət etməsi geniş yayılmış praktikadır.

İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, Azərbaycanda dövlət ehtiyacları üçün daşınmaz əmlakın alınması və kompensasiya mexanizmləri əsasən maddi aspektlər üzərindən qiymətləndirilir. Onun fikrincə, proses çox zaman sadələşdirilmiş yanaşma ilə aparılır və vətəndaşın yaşayış mühiti, sosial bağları, həyat tərzi kimi amillər nəzərə alınmır. Onun qənaətincə, qanunvericilik bazası yaradılarsa, kompensasiya mexanizmi bazar qiyməti prinsipi əsasında daha dəqiq formalaşdırılmalı, eyni zamanda yalnız maddi deyil, qeyri-maddi itkilərin də qiymətləndirilməsi hüquqi prosedura daxil edilməlidir: “Qanunda “layiqli köçürülmə” anlayışı təsbit olunarsa, bu həm daha ədalətli yanaşma olar, həm də vətəndaşların konstitusion hüquqlarının qorunması baxımından daha düzgün hüquqi mövqe formalaşdırar”.

Əmlak məsələləri üzrə ekspert, hüquqşünas Ramil Osmanlı isə deyir ki, bu istiqamətdə mövcud qanunvericilik və normativ-hüquqi aktlarda kifayət qədər aydın mexanizmlər nəzərdə tutulub və həmin qaydalara tam şəkildə əməl olunacağı təqdirdə daşınmaz əmlakın alınması və kompensasiya məsələlərinin obyektiv həllində ciddi problem yaranmır.

Onun sözlərinə görə, əsas çətinlik qanunvericilik bazasının zəifliyində deyil, mövcud tələblərin icrasında ortaya çıxır. Ekspert bu sahədə ideal prosedurun necə işləməli olduğunu da izah edir. O bildirir ki, məsələn, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyən ərazidə köçürülmə və söküntü aparmaq qərarı verdikdə, həmin ərazi əvvəlcə paytaxtın Baş Planına uyğun şəkildə zonalaşdırılır, söküləcək binalar və köçürüləcək əmlaklar əvvəlcədən dəqiq müəyyənləşdirilir. Daha sonra söküntü və kompensasiya prosesinin həyata keçirilməsi üçün dövlət satınalmaları mexanizmi vasitəsilə peşəkar qiymətləndiricilər cəlb olunur. Həmin qiymətləndiricilər ərazidə obyektiv qiymətləndirmə aparır və yalnız bundan sonra köçürülmə proseduruna başlanılır. “Bu ardıcıllıqla hərəkət edildiyi halda mövcud qanunvericilik çərçivəsində prosesin hüquqi və ədalətli şəkildə idarə olunması mümkündür. Əsas problem prosesin qanunla nəzərdə tutulan formada aparılmamasıdır. Bu sahədə fəaliyyət göstərən investorlar da dövlət qurumları kimi zəruri hallarda müstəqil qiymətləndiricilərlə işləməli, kompensasiya məbləğini təsadüfi və əsaslandırılmamış qiymət siyasəti ilə deyil, bazar dəyəri və beynəlxalq qiymətləndirmə standartları əsasında müəyyən etməyi öyrənməlidirlər”, – deyə o əlavə edir.

Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyevin fikrincə, söküntü proseslərində ən ciddi problemlərdən biri məhz kompensasiya məsələsidir. Onun sözlərinə görə, tikinti şirkətləri prosesləri elə qururlar ki, əsas qazancı özləri əldə edirlər: “Nəticədə vətəndaş ya ona təklif olunan vəsaitlə ev ala bilmir, ya da yaşadığı mənzildən çıxmaqdan imtina edir. Vətəndaşlara bir sıra ərazilərdə hər kvadratmetr üçün 2 700 manat kompensasiya təklif olunur, lakin bu məbləğ real bazar dəyərini əks etdirmədiyindən ciddi narazılığa səbəb olur. Bəzi hallarda söküntü işləri ev sahibi hələ həmin ərazidə yaşadığı halda aparılır, kommunal xətlər kəsilir və insanlar faktiki olaraq ağır sosial vəziyyətlə üzləşirlər”.

Ekspert əlavə edir ki, gələcəkdə yeni qanun qəbul olunarsa, bəzi problemlər tamamilə aradan qalxa bilər. Onun sözlərinə görə, bu məsələ təkcə hüquqi və iqtisadi deyil, eyni zamanda sosial xarakter daşıyır. “Yeni qanunun hazırlanması təşəbbüsü müsbət addımdır və əgər bu istiqamətdə konkret tədbirlər görülərsə, kompensasiya məsələsində daha ədalətli və şəffaf mexanizm formalaşdırıla bilər”,- deyə ekspert fikrini yekunlaşdırır.

Əvvəlki Yazı

17 gün İŞ OLMAYACAQ – Həmin TARİXLƏR

Növbəti Yazı

Neftin qiyməti kəskin bahalaşdı

EKSKLUZİV

İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

02 Mart 2026 / 14:21
3
İsrail daha bir ölkədə hərbi əməliyyatlara başladı – TƏCİLİ

İsrail daha bir ölkədə hərbi əməliyyatlara başladı – TƏCİLİ

02 Mart 2026 / 13:51
0
İran YOL ayrıcında – REJİM dəyişikliyi, yoxsa sistemdə İSLAHAT…

İran YOL ayrıcında – REJİM dəyişikliyi, yoxsa sistemdə İSLAHAT…

02 Mart 2026 / 13:49
0
İranın bombaladığı ölkələr və itkilərin sayı – SİYAHI

İranın bombaladığı ölkələr və itkilərin sayı – SİYAHI

02 Mart 2026 / 13:02
2

XƏBƏR LENTİ

İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

İsrail daha bir ölkədə hərbi əməliyyatlara başladı – TƏCİLİ

İran YOL ayrıcında – REJİM dəyişikliyi, yoxsa sistemdə İSLAHAT…

İranın bombaladığı ölkələr və itkilərin sayı – SİYAHI

Bu il Azərbaycanda referendum gözlənilir – nələr dəyişəcək?

Neftin qiyməti kəskin bahalaşdı

Tikinti şirkətlərinin özbaşınalığına son: Kompensasiya necə ödənilməlidir?

17 gün İŞ OLMAYACAQ – Həmin TARİXLƏR

Hərbi rəhbərlərin ölümü TƏSDİQLƏNDİ

Universitetlərdə dərs müddəti azaldılmalıdır?

İranla bağlı GİZLİ STRATEGİYA üzə çıxdı, Putin Tehrana… — ŞOK DETALLAR

DÜNYADA UCUZLAŞIR, BİZDƏ BAHALAŞIR… – Azərbaycanda ərzağın qiyməti niyə enmir?

Bu siqaret şirkətlərinin bazarı öldü – SƏBƏB

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

İran danışıqlara gedir, ya yox? – Ziddiyyətli açıqlamalar

ŞAD XƏBƏR: Onlara da ünvanlı sosial yardım veriləcək

SEPAH Məsud Pezeşkianı kənarlaşdırıb, yoxsa onun səlahiyyətləri artıb?

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Millət vəkili Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

Prezidentin təhlükəsizliyi milli hüququn mütləq tələbidir – Vəhdət partiyasından Vaşinqton insidentinə sərt reaksiya

“Mədəniyyət və Yaradıcı Sənayelər üzrə Xüsusi Təqaüd Proqramı – Gələcək üçün tarixi fürsət”- Aisa Aslanova

DİN-nin narkortiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi təqdirəlayiqdir

“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib

Vəhdət Partiyasından təklif: tələbə və alimlərə gediş haqqı güzəşti edilsin

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.