Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

“Qazax İdman paytaxtı 2026″nın təntənəli açılış mərasimi keçiriləcək

Mart 4, 2026
A A

REDAKTORUN SEÇİMİ

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16.12.2024-cü il tarixli 35 nömrəli qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib.

İdman paytaxtının təntənəli açılış mərasiminin keçirilməsinə sayılı saatlar qalır ki, bu, 5 mart tarixində gerçəkləşəcək. Bu il 5 mart tarixi Azərbaycanda təkcə Bədən Tərbiyəsi və İdman Günü kimi deyil, həm də “Qazax İdman paytaxtı 2026″nın açılış mərasimi ilə yadda qalacaq. Bu il 5 mart tarixi qazaxlılar üçün daha da əlamətdar olacaq ki, həmin gün Qazax idman paytaxtının rəmzi açarını Qəbələdən təhvil alacaq, daha sonra “Qazax İdman paytaxtı 2026″nın maskotu ictimaiyyətə təqdim olunacaq.

Məlumat üçün onu da qeyd edək ki, ötən ilin dekabr ayından etibarən Qazaxda “İdman paytaxtı”na hazırlıq işlərinə start verilib. Bu işlər çərçivəsində “Qazax İdman paytaxtı 2026″nın loqosu hazırlanaraq şəhərin mərkəzi hissələrinə vurulub. Həmçinin, “”Qazax İdman Paytaxtı-2026” çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu”nun yaradılması və “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 5 yanvar 2026-cı il tarixli 9-23/01 nömrəli Sərəncam imzalanıb. Sərəncamın imzalanmasında əsas məqsəd “Qazax İdman Paytaxtı-2026” çərçivəsində əhalinin müntəzəm fiziki aktivliyə cəlb olunması, sağlam həyat tərzinin stimullaşdırılması, uşaqlar-gənclər idmanının inkişafı və ehtiyat qüvvənin formalaşdırılmasının təmin olunması, kütləvi idman tədbirlərinin təşkili, rayonda Olimpiya hərəkatının, bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin olunması, idmana diqqət və qayğının daha da artırılmasıdır.

“Qazax İdman paytaxtı 2026″nın açılış mərasimi ilə əlaqədar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən.hazırlıq işləri yekunlaşıb.

Martın 2-də Qazax Rayon İcra Hakimiyyətində “Qazax İdman paytaxtı 2026″nın açılış mərasimi ilə əlaqədar həyata keçiriləcək hazırlıq işlərinin, təşkilati işlərin, təşkil olunacaq sərgilərin mövcud vəziyyəti bir daha müzakirə olunaraq nəzərdən keçirilib.

Görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Gənclər və İdman Nazirliyinin İdman şöbəsində sektor müdiri Elçin Qasımov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Səbuhi Xasməmmədov, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru, Qazax–Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Ceyhunə Hüseynova, Qazax Dövlət Rəsm Qalereyasının müdiri Münəvvər Xəlilova, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, İşçi qrupunun digər üzvləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonumuz üçün mühüm əhəmiyyət daşıdığını bir daha vurğulayaraq səmimi ürək sözlərini səsləndirib. Rayon rəhbəri Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinə görə Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbova razılığını ifadə edib. İcra başçısı Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verəcəyini vurğulayıb. Qazaxda keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən icra başçısı Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirlərin, eləcə də açılış mərasiminin rayonumuzun adına layiq şəkildə yüksək səviyyədə təşkil olunacağını söyləyib. “Qazax İdman Paytaxtı-2026” çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu”nun yaradılmasını və “Tədbirlər Planı”nın təsdiq edilməsini bu istiqamətdə görülmüş işlərin əyani sübutu kimi qiymətləndirib. Rayon rəhbəri nəzərdə tutulmuş tədbirlərin, idman yarışlarının, festivallarının yüksək səviyyədə təşkil olunacağını söyləyib.

Sonda rayon rəhbəri “Qazax İdman paytaxtı 2026″nın açılış mərasiminin, eləcə də il ərzində keçirilməsi nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə təşkil olunmasını qeyd edərək bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Əvvəlki Yazı

Şamil Ayrım əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun övladları ilə görüşdü

EKSKLUZİV

“Qazax İdman paytaxtı 2026″nın təntənəli açılış mərasimi keçiriləcək

“Qazax İdman paytaxtı 2026″nın təntənəli açılış mərasimi keçiriləcək

04 Mart 2026 / 9:53
2
Şamil Ayrım əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun övladları ilə görüşdü

Şamil Ayrım əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun övladları ilə görüşdü

04 Mart 2026 / 9:51
4
Qazax idman paytaxtı seçildi: Şəhər bu statusa nə dərəcədə hazırdır?

Qazax idman paytaxtı seçildi: Şəhər bu statusa nə dərəcədə hazırdır?

03 Mart 2026 / 9:55
2
İpoteka kreditləşməsi üçün banklara yeni limitlər ayrıldı

İpoteka kreditləşməsi üçün banklara yeni limitlər ayrıldı

02 Mart 2026 / 16:21
0

XƏBƏR LENTİ

“Qazax İdman paytaxtı 2026″nın təntənəli açılış mərasimi keçiriləcək

Şamil Ayrım əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun övladları ilə görüşdü

Qazax idman paytaxtı seçildi: Şəhər bu statusa nə dərəcədə hazırdır?

İpoteka kreditləşməsi üçün banklara yeni limitlər ayrıldı

“Azəriqaz”ın milyonlarla borcu yarandı

İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

İsrail daha bir ölkədə hərbi əməliyyatlara başladı – TƏCİLİ

İran YOL ayrıcında – REJİM dəyişikliyi, yoxsa sistemdə İSLAHAT…

İranın bombaladığı ölkələr və itkilərin sayı – SİYAHI

Bu il Azərbaycanda referendum gözlənilir – nələr dəyişəcək?

Neftin qiyməti kəskin bahalaşdı

Tikinti şirkətlərinin özbaşınalığına son: Kompensasiya necə ödənilməlidir?

17 gün İŞ OLMAYACAQ – Həmin TARİXLƏR

Hərbi rəhbərlərin ölümü TƏSDİQLƏNDİ

Universitetlərdə dərs müddəti azaldılmalıdır?

İranla bağlı GİZLİ STRATEGİYA üzə çıxdı, Putin Tehrana… — ŞOK DETALLAR

DÜNYADA UCUZLAŞIR, BİZDƏ BAHALAŞIR… – Azərbaycanda ərzağın qiyməti niyə enmir?

Bu siqaret şirkətlərinin bazarı öldü – SƏBƏB

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

İran danışıqlara gedir, ya yox? – Ziddiyyətli açıqlamalar

ŞAD XƏBƏR: Onlara da ünvanlı sosial yardım veriləcək

SEPAH Məsud Pezeşkianı kənarlaşdırıb, yoxsa onun səlahiyyətləri artıb?

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Millət vəkili Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

Prezidentin təhlükəsizliyi milli hüququn mütləq tələbidir – Vəhdət partiyasından Vaşinqton insidentinə sərt reaksiya

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.