Yasamal rayonu ərazisində fəaliyyət göstərən “Doktor Davud” klinikası ətrafında yayılan rəsmi məlumatlar təkcə bir tibb müəssisəsinin problemi deyil — bu, səhiyyə sistemində nəzarət və məsuliyyət məsələlərinin nə qədər ciddi olduğunu bir daha ortaya qoyur. Səhiyyə Nazirliyinin apardığı yoxlama nəticəsində aşkarlanan faktlar açıq şəkildə göstərir ki, klinikada həm kadr, həm də təşkilati səviyyədə ciddi nöqsanlar mövcuddur. Ən diqqətçəkən məqam isə həkim Davud Qüdrətovun ixtisasına uyğun olmayan fəaliyyətlə məşğul olması ilə bağlı iddialardır. Məlumatlara görə, ixtisasca pediatr olan və bu sahə üzrə sertifikasiyadan keçmiş həkim, klinikaya müraciət edən vətəndaşlara qastroenteroloji xidmətlər göstərib. Bu isə birbaşa qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edən məsələdir. Mediatvaz.com xəbər verir ki, Azərbaycan Respublikasının qüvvədə olan səhiyyə qanunvericiliyinə əsasən, həkim yalnız sertifikasiya olunduğu ixtisas üzrə tibbi fəaliyyət göstərə bilər. Bu tələb “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun və müvafiq normativ aktların əsas prinsiplərindən biridir. Başqa sözlə, pediatrın qastroenteroloq kimi fəaliyyət göstərməsi yalnız əlavə ixtisas təhsili və rəsmi sertifikasiya olduqda mümkündür. Əks halda bu, qanunsuz tibbi fəaliyyət hesab olunur.
Daha da narahatedici məqam ondan ibarətdir ki, klinikada qastroenterologiya, terapiya, nevrologiya və digər sahələr üzrə fəaliyyət göstərildiyi göstərilsə də, yoxlama zamanı bu ixtisaslar üzrə mütəxəssislərin mövcud olmadığı üzə çıxıb. Bu isə artıq təkcə etik yox, hüquqi məsuliyyət yaradan haldır.Qanunvericiliyə görə:Tibbi xidmətlər yalnız müvafiq ixtisas üzrə lisenziya və sertifikasiyası olan həkimlər tərəfindən göstərilməlidir,yanlış ixtisas üzrə xidmət göstərilməsi vətəndaşın sağlamlığına risk yaratdığı üçün inzibati və hətta cinayət məsuliyyəti doğura bilər,tibbi müəssisə lisenziyada göstərilən xidmətləri təmin edəcək kadr bazasına malik olmalıdır.Bütün bunların fonunda ortaya haqlı suallar çıxır,pediatr necə qastroenteroloji diaqnoz qoyur,bu xidmətlər hansı hüquqi əsasla göstərilib,pasiyentlərin sağlamlığı ilə bağlı risklər kim tərəfindən qiymətləndirilib?
Və ən əsası — vətəndaşın həyatı üzərindən belə “təcrübə” aparmağa kim icazə verib?
Maraqlıdır ki, Davud Qüdrətov tərəfindən verilən açıqlamada klinikanın fəaliyyəti, hüquqi statusu və digər məsələlər geniş izah olunsa da, məhz bu əsas ittiham — ixtisasa uyğun olmayan tibbi xidmət göstərilməsi barədə konkret cavab verilmir. Bu isə sualları daha da artırır. Fakt ortadadır: qanun açıqdır, tələb aydındır, məsuliyyət isə qaçılmazdır.Səhiyyə sahəsi eksperiment meydanı deyil. Burada hər yanlış addım bir insanın sağlamlığı, bəzən isə həyatı bahasına başa gələ bilər. Ona görə də bu kimi hallara hüquqi qiymətin verilməsi sadəcə prosedur deyil — ictimai zərurətdir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatvaz.com









