Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

İCBARİ TİBBİ SIĞORTA DÖVLƏTƏ HANSI ZƏRBƏNİ VURDU?

Aprel 4, 2026
A A

REDAKTORUN SEÇİMİ

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49

(Özümüzünküləri boğub, yadları bəsləmək siyasəti)

Dövlət ölkəsini inkişaf etdirmək, qlobal rəqabətdə güclü olmaq istəyirsə, qızıl qayda birdir: diqqət, qayğı və birbaşa dəstək ilk növbədə öz yerli vergi ödəyicilərinə – yerli şirkətlərə və müəssisələrə göstərilməlidir. Yerli şirkətlərə arxa çıxmaq lazımdır ki, onlar böyüsün, ölkədə nağd pul dövriyyəsi (cash flow) artsın, inkişaf edərək daha böyük gəlirlər (revenue) əldə etsin və nəticədə dövlətə ödədikləri vergilərin həcmi də qatlanaraq çoxalsın. Dövlət yerli startapları elə motivasiya etməlidir ki, hər gün yeni-yeni vergi ödəyiciləri formalaşsın. Çünki iqtisadiyyatın dəyişməz reallığı budur: yerli şirkətlər nə qədər çox və böyük olarsa, dövlət də bir o qədər varlanar, güclənər və sarsılmaz olar.
İstənilən qüdrətli ölkə dünya arenasında məhz öz uğurlu şirkətləri ilə öyünür, qürur duyur. Heç bir dövlət başqasının şirkəti ilə inkişaf etməyib. Dünya təcrübəsinə baxaq:
* Cənubi Koreya: Samsung, LG, Hyundai, KIA ilə yanaşı, SK Group və Lotte kimi nəhəngləri ilə qlobal gücə çevrilib.
* Yaponiya: Sony, Toyota, Panasonic ilə bərabər Honda, Mitsubishi və Nintendo kimi brendlərlə öz iqtisadi möcüzəsini yaradıb.
* Çin: Bu gün dünyanı Alibaba, Tencent, Huawei, BYD və Xiaomi kimi qlobal qiqantları vasitəsilə fəth edir.
* ABŞ: Amerika hegemonluğunun arxasında yalnız siyasi gücü deyil, Google, Meta, Apple, Microsoft, Amazon və Tesla kimi trilyon dollarlıq korporasiyaları dayanır.
Heç bir inkişaf etmiş ölkə öz yerli şirkətlərini dövlət qayğısından kənarda saxlamır. Çünki onların inkişafı – dövlətin prestiji, yüksək büdcə təminatı, vətəndaşların işlə təminatı və elmin inkişafı deməkdir. Patentləşmədə, strateji məhsul istehsalında yerli özəl sektorun rolu əvəzsizdir. Türkiyədə Səlçuk Bayraktarın qurduğu “Baykar”, Niderlandda çip texnologiyalarını istehsal edən “ASML”, Tayvanda yarımkeçirici nəhəngi “TSMC”… Bütün bu misallar sübut edir ki, dövlət yerli özəl sahibkarlara dəstək olanda, əslində, özünü qüdrətli edir. Məhz bu strateji şirkətlərin hesabına dövlət dünyada söz sahibi olur, hegemonluq edir; digərləri onunla hesablaşır, ondan çəkinir və ona hörmət etmək məcburiyyətində qalırlar. Yəni, şirkət dövləti ucaldır!

Xarici şirkətlərin “Qaranlıq üzü” və bizə münasibəti

Öz ölkəsindən kənarda fəaliyyət göstərən xarici şirkətlərin isə işlədikləri yerli dövlətin nə adında, nə gücündə, nə də qüdrətində zərrə qədər rolu və marağı olmur. Onları idarə edən yeganə prinsip sırf kommersiya maraqlarıdır. Xarici şirkətin yerli dövlətə heç bir bağlılığı, vəfa və ya sədaqət borcu yoxdur.
Əksinə, əksər hallarda onlar qara pulların yuyulmasında, vergidən yayınmada və kontrabandada ad çıxarırlar. Təkcə bunlarmı? Xarici korporasiyalar çox zaman transfert qiymətəmələgəlmə (transfer pricing) hiyləsi ilə mənfəəti ofşor zonalara qaçırmaqda, süni qiymət endirimləri (dempinq) edərək yerli rəqibləri iflasa uğratmaqda, inhisarçılıq yaratmaqda, ekoloji normaları heçə sayaraq yerli təbiəti istismar etməkdə və kölgə iqtisadiyyatını formalaşdırmaqda olduqca mahir olurlar.
Bu cür şirkətlərdə ən yüksək vəzifələr və astronomik məvaciblər həmişə öz vətəndaşlarına (ekspatlara) verilir, yerli xalqın nümayəndələrinə isə yalnız ucuz işçi qüvvəsi kimi baxılaraq ən aşağı səviyyəli işlər təhkim edilir. Xarici şirkətlərdə öz vətəndaşları həmişə yerli mütəxəssislərdən qat-qat üstün tutulur. Bəzən isə bu ayrı-seçkilik o qədər iyrənc, o qədər alçaldıcı həddə çatır ki, adamı dəhşətə gətirir. Hətta yerli vətəndaşlara o qədər yuxarıdan aşağı baxırlar ki, heç onları öz qurduqları işlərdə belə görmək istəmirlər.
Vaxtilə Azərbaycanda oftalmoloji fəaliyyət göstərən bir türk klinikasının sahibinin dediyi bu sözləri heç vaxt unutmaram. O, böyük bir təkəbbürlə, açıq-aşkar belə deyirdi:
“Benim kurduğum klinikte Azerbaycanlılar çalışmamalı. Azeri personelin veya doktorların ayağı bile kliniğe değmemeli, hastanın yakınına bile yaklaşmamalı, gözüne bir damla dahi damlatmamalılar. Onlar maksimum temizlik görevlisi olabilir ve saksıdaki çiçekleri sulayabilirler.”
O zaman bu fikirlər mənə çox ağır təsir etmişdi. Niyə bizim xalq bu cür dəyərsiz, hörmətsiz tutulur? Niyə bizim peşəkarlarımıza dəyər verilmir və xarici klinikada bizə yalnız döşəmə silmək, bağban, hambal olmaq rəva görülür?
Sonra düşündüm: bizim tələbələr Türkiyəyə 4-5 illik təhsilə gedib qayıtdıqdan sonra ömür boyu türk ləhcəsində və ya dilində danışırlar. Lakin türk tələbələri Azərbaycanda 10 il də qalsalar, heç bir zaman bizim dildə və ya ləhcədə danışmırlar. Bəlkə də kənardan öz kimliyimizə bu qədər biganə qalmağımız, yaltaq kimi görünən ifrat təqlidçiliyimiz onları bizə yuxarıdan aşağı baxmağa vadar edir və haqlı olaraq hörmətə layiq görülmürük?

İTS-in vurduğu zərbə: Süni yaradılan xarici monopoliya

Xaricilərin bizə hörmət qoymamasını, bu acımasız kommersiya eqoizmini bəlkə də birtəhər anlamaq və həzm etmək olar. Amma öz dövlət orqanımız olan İcbari Tibbi Sığorta (İTS) üzrə Dövlət Agentliyinin bizi bu qədər əskik görməsini, öz yerli peşəkarlarımızı boğmasını əsla həzm etmək mümkün deyil!
Bu gün ölkəmizdə göz xəstəlikləri (oftalmologiya) sahəsində dəhşətli və ədalətsiz bir mənzərə formalaşıb. İTS, göz sahəsində fəaliyyət göstərən 100-ə yaxın yerli özəl klinikanın sığortasını kəsib. Bəs vətəndaşların sığorta hüququ hara yönləndirilib? Yalnız bir xarici özəl tibb müəssisəsinə – “Dünyagöz Xəstəxanası”na!
Özü də bu, çox kobud və qanunsuz görünən bir xüsusi güzəştlə edilir. İTS qanunvericiliyinə görə, vətəndaş özəl klinikaya müraciət etmək üçün mütləq dövlət xəstəxanasından göndəriş almalıdır. Lakin “Dünyagöz”ə gəldikdə, qanun nədənsə kənara qoyulur. Vətəndaş heç bir göndəriş olmadan, birbaşa “Dünyagöz”ə gedib yerindəcə sığorta xidməti ala bilir. Bu nə deməkdir? Bu, İTS-in öz əli ilə “Dünyagöz”ə oftalmologiyada mütləq bir monopoliya yaratmaq imkanı təmin etməsi deməkdir!
Nəticədə xəstələr bürokratik əngəllərdən yaxa qurtarmaq üçün məcbur qalıb yalnız “Dünyagöz”ə axışdılar. Bəs bizim yerli klinikalarımız? Onlar xəstə qıtlığından iflas olma təhlükəsi ilə üz-üzə qaldılar. İş yerləri ixtisar olundu, həmin klinikaların dövlətə verməli olduğu vergilərin həcmi kəskin azaldı. İTS öz yerli klinikalarımızı qeyri-bərabər rəqabətlə amansızcasına boğaraq, xarici bir obyekti süni şəkildə önə çıxartdı və monopolist etdi.

Zaur Əliyevə açıq suallar: məqsədiniz nədir?

Bu qeyri-bərabər rəqabətdə yerli özəl klinikaları iflasa uğratmaqda İTS rəhbəri Zaur Əliyevin məqsədi nə idi? (Axı “Dünyagöz”ə dövlət sığortasının bu cür xüsusi güzəştlə verilməsinin məhz Zaur Əliyevin şəxsi göstərişi olduğu bildirilir).
Bəlkə məqsəd yerli göz sahəsini tamamilə iflas etdirib, xalqı yalnız xarici peşəkarların insafına və ümidinə buraxmaqdır? Əgər o xarici klinika və onun peşəkarları öz güclərinə, savadlarına bu qədər əmindirlərsə, niyə digər yerli klinikalarla eyni şərtlər altında sağlam rəqabətə girmədilər? Niyə özlərini xüsusi yollarla Zaur Əliyevə “tapşırıb” süni monopoliya yaratdılar?
Oftalmologiya Azərbaycan üçün adi bir sahə deyil. Bu, vaxtilə Cənab Prezidentin anası, görkəmli oftalmoloq, mərhum akademik Zərifə xanım Əliyevanın da misilsiz xidmətlər göstərdiyi, milli fəxrimiz olan strateji bir sahədir. Niyə Zaur Əliyev Azərbaycan üçün belə strateji əhəmiyyəti olan bir sahəni kor qoyur?

Öz ayağımıza sıxılan güllə

Bütün inkişaf etmiş dünyada tibbi xidmət və innovasiyaları irəli aparan məhz rəqabətədavamlı yerli özəl sektordur. “Dünyagöz” onsuz da başqa bir ölkənin milli brendidir. Öz dövləti ona onsuz da yetərincə dəstək verib ki, böyüyüb, inkişaf edib və 12 ölkədə 23 şöbə aça bilib. Zaur Əliyev, sizin xalqın sığorta pulları hesabına onlara verdiyiniz bu xüsusi dəstək sadəcə lazımsız bir “yamaqdır”. Amma siz bu imkanı, bu böyük dəstəyi yerli özəl tibb sektoruna verə bilərdiniz! Sağlam bir mühit yarada bilərdiniz ki, qoy Azərbaycanın da dünyada tanınan, sərhədləri aşan öz milli klinika brendləri formalaşsın. Çünki yerli sahibkara öz dövlətindən, öz
büdcəsindən, öz məmurundan başqa kim sahib çıxmalıdır ki?
Siz isə öz sahibkarlarınıza qol-qanad verməkdənsə, onları iflas səviyyəsinə saldınız. Siz bununla təkcə oftalmologiyaya yox, Azərbaycan Səhiyyəsinə, iqtisadiyyatına və bütövlükdə Azərbaycan Dövlətinə çox ağır bir zərbə vurdunuz. Siz, öz yerli şirkətlərinizi xarici şirkətin ayağına verməklə, yerli peşəkarları gözardı etməklə, əslində, öz ayağınıza güllə vurdunuz!

Əvvəlki Yazı

Sumqayıtda kuryoz hadisə – Bu obyekt kimindir? – VİDEO

Növbəti Yazı

Türkiyədə aş evləri: pulsuz yemək sistemi Azərbaycanda tətbiq oluna bilərmi?

EKSKLUZİV

Azərbaycanda pulsuz “aş evləri” modeli təklifi

Azərbaycanda pulsuz “aş evləri” modeli təklifi

09 Aprel 2026 / 18:57
0
Aprel döyüşlərinin qəhrəman şəhidi kapitan Mühüd Orucovun məzarı və ailəsi ziyarət edilib

Aprel döyüşlərinin qəhrəman şəhidi kapitan Mühüd Orucovun məzarı və ailəsi ziyarət edilib

09 Aprel 2026 / 17:51
0
Xüsusi amansızlıqla törədilən qətl; iş yoldaşını öldürən məşhur iş adamının məhkəmə işinə ötəri baxış….

Xüsusi amansızlıqla törədilən qətl; iş yoldaşını öldürən məşhur iş adamının məhkəmə işinə ötəri baxış….

09 Aprel 2026 / 14:02
2
Polkovnik Cəlil Xəlilov 102 yaşlı müharibə veteranı Qaflan Ömərovu ziyarət edib

Polkovnik Cəlil Xəlilov 102 yaşlı müharibə veteranı Qaflan Ömərovu ziyarət edib

09 Aprel 2026 / 12:17
0

XƏBƏR LENTİ

Azərbaycanda pulsuz “aş evləri” modeli təklifi

Aprel döyüşlərinin qəhrəman şəhidi kapitan Mühüd Orucovun məzarı və ailəsi ziyarət edilib

Xüsusi amansızlıqla törədilən qətl; iş yoldaşını öldürən məşhur iş adamının məhkəmə işinə ötəri baxış….

Polkovnik Cəlil Xəlilov 102 yaşlı müharibə veteranı Qaflan Ömərovu ziyarət edib

İcra başçısı xəstəxanada müalicə olunan şəhid anasını və qazini ziyarət edib – FOTO

Türkiyədə aş evləri: pulsuz yemək sistemi Azərbaycanda tətbiq oluna bilərmi?

İCBARİ TİBBİ SIĞORTA DÖVLƏTƏ HANSI ZƏRBƏNİ VURDU?

Sumqayıtda kuryoz hadisə – Bu obyekt kimindir? – VİDEO

Səsi susan, ruhu millətin daxilində danışmaqda davam edən adam – Rasim Balayev – Adəm İsmayıl BAKUVİ

AAYDA-nın fəaliyyətində yeni dönəm: Tuneldə görünən işıq!

“Doktor Davud”da qalmaqal: ixtisassız tibbi xidmət iddiası

Xətai rayonunda qanunsuz tikinti: kim himayə edir bu özbaşınalığı?-FOTOLAR

Böyük Azərbaycan sevdalısı olan el oba adamı

Qazaxda “200 illik işğal və soyqırımı siyasətinə ideoloji əks-hücum effekti” başlıqlı tədbir keçirilib

“Azərbaycanın ən təhlükəsiz ölkələr sırasında yer alması Prezidentimizin və dövlətimizin tarixi uğurudur”

Buzovnada restorandakı qanlı davanın detalları açıqlandı – Cinayət işi açıldı

Yaşı kiçik, əməli böyük Əsgər

Şahmat və Din: Qadağa mifi, zəkanın mənəvi coğrafiyası – Adəm İsmayıl BAKUVİ

Polkovnik Cəlil Xəlilov Qubada veteranlarla görüşüb

Qazaxda Novruz bayramı münasibətilə “Yenilik və ümid bayramı Novruz” adlı ümumrayon tədbiri keçirilib

Polkovnik Cəlil Xəlilov Qubada şəhid kapitan Aqil Məlikovun ailəsini ziyarət edib

1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində diplom qalmaqalı: İşçilər narazılıq edir

Reklam Agentliyinin əməkdaşları tərəfindən Bakının Bülbülə qəsəbəsində sahibkar sıxışdırılır – FİDEOFAKT

Sazın səsi, sözün nəfəsi: Beynəlxalq Muğam Mərkəzində Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

Lənkəranın itirilmiş 15 ili: Taleh Qaraşovun idarəçiliyi altında yığılan problemlər

Deputat Fəzail İbrahimli Masallıda seçicilərlə görüş keçirib

Qazax İH-in təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirildi

Qazaxda keçirilən yunan-Roma və sərbəst güləş üzrə U15 ölkə birinciliyinin qalibləri mükafatlandırılıb

“XIII Qlobal Bakı Forumunda Prezidentin çıxışı dövlətimizin uzunmüddətli strategiyasının tezizləri idi”

1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində yoxlamalar gözlənilir

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.