Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Aprel döyüşlərinin qəhrəman şəhidi kapitan Mühüd Orucovun məzarı və ailəsi ziyarət edilib

Aprel 9, 2026
A A

REDAKTORUN SEÇİMİ

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49

Azərbaycan tarixinə “Aprel döyüşləri” kimi daxil olan dördgünlük müharibə xalqımızı böyük zəfərə aparan yolda əldə olunmuş çox əhəmiyyətli qalibiyyət oldu. 10 il öncə Aprel döyüşlərində xain düşmən üzərində qazanılan şanlı Qələbə vaxtilə işğal altında olan tarixi torpaqlarımızın azad olunması istiqamətində atılan həlledici addım oldu. Bu gün Aprel döyüşlərinin onuncu ildönümünü 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmış qalib xalq olaraq qeyd edirik. Bu gün fəxrlə söyləyə bilirik ki, Aprel döyüşləri qələbəmizin başlanğıcı, müstəqil Azərbaycanın şərəf tarixidir. Ərazi bütövlüyümüzün təmin edilməsi yolunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla anırıq.

Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu – Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da ən uca zirvəyə – Şəhidlik zirvəsinə ucaldılar.

Bütün şəhidlərimiz kimi kapitan Orucov Mühüd Qurban oğlunun xatirəsi də hər zaman əziz tutulur, rayon rəhbərliyi tərəfindən doğum və anım günlərində məzarı və ailəsi ziyarət olunur. Aprelin 9-u igid Vətən oğlunun uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı gündür.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları Aprel döyüşlərində adını tarixə yazmış şəhid kapitan Mühüd Orucovun şəhadətinin 10-cu ildönümü münasibətilə şəhidimizin doğulub boya-başa çatdığı Fərəhli kəndində olub, igid Vətən oğlunun məzarını və ailəsini ziyarət edərək əziz xatirəsini dərin ehtiramla anıblar. Qəhrəman şəhidimizin anası mərhum Sima Hacıyevanın məzarını ziyarət edən rayon rəhbərliyi şəhid anasının əziz xatirəsini ehtiramla yad ediblər.

Rayon rəhbəri və millət vəkili Vətən müharibəsi şəhidləri, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Fərəhli kəndinin igid oğlu kiçik çavuş Məmmədov Əhməd Nazim oğlunun və ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Fərəhli kəndinin igid oğlu əsgər Daşdəmirov Elfak Eltun oğlunun məzarını da ziyarət edərək əziz xatirələrini ehtiramla anıblar.

Şəhidlərimizin ruhuna dua oxunduqdan sonra igid Vətən oğullarının döyüş yolundan söz açılıb, onların daim qəlblərdə yaşadıqları diqqətə çatdırılıb. Qeyd edilib ki, ölkə başçısının da söylədiyi kimi, Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Bu qələbəni isə bizlərə Mühüd Orucov kimi oğullar bəxş edib. Bildirilib ki, 10 il öncə Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu günü-gündən inkişaf edir. Aprel döyüşləri düşmənə ordumuzun gücünü, əsgərlərimizin vətənpərvərliyini, Vətən eşqini, torpaq uğrunda şəhid olmaq sevdasını göstərdi. Düşmən bir daha anladı ki, Azərbaycan Ordusu hər an onları məhv etməyə qadirdir. Və bunu 27 sentyabrda başlayıb 10 noyabrda tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində bir daha sübut etdi. Vurğulanıb ki, istər Aprel döyüşündə, istər İyul döyüşlərində, istərsə də Vətən müharibəsində Mühüd Orucov kimi oğullarımızın göstərdiyi igidliklər hər bir azərbaycanlı üçün nümunədir. Məhz belə oğulların qəhrəmanlığı sayəsində haqq savaşında ədalət bərpa olundu və Azərbaycan bu savaşda tarixi Zəfər qazandı.

Şəhid atası Qurban Orucov şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və millət vəkilinə ailəsi adından minnətdarlığını bildirib. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəni qürur hissi ilə xatırlayan şəhid atası oğlu Mühüdün, eləcə də bütün şəhidlərimizin qisasının alındığını, ruhlarının şad olduğunu bildirib.

Kapitan Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirmişdir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdə göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə yüksəlmişdir.

Dəfələrlə Fəxri Fərmanlarla və 5 medalla – “Hərbi xidmətdə fərqlənməyə görə” II dərəcəli, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalları, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur. 2014-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılmışdır.

2008, 2014, 2015-ci illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə bitirərək Sertifikatlar almışdır.

Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb.

2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə ucalmışdır. Aprelin 9-da doğulduğu Fərəhli kəndində böyük izdihamla dəfn olunmuşdur.

Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir. Eyni zamanda, xatirəsini əbədiləşdirən daha bir bulaq Fərəhli kəndinin girişində tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Vətən üçün hazır ol!” layihəsi çərçivəsində çəkilmiş “Qarabağa doğru” sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş “Mühüdüm-şəhidim” adlı kitab yazılmışdır.

 

 

Əvvəlki Yazı

Xüsusi amansızlıqla törədilən qətl; iş yoldaşını öldürən məşhur iş adamının məhkəmə işinə ötəri baxış….

Növbəti Yazı

Azərbaycanda pulsuz “aş evləri” modeli təklifi

EKSKLUZİV

Azərbaycanda pulsuz “aş evləri” modeli təklifi

Azərbaycanda pulsuz “aş evləri” modeli təklifi

09 Aprel 2026 / 18:57
0
Aprel döyüşlərinin qəhrəman şəhidi kapitan Mühüd Orucovun məzarı və ailəsi ziyarət edilib

Aprel döyüşlərinin qəhrəman şəhidi kapitan Mühüd Orucovun məzarı və ailəsi ziyarət edilib

09 Aprel 2026 / 17:51
0
Xüsusi amansızlıqla törədilən qətl; iş yoldaşını öldürən məşhur iş adamının məhkəmə işinə ötəri baxış….

Xüsusi amansızlıqla törədilən qətl; iş yoldaşını öldürən məşhur iş adamının məhkəmə işinə ötəri baxış….

09 Aprel 2026 / 14:02
2
Polkovnik Cəlil Xəlilov 102 yaşlı müharibə veteranı Qaflan Ömərovu ziyarət edib

Polkovnik Cəlil Xəlilov 102 yaşlı müharibə veteranı Qaflan Ömərovu ziyarət edib

09 Aprel 2026 / 12:17
0

XƏBƏR LENTİ

Azərbaycanda pulsuz “aş evləri” modeli təklifi

Aprel döyüşlərinin qəhrəman şəhidi kapitan Mühüd Orucovun məzarı və ailəsi ziyarət edilib

Xüsusi amansızlıqla törədilən qətl; iş yoldaşını öldürən məşhur iş adamının məhkəmə işinə ötəri baxış….

Polkovnik Cəlil Xəlilov 102 yaşlı müharibə veteranı Qaflan Ömərovu ziyarət edib

İcra başçısı xəstəxanada müalicə olunan şəhid anasını və qazini ziyarət edib – FOTO

Türkiyədə aş evləri: pulsuz yemək sistemi Azərbaycanda tətbiq oluna bilərmi?

İCBARİ TİBBİ SIĞORTA DÖVLƏTƏ HANSI ZƏRBƏNİ VURDU?

Sumqayıtda kuryoz hadisə – Bu obyekt kimindir? – VİDEO

Səsi susan, ruhu millətin daxilində danışmaqda davam edən adam – Rasim Balayev – Adəm İsmayıl BAKUVİ

AAYDA-nın fəaliyyətində yeni dönəm: Tuneldə görünən işıq!

“Doktor Davud”da qalmaqal: ixtisassız tibbi xidmət iddiası

Xətai rayonunda qanunsuz tikinti: kim himayə edir bu özbaşınalığı?-FOTOLAR

Böyük Azərbaycan sevdalısı olan el oba adamı

Qazaxda “200 illik işğal və soyqırımı siyasətinə ideoloji əks-hücum effekti” başlıqlı tədbir keçirilib

“Azərbaycanın ən təhlükəsiz ölkələr sırasında yer alması Prezidentimizin və dövlətimizin tarixi uğurudur”

Buzovnada restorandakı qanlı davanın detalları açıqlandı – Cinayət işi açıldı

Yaşı kiçik, əməli böyük Əsgər

Şahmat və Din: Qadağa mifi, zəkanın mənəvi coğrafiyası – Adəm İsmayıl BAKUVİ

Polkovnik Cəlil Xəlilov Qubada veteranlarla görüşüb

Qazaxda Novruz bayramı münasibətilə “Yenilik və ümid bayramı Novruz” adlı ümumrayon tədbiri keçirilib

Polkovnik Cəlil Xəlilov Qubada şəhid kapitan Aqil Məlikovun ailəsini ziyarət edib

1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində diplom qalmaqalı: İşçilər narazılıq edir

Reklam Agentliyinin əməkdaşları tərəfindən Bakının Bülbülə qəsəbəsində sahibkar sıxışdırılır – FİDEOFAKT

Sazın səsi, sözün nəfəsi: Beynəlxalq Muğam Mərkəzində Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

Lənkəranın itirilmiş 15 ili: Taleh Qaraşovun idarəçiliyi altında yığılan problemlər

Deputat Fəzail İbrahimli Masallıda seçicilərlə görüş keçirib

Qazax İH-in təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirildi

Qazaxda keçirilən yunan-Roma və sərbəst güləş üzrə U15 ölkə birinciliyinin qalibləri mükafatlandırılıb

“XIII Qlobal Bakı Forumunda Prezidentin çıxışı dövlətimizin uzunmüddətli strategiyasının tezizləri idi”

1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində yoxlamalar gözlənilir

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.