Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

İcra başçısı Vətən müharibəsi şəhidi baş leytenant Xaliddin Nəsibovun ildönümündə əziz xatirəsini ehtiramla yad edib

Noyabr 19, 2024
A A

REDAKTORUN SEÇİMİ

Təhsilə görə narahat olmayın, heç nə yaxşı olmayacaq: Bakı Təhsil İdarəsi direktorunun fəaliyyətinin kiçik xarakterik ştrixlər

Təhsilə görə narahat olmayın, heç nə yaxşı olmayacaq: Bakı Təhsil İdarəsi direktorunun fəaliyyətinin kiçik xarakterik ştrixlər

16 Sentyabr 25 / 11:11
5-ci kalon iş başında: Azərbaycandan Rusiyaya pul axınına qarşı çıxan sahibkarlar niyə həbsdədir?

5-ci kalon iş başında: Azərbaycandan Rusiyaya pul axınına qarşı çıxan sahibkarlar niyə həbsdədir?

15 Sentyabr 25 / 12:50
“Azərbaycan Dəmir Yolları”nda qalmaqal: kəsilən mükafatlar, 102-yə zəng və…

“Azərbaycan Dəmir Yolları”nda qalmaqal: kəsilən mükafatlar, 102-yə zəng və…

13 Sentyabr 25 / 13:12
Tovuzun icra başçısı 2 milyon manata bağ alıb?

Tovuzun icra başçısı 2 milyon manata bağ alıb?

13 Sentyabr 25 / 11:12
Svetlana Hüseynova ifşa olundu: Təhsil müəssəsində intriqa, konflikt-Şok səs yazıları…

201 saylı məktəbin direktoru ilə bağlı şok faktlar: SƏS YAZISI

12 Sentyabr 25 / 15:15

2020-ci ilin 27 sentyabrında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində şanlı ordumuz Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda başladığımız haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldu. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlı olduğunu, torpaq üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Ali Baş Komandanın qətiyyətli addımlarını, müdrik siyasətini dəstəkləyən xalqımız 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı aparılan müharibədə öz rəhbərinin ətrafında yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar. 44 günlük müharibədə döyüş meydanında misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq.

Vətən torpaqlarının ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, azadlığı uğrunda canından keçən igid oğullarımızdan biri də şəhid baş leytenant Nəsibov Xaliddin Vaqif oğludur.

Noyabrın 18-i 44 günlük haqq savaşında qəhrəmanlığı ilə dastan yazan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin ildönümüdür. İgid Vətən oğlunun şəhadətindən 4 il ötür. Bu gün Xaliddin Nəsibov kimi qəhrəmanlarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur.

Noyabrın 18-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, şəhid ailələri qəhrəman şəhidimizin doğulub boya-başa çatdığı Qarapapaq kəndində olub, igid Vətən oğlunun ildönümündə əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. Bu gün bizim qürur yerimiz olan şəhidlərimizlə hər birimizin fəxr etdiyi bildirilib. İllər ötsə belə Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Xaliddin Nəsibovun da Azərbaycan xalqının, qazaxlıların qəlbində daim yaşayacağı qeyd olunub. Gələcək nəsillərin Xaliddin tək igid Vətən oğullarından igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu örnək götürdükləri vurğulanıb. Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolunu gələcək nəsillərə, gənclərə tanıtmağın, xatirələrini əbədi tutmağın hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğu bildirilib. Söylənilib ki, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməli, Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Erməni işğalından azad olunan torpaqlarda üçrəngli bayrağımızın dalğalanması üçün canından keçən bütün şəhidlərimizin, o cümlədən Xaliddin Nəsibovun əziz xatirəsi daim ehtiramla anılacaq. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuz, onlarla qürur duyduğumuz qeyd edilib. Ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğu vurğulanıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağı qeyd olunub.

Şəhid Xaliddin Nəsibov 17 iyul 1998-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 2004-cü ildə Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Elə həmin ildə sənədlərini Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə verərək yüksək balla daxil olmuşdur. 2015-ci ilə qədər burada oxuyub hərb sənətinin sirlərinə dərindən yiyələnən Xaliddin sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirmişdir. 2019-cu ildə həmin ali məktəbi bitirmişdir. Həmin ilin avqust ayının 1-dən Ağcəbədi rayonunda “N” saylı hərbi hissədə leytenant hərbi rütbəsində xidmətə başlamışdır.

Vətən müharibəsi başlayanda motoatıcı tağım komandiri vəzifəsində xidmət edən Xaliddin Nəsibov döyüş meydanında göstərdiyi igidliyə və şücaətə görə baş leytenant rütbəsi də almışdır. O, 15 oktyabr 2020-ci ildə bölük komandiri vəzifəsinə təyin olunmuşdur. İkinci Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən Xaliddin Nəsibov 6 noyabr 2020-ci il tarixdə uca zirvəyə – Şəhidlik zirvəsinə yüksələrək əbədiyyətə qovuşdu. İgid qəhrəmanımız 18 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Qarapapaq kəndində kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Xaliddin Nəsibovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid baş leytenant ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalları, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib.

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidi baş leytenant Xaliddin Nəsibovun şeirlərinə yazılmış “Yarımçıq qalmış şeir dəftəri” adlı kitab çap olunmuşdur. 18.11.2021-ci il tarixdə şəhidin 1-ci ildönümündə həmin kitabın təqdimatı olub. Şəhərin Nəriman Nərimanov küçəsində igid Vətən oğlunun xatirəsini əbədiləşdirən bulaq-abidə kompleksi inşa edilib. 04.05.2022-ci il tarixdə həmin bulağın təntənəli şəkildə açılışı olub. Şəhərin Heydər Əliyev prospektində baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun vaxtilə təhsil aldıqları Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin həyətində şəhid məzunların xatirəsinə tikilən bulaqda igid Vətən oğlunun da adı var.

Əvvəlki Yazı

Bu günün valyuta məzənnələri

Növbəti Yazı

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

EKSKLUZİV

Ukrayna Rusiyanı “ürəyindən” vurur – Neft-qaz infrastrukturunun yarısı zədələnib

Buğda istehsalı azalıb – Çörəyin qiyməti bahalaşacaq?

16 Sentyabr 2025 / 13:08
0
Ukrayna Rusiyanı “ürəyindən” vurur – Neft-qaz infrastrukturunun yarısı zədələnib

Ukrayna Rusiyanı “ürəyindən” vurur – Neft-qaz infrastrukturunun yarısı zədələnib

16 Sentyabr 2025 / 13:07
0
Nazirdən qalmaqallı açıqlamalar – “Keyfiyyətli təhsil ucuz başa gələ bilməz…O məktəblər ya bağlanacaq…”

Nazirdən qalmaqallı açıqlamalar – “Keyfiyyətli təhsil ucuz başa gələ bilməz…O məktəblər ya bağlanacaq…”

16 Sentyabr 2025 / 13:04
0
“Qarabağ” çətin sınaq qarşısınıda – “Benfika”nı məğlub etmək mümkündürmü?

“Qarabağ” çətin sınaq qarşısınıda – “Benfika”nı məğlub etmək mümkündürmü?

16 Sentyabr 2025 / 11:42
1

XƏBƏR LENTİ

Buğda istehsalı azalıb – Çörəyin qiyməti bahalaşacaq?

Ukrayna Rusiyanı “ürəyindən” vurur – Neft-qaz infrastrukturunun yarısı zədələnib

Nazirdən qalmaqallı açıqlamalar – “Keyfiyyətli təhsil ucuz başa gələ bilməz…O məktəblər ya bağlanacaq…”

“Qarabağ” çətin sınaq qarşısınıda – “Benfika”nı məğlub etmək mümkündürmü?

VƏKİLLİKLƏ BAĞLI NƏLƏR DƏYİŞİR? – Bütün detallar

GƏLƏN İL BÜDCƏMİZ HARALARA XƏRCLƏNƏCƏK? – Maliyyə Nazirliyi AÇIQLADI

Qatardan istifadə edənlərin NƏZƏRİNƏ: Sentyabrın 20-də…

1-ci sinfə gedən şagirdlərin sayı 32 min nəfər azalıb – “bəzi məktəblər boş qalacaq”

“Avroviziya-2026″ boykot olunur – Azərbaycanın qərarı nə olacaq?

Dollarla bağlı yeni proqnoz

Putinin Azərbaycanda batan milyonları – SENSASİON DETALLAR

İki səfirliyin Azərbaycanda vergi borcları var – 250 min manat

Təhsilə görə narahat olmayın, heç nə yaxşı olmayacaq: Bakı Təhsil İdarəsi direktorunun fəaliyyətinin kiçik xarakterik ştrixlər

“Azərbaycan Dünyası” konsepsiyası

“Formula-1″ə görə Bakıya nə qədər turist gələcək? (VİDEO)

Azərbaycanlı Rusiyada deputatı seçildi

7 körpənin öldüyü yanğında təqsirləndirilən sabiq direktor məhkəmə dövründə ölkəni 2 dəfə tərk edib

Azərbaycanda ən yüksək maaşı kimlər alır? – Bu sahədə çalışanlar 3-4 min manat qazanır

Əvvəl müqavilə, ödəniş, sonra… – TƏBİB-in xəstəxanalarına müraciət edən firmalara şərt qoyuldu

Karen Livanda “ASALA” terror düşərgəsində gizli hərbi təlim keçib, hərbidə kod adı “Kakadu” olub – TƏFƏRRÜAT

Emin Ağalarov açıqladı – “Sea Breeze”də sərhədləri aşan musiqi təcrübəsi

Paşinyan: Qarabağa iddialardan vaz keçdikcə Ermənistanın silah bazarı genişlənir

5-ci kalon iş başında: Azərbaycandan Rusiyaya pul axınına qarşı çıxan sahibkarlar niyə həbsdədir?

Ağstafada kəndləri rayon mərkəzi ilə əlaqələndirən körpü bağlandı

Qazax şəhərinin Əliağa Şıxlınski küçəsinə yeni asvalt örtüyü vurulur

Aeroportdan şəhərə taksi qiyməti FANTASTİK səviyyəyə qalxdı

Bakıda bu binalar sökülür: Vətəndaşlara nə qədər pul ödənilməlidir?

Pezeşkiandan Azərbaycanla bağlı jest – Xamenei də dəstəklədi

“Azərbaycan Dəmir Yolları”nda qalmaqal: kəsilən mükafatlar, 102-yə zəng və…

6 ölkənin xüsusi təyinatlı qüvvələri Azərbaycanda: birgə təlim…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930  
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.