Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Azərbaycan xalqı ayağa qalxanda, ölkədə hansı Konstitusiyanın mövcud olmasının nə fərqi olacaq?

Yanvar 22, 2024
A A

REDAKTORUN SEÇİMİ

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20
Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

09 Sentyabr 26 / 14:56
İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

28 Avqust 26 / 17:50
“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

28 Avqust 26 / 17:44

Hamı da deyir ki, bu dəfə Konstitusiyanı dəyişmək prosesi çox sürətli gedir. Doğru təsbitdir, əvvəlcədən Fəzail Ağamalı, Siyavuş Novruzov, ya hansısa hüquqşünas, yaxud titullu ağsaqqal çağırış da eləmədi, cəmiyyəti “hazırlamadılar”. Layihə qəflətən təqdim olundu, Konstitusiya Məhkəməsinə göndərildi, təsdiqləndi və referendum təyin edildi. Iş bir düyməni basmaqla getdi. Nişanlı qızı da bu sürətlə toy edib evə gətirmir xalqımız…
Təbii ki, biabırçı və olduqca mürtəce dəyişikliklərdən söhbət gedir. Mülkiyyəti toxunulmaz sayan Konstitusiyaya sahibindən mülkiyyətin alınması maddəsi salınır. Səlahiyyət müddəti 7 ilə çatdırılan prezident parlamenti buraxacaq – çox xırda məsələlərə görə. Tutaq ki, Mərkəzi Bankın sədri təyinatında parlamentdən təsdiq gəlməməsinə görə. Gülməlidir hətta.
Amma yenə də sual olaraq qalır: “əbədi” hakimiyyəti təmin edən, qanunlar da, reallıqlar da bütün istəklərinə cavab verən, bütün istədiklərini edə bilən bir rahatlıq varsa, əlavə mürtəce bir prosesi həyata keçirmək bunların nəyinə lazımdır? Indiki Konstitusiya kifayət qədər mürtəcedir onsuz da. Başa düşmək olmur ki, hazırda Konstitusiya onlara nə ilə mane olur? Seçki gələn il də keçirilsə, 1918-ci ildə də keçirilsə, saxtalaşdırılmalıdır. Elə parlament qurur ki, onu təkrara-təkrar seçir, buraxmağa nə ehtiyac?! Səlahiyyət müddətinə gəldikdə, 5 vurulsun 7, 7 vurulsun 5 – eyni şeydir.
Formallıqlar baxımdan daha asan ola bilər Ilham Əliyevə, amma siyasi anlamda heç nə asanlaşmır. Islahat çağırışları zamanı (buna hələ inananlar var!) irticanı gücləndirən irticaçı obrazı qazanır. Əldə etdiyi də elə ciddi bir nəticə deyil, zatən hakimiyyəti saxlamaq üçün formal mürtəce imkanlar kifayət qədərdir.
Bu suallara rəğmən, əksəriyyəti düşünür ki, indiki böhran şəraitində və iqtisadi vəziyyətin getdikcə ağırlaşdığı bir dövrdə Ilham Əliyev çətin dövr üçün hazırlıq görür. Seçkini irəli çəkir – daha asan dövrdə keçirir, vaxtı uzadır, parlamentdən gələ biləcək təhlükəni önləyir, fors-major anda hakimiyyəti ötürmək üçün ikinci adam hazırlayır və s. Kifayət qədər ciddi dəlillərdir. Amma nə qədər hiyləgər hazırlıq planı olsa belə, bunlar dərinləşən böhranı aradan qaldırmır.
Konstitusiyanı devalvasiya etdirib, irəli düşmək olar, qazanclar da götürmək olar. Amma böhran qalır və dərinləşməkdə davam edir. Sahibkarlığın inkişafı adı ilə bir neçə ay fərmanlar verildi, heç böhranın yanından yel də ötmədi. Bəs böhranın qarşını almadan onun gətirəcəyi narazılıqları önləməyin adı nədir? Zor və repressiyalarla xalqı tapdamaq istəyi?! Bunu hansı Konstitusiya ilə həyata keçirməyin fərqi varmı?
Yaxud Azərbaycan xalqı ayağa qalxanda, ölkədə hansı Konstitusiyanın mövcud olmasının nə fərqi olacaq? Istənilən mürtəce tədbirin, hiylənin, önləmənin çoxlu üstünlükləri ola bilər, amma çox ciddi bir qüsuru həll etmir. Xalq narazılığı coşanda həmin hazırlıqlar heç bir rol oynamır…
Ona görə də, xalqdan gələn təhlükəni önləmək üçün edilirsə bu dəyişikliklər, həmin anda heç nəyə yarayası deyil. Sadəcə, Azərbaycan hakimiyyəti bu mürtəce dəyişikliyə getməklə xalqa zülmü artırır. Ailə hakimiyyətini gücləndirməklə ölkədə qanunsuzluğu, özbaşınalığı gücləndirir. Avtoritarizmi dərinləşdirməklə korrupsiyanı və böhranı intensivləşdirir, ölkəni daha ağır fəlakətlərə sürükləyir. Hakimiyyətin əbədiliyini təmin etmək baxımından isə, bu, heç nəyi həll etmir.
Konstitusiya ilə xalqın hakimiyyətini azaltmaq, mənimsəmək olar, amma xalqın iradəsi ortada olanda – bu, elə Konstitusiya deməkdir.

İsrafil Abdullayev

Əvvəlki Yazı

Azərbaycan xalqı dəyişiklik istəyir, – bu hakimiyyətlə getməz!

Növbəti Yazı

Dənizin və yolların işğalı : Saleh Məmmədovun “qudalar komandası”

EKSKLUZİV

Ermənilər Bəstiçaya civə töküb?

Ermənilər Bəstiçaya civə töküb?

14 Sentyabr 2026 / 16:00
1
Qazın qiyməti bahalaşdı

Qazın qiyməti bahalaşdı

14 Sentyabr 2026 / 15:44
2
I sinfə gedənlərin sayı sürətlə azalır – Qorxulu proqnoz

I sinfə gedənlərin sayı sürətlə azalır – Qorxulu proqnoz

14 Sentyabr 2026 / 15:30
1
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir

14 Sentyabr 2026 / 15:16
2

XƏBƏR LENTİ

Ermənilər Bəstiçaya civə töküb?

Qazın qiyməti bahalaşdı

I sinfə gedənlərin sayı sürətlə azalır – Qorxulu proqnoz

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir

Bakı məktəblərinə gedəcək şagirdlərin SAYI

Azad edilmiş ərazilərdə daha 132 mina, 426 PHS aşkarlanıb

DİN: Ötən iki gündə 8 avtomat, 8 tüfəng aşkarlanıb

Bakı metrosunda qatarlararası intervallar azaldılır

Sabah Bakıda 32 dərəcə isti olacaq

Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatı təqdim edilib

İranın vitse-prezidenti Avstriyaya buraxılmadı

Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib

Bakıda güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülür

DİM zal nəzarətçisi olmağa işçi axtarır – ŞƏRTLƏR

TDT ölkələri bu bayramların vaxtını birgə müəyyən edəcək

Türkiyə əhalisi hansı ölkəni “ən yaxın” hesab edir? – Sorğu

DİN: Cinayət törətməkdə şübhəli bilinən 92 nəfər saxlanıldı

Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq

Qarabağda nə qədər adam yaşayır?

Onların iş və istirahət vaxtları yenidən tənzimlənir

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib – FOTO

Güclü küləkdə kranlarla işləməyə icazə veriləcək

Rusiya Ermənistana qazı kəsir

DYP-dən yeni tədris ilinin başlanılması ilə bağlı MÜRACİƏT

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

Sabah hava necə olacaq?

Prezident Qaradağda istehsal müəssisəsinin açılışında

Dövlət Agentliyi: Bu il haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Fev »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.