Dövlət İmtaahan Mərkəzi (DİM) zal nəzarətçisi sertifikatı əldə etmək üçün işçi axtarır.
Cumhuriyyet.az xəbər verir ki, DİM bunun üçün şərtləri də açıqlayıb.
“Azərbaycan Respublikasının vətəndaşı olan, məhkumluğu olmayan, ali təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda işləyən (təhsil ixtisasları, humanitar və sosial ixtisaslar, iqtisadiyyat və idarəetmə ixtisasları və təbiət ixtisasları qrupları üzrə magistr elmi-ixtisas dərəcəsi əldə edən və ya dövlət qulluğu sertifikatı olan və ya pedaqoji profilli ixtisaslar üzrə bakalavr peşə-ixtisas dərəcəsinə malik olan şəxslərdən iş yeri tələb olunmur), yaşı 22-45 arasında olan və fiziki cəhətdən sağlam olan şəxslər müraciət edə bilərlər.
Prosesdə iştirak etmək üçün qeydiyyat və sənədlərin qəbulu onlayn qaydada həyata keçirilir və 5 oktyabr 2026-cı il tarixində başa çatır”, – DİM-dən bildirilib.
Ətraflı məlumat və qeydiyyat üçün //rb.gy/6z048z linkinə daxil ola bilərsiniz.









