Avropada qazın qiyməti min kubmetr üçün 1000 dolları ötüb.
Cumhuriyyet.az milliaz-a istinadən xəbər verir ki, bu barədə “Forbes.ru” məlumat yayıb.
Məlumata görə, qazın qiymətində rekord artım Londonun ICE birjasında keçirilən hərraclarda qeydə alınıb. Niderlandın TTF habının indeksi üzrə qazın qiyməti 2022-ci ilin dekabrından bəri ilk dəfə 1000 dollar həddini keçib.
Hərraclar zamanı qiymət 1004 dollaradək yüksəlib. Bu, meqavat/saat üçün 84,07 avroya bərabərdir.
Daha əvvəl Avropada qış mövsümü ərəfəsində qaz ehtiyatlarının aşağı səviyyədə olması səbəbindən qiymətlərin rekord həddə çata biləcəyi bildirilmişdi.









