Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Xəbər lenti

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib – FOTO

Sentyabr 14, 2026
A A

REDAKTORUN SEÇİMİ

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20
Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

09 Sentyabr 26 / 14:56
İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

28 Avqust 26 / 17:50
“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

28 Avqust 26 / 17:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.

Cumhuriyyet.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına “SABAH.city” innovasiya şəhərciyi barədə məlumat verib.

Bildirildi ki, layihə ümumilikdə 20 hektarda icra olunacaq. Birinci mərhələ 5 hektardan çox ərazini və ümumilikdə 20 min kvadratmetr tikili sahəni əhatə edir. Burada tikinti işlərinə ötən ilin oktyabrında başlanılıb və bir-biri ilə əlaqələndirilmiş 4 korpusdan ibarət kompleks inşa olunub. Şəhərcikdə 5 restoran, market və tədbirlər zalı, həmçinin açıq idman infrastrukturu – basketbol, futbol meydançaları və 2 padel kortu yaradılıb, açıq havada istirahət zonaları, piyada və velosiped zolaqları, parklanma sahələri təşkil edilib.

Şəhərcikdə Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühəndislik, informasiya texnologiyaları, tətbiqi elmlər istiqamətlərində təhsil alan 1500-dən çox tələbəsinin tədrisə və praktiki fəaliyyətə cəlb edilməsi nəzərdə tutulur. Şəhərciyin tam fəaliyyətə başlaması ilə isə gündəlik ziyarətçi sayının təxminən 3 min nəfər olacağı gözlənilir.

Burada ASAN Süni İntellekt Mərkəzi (ASAN AI Hub) də yaradılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevə ASAN Süni İntellekt Mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, həmçinin “ASAN xidmət”in “Süni İntellekt Assistent” layihəsi barədə məlumat verdi.

ASAN Süni İntellekt Mərkəzi Azərbaycanda süni intellekt sahəsində innovativ təşəbbüsləri dəstəkləmək, tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada (www.asanhub.ai) bir araya gətirmək, açıq innovasiya modelini təşviq etməklə dövlət, biznes və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb. Bugünədək ümumilikdə 50 süni intellekt həlli təqdim olunub. ASAN Süni İntellekt Mərkəzi ölkədə fəaliyyət göstərən 8 universitet, Azərbaycan Milli Elmlər Akademiyası, bir sıra nüfuzlu xarici universitetlər (Sinxua Universiteti (Çin), Oksford Universiteti (Birləşmiş Krallıq) və Boğaziçi Universiteti (Türkiyə)), eyni zamanda, digər beynəlxalq nüfuzlu tərəfdaşlarla əməkdaşlıq əlaqələri qurub.

“ASAN xidmət”in “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzindən bu günədək 150 startap yararlanıb, 4 startap xarici investorlar tərəfindən satın alınıb.

“Süni İntellekt Assistent” platforması “ASAN xidmət”in müxtəlif fəaliyyət istiqamətləri barədə məlumatı sürətli, sadə və adi söhbət formatında əldə etmək, təhlil və proqnozlaşdırmaq imkanı yaradır.

“SABAH.city” innovasiya şəhərciyində Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən yaradılan ümumilikdə 13 tədris və tədqiqat laboratoriyası var. Laboratoriyalarda süni intellekt, robototexnika, kompüter elmləri, kibertəhlükəsizlik, biotexnologiya, nanobiologiya, nanofizika, kimya, telekommunikasiya və digər prioritet elmi-texnoloji istiqamətlər üzrə tədqiqat və tətbiqi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Burada, eyni zamanda, 12 startapın yer aldığı “kovorkinq” (insanların və şirkətlərin işləməsi üçün nəzərdə tutulmuş ortaq iş məkanı) zonası, yerli və beynəlxalq texnologiya şirkətləri, korporativ tədqiqat və inkişaf mərkəzləri, həmçinin innovasiya ekosisteminin digər iştirakçıları üçün 22 ofis sahəsi var.

Layihənin birinci mərhələsinə 3 ali təhsil müəssisəsi ilə yanaşı 8 texnologiya və innovasiya yönümlü şirkət, 12 startap olmaqla ümumilikdə 23 əsas ekosistem iştirakçısı cəlb edilib.

Qeyd edək ki, layihənin icrasında əsas məqsəd ölkəmizin innovasiya, elm, təhsil və yüksək texnologiyalar ekosisteminin əsas iştirakçılarını vahid məkanda bir araya gətirməklə onların qarşılıqlı fəaliyyətini gücləndirən innovasiya mühitinin formalaşdırılmasıdır. “SABAH.city” bilik və texnologiyanın iqtisadi və sosial dəyərə çevrilməsini dəstəkləyən kompleks innovasiya platforması kimi mühüm rol oynamaqla uzunmüddətli perspektivdə insan kapitalının, tətbiqi elmin, texnologiya transferinin və Azərbaycanın innovasiya ekosisteminin rəqabət qabiliyyətinin daha da möhkəmlənməsinə töhfə verəcək.

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO
Əvvəlki Yazı

Güclü küləkdə kranlarla işləməyə icazə veriləcək

Növbəti Yazı

Onların iş və istirahət vaxtları yenidən tənzimlənir

EKSKLUZİV

Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq

Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq

14 Sentyabr 2026 / 12:14
0
Qarabağda nə qədər adam yaşayır?

Qarabağda nə qədər adam yaşayır?

14 Sentyabr 2026 / 12:00
1
Onların iş və istirahət vaxtları yenidən tənzimlənir

Onların iş və istirahət vaxtları yenidən tənzimlənir

14 Sentyabr 2026 / 11:45
0
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib – FOTO

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib – FOTO

14 Sentyabr 2026 / 11:27
0

XƏBƏR LENTİ

Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq

Qarabağda nə qədər adam yaşayır?

Onların iş və istirahət vaxtları yenidən tənzimlənir

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib – FOTO

Güclü küləkdə kranlarla işləməyə icazə veriləcək

Rusiya Ermənistana qazı kəsir

DYP-dən yeni tədris ilinin başlanılması ilə bağlı MÜRACİƏT

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

Sabah hava necə olacaq?

Prezident Qaradağda istehsal müəssisəsinin açılışında

Dövlət Agentliyi: Bu il haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb

Dövlət qurumlarının büdcədənkənar pulları ilə bağlı yeni QƏRAR

Ermənistana Azərbaycandan yeni tranzit: 3 min ton taxıl

Məqsədli büdcə fondları ləğv ediləcək

Kollecə qəbul olmaq istəyənlərə SON ŞANS

Sürücülərə çağırış: “Sizi evdə gözləyənlər var”

Azərbaycanda ən yüksək və ən aşağı maaş verilən sahələr

Ötən ay tarixin ən isti avqustu olub

Azərbaycan 140-dan çox ölkəyə yardım göstərib

Azərbaycan neftinin qiyməti 113 dolları ötüb

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

“Hər əkilən ağac havanı çirklənmədən qoruyur” – JURNALİST

Ermənistanda vətəndaşlıq almaq 5 dəfə bahalaşacaq

Ermənilər Bakıya gəlir

Azərbaycanda ötən ay inflyasiya dəyişməyib

Azərbaycan iqtisadiyyatı 8 ayda 1,2% böyüyüb

Gəmilərdə yanğın təhlükəsizliyinə dair tədbir keçirilib – VİDEO

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.