Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Azərbaycan iqtidarının ölkəni dünyaya biabır edən seçki tragikomediyası

Fevral 7, 2024
A A

REDAKTORUN SEÇİMİ

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20
Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

09 Sentyabr 26 / 14:56
İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

28 Avqust 26 / 17:50
“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

28 Avqust 26 / 17:44

lham Əliyev rejimi Azərbaycanı bütün dünyaya tanıdıb. Hətta, Afrika ölkələrində belə Azərbaycandakı seçkiləri nümunə gətirib lağa qoyurlar. Niyə də qoymasınlar? 2013-cü ilin prezident seçkilərinin nəticələri seçkidən bir gün əvvəl kiçik bir “texniki xəta” ucbatından bütün dünyaya bəlli oldu. Dünyanın çeşidli ölkələrinin tanınmış televiziyalarında yumor proqramı aparanlar Azərbaycanın seçki “möcüzələrini” Həzrəti Musanın möcüzələri ilə müqayisə etdilər. Avropa məkanında seçki monitorinqinə yeganə mandatı olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu müşahidəsi altında keçirilmiş iki prezident və bir parlament seçkilərinin nəticələri başdan-başa saxtakarlıq faktlarını ortaya qoyub. Bu Büronun rəsmən yayınladığı bəyanatlara görə 2008-ci ildə prezident seçkilərində saxtakarlığın səviyyəsi 23 faiz, 2010-cu ilin parlament seçkilərində 32 faiz, 2013-cü ilin prezident seçkilərində isə 58 faiz olub. 58 faiz saxtakarlıq nə deməkdir? Bu o deməkdir ki, xalq konstitusiya üzrə seçki yolu ilə öz hakimiyyətini formalaşdırmaq hüququndan uzaqlaşdırılıb. Mərkəzi Seçki Komissiyasının saxta nəticələri əsasında hakimiyyət mənimsənilib.
ATƏT-in Varşava Bürosu Azərbaycanda normal seçkilərə ümidini itirdiyi üçün ümumiyyətlə 2015-ci ilin parlament seçkilərini müşahidədən imtina etdi. Amma Milli Məclis seçkilərindən 22 gün öncə müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlar əsasında mən parlamentə seçiləcək 125 deputatın Milli Şura tərəfindən hazırlanmış siyahısını mətbuatda dərc etdim. Seçki günü 22 gün öncə mətbuatda dərc olunmuş 125 deputat siyahısından 121- nə Mərkəzi Seçki Komissiyası mandat verdi. Ona görə öz ölkəsində saxtakarlığa yol verilmiş seçkinin nəticələrinin ləğvinə nail olmuş müxalifət lideri Raila Odinga son çıxışında seçki saxtakarlığı ilə dünyaya analoqsuz örnək vermiş Azərbaycanla bağlı deyir: “Son seçkilərdəki kimi saxtakarlıq yalnız Azərbaycanda seçki qutuları açıldıqdan sonra üzə çıxmışdı. Bu seçkilərlə bizim yeni yaranmağa başlayan demokratiyamız “seçki avtoritarizmi” adlı sistemə çevrilir. Bu sistemdə diktatorlar hər 4-5 ildən bir saxta seçki keçirməklə demokratiya libasına bürünürlər. Biz pisdən ən pisə doğru gedirik.” Görən Azərbaycanı belə rişxənd, lağ, istehza hədəfinə çevirənlər öz əməllərindən utanmırlarmı? Əslində isə pisdən ən pisə doru gediş 5 il ərzində seçki saxtakarlığının 23 faizdən 58 faizə qalxmasıdır.
Və nəzərə alın ki, bu sözləri deyən Ordinga avqust ayında Keniyada keçirilmiş seçkilərdə 45 faiz səs almışdı. Saxta seçkilərin nəticələrini ləğv edən Keniyanın Ali Məhkəməsi fəaliyyətdə olan prezidentin deyil, müxalifət liderinin tərəfində dayandı. Bu, Afrika qitəsinin Şərqində yerləşib 1963-cü ildə müstəqillik almış və bir vaxtlar zuluslarla qonşuluqda kikuyyu-kamba tayfalarının hökmranlıq etdiyi Keniya, bu da öz tarixi keçmişi ilə fəxr edib 1918-ci ildə Şərqdə ilk cümhuriyyət qurmuş Azərbaycan. İndi özünüz gördünüz ki, İlham Əliyevin 14 illik müstəbidliyi müsəlman şərqinə ilk cümhuriyyət nümunəsi vermiş bir ölkəni hansı vəziyyətə salıb? Artıq zuluslar, kikuyyu-kamba tayfaları da bizi bəyənmir. XXI əsrdə Azərbaycan pisdən ən pisə doğru davamlı nümunələrlə dünyanı heyrətləndirir.

Jalə Əliyeva

Əvvəlki Yazı

Dənizin və yolların işğalı : Saleh Məmmədovun “qudalar komandası”

Növbəti Yazı

Kiberdələduzluğun son zamanlar yayılan fərqli növü – Video

EKSKLUZİV

Ermənilər Bəstiçaya civə töküb?

Ermənilər Bəstiçaya civə töküb?

14 Sentyabr 2026 / 16:00
1
Qazın qiyməti bahalaşdı

Qazın qiyməti bahalaşdı

14 Sentyabr 2026 / 15:44
2
I sinfə gedənlərin sayı sürətlə azalır – Qorxulu proqnoz

I sinfə gedənlərin sayı sürətlə azalır – Qorxulu proqnoz

14 Sentyabr 2026 / 15:30
1
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir

14 Sentyabr 2026 / 15:16
2

XƏBƏR LENTİ

Ermənilər Bəstiçaya civə töküb?

Qazın qiyməti bahalaşdı

I sinfə gedənlərin sayı sürətlə azalır – Qorxulu proqnoz

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir

Bakı məktəblərinə gedəcək şagirdlərin SAYI

Azad edilmiş ərazilərdə daha 132 mina, 426 PHS aşkarlanıb

DİN: Ötən iki gündə 8 avtomat, 8 tüfəng aşkarlanıb

Bakı metrosunda qatarlararası intervallar azaldılır

Sabah Bakıda 32 dərəcə isti olacaq

Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatı təqdim edilib

İranın vitse-prezidenti Avstriyaya buraxılmadı

Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib

Bakıda güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülür

DİM zal nəzarətçisi olmağa işçi axtarır – ŞƏRTLƏR

TDT ölkələri bu bayramların vaxtını birgə müəyyən edəcək

Türkiyə əhalisi hansı ölkəni “ən yaxın” hesab edir? – Sorğu

DİN: Cinayət törətməkdə şübhəli bilinən 92 nəfər saxlanıldı

Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq

Qarabağda nə qədər adam yaşayır?

Onların iş və istirahət vaxtları yenidən tənzimlənir

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib – FOTO

Güclü küləkdə kranlarla işləməyə icazə veriləcək

Rusiya Ermənistana qazı kəsir

DYP-dən yeni tədris ilinin başlanılması ilə bağlı MÜRACİƏT

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

Sabah hava necə olacaq?

Prezident Qaradağda istehsal müəssisəsinin açılışında

Dövlət Agentliyi: Bu il haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829  
« Yan   Mar »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.