Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Həbs qərarı üçün Əhməd daha neçə adamı öldürməlidir?

Oktyabr 10, 2024
A A

REDAKTORUN SEÇİMİ

Səbaildə qanunsuz tikililər “göz oxşayır”

Səbaildə qanunsuz tikililər “göz oxşayır”

25 İyun 25 / 17:58
Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

23 İyun 25 / 12:57
Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

23 İyun 25 / 11:52
Nərimanovda qanunsuz tikintiyə hansı məmur icazə verib? – VİDEO

Nərimanovda qanunsuz tikintiyə hansı məmur icazə verib? – VİDEO

20 İyun 25 / 16:00
Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

30 May 25 / 14:00

“Bu gün Əhmədə hökm oxunacaq” xəbərini oxuyanda içimdən qəribə bir hiss keçdi: birdən heç bir cəza verməsələr? Desələr ki, xəstədir…

İnanmaq istəmədim. Çünki istintaqa və məhkəməyə yazılı ifadəsini tam oxumuşdum, həm də 3 dəfə. Bir insanın törətdiyi dəhşətli qətliamı – öz doğmalarını doğramasını bu qədər soyuqqanlılıqla ifadə etməsinin özü inanılmaz idi.

Ancaq bu gün keçirilən məhkəmənin gəldiyi qənaət daha inanılmazdır: Əhməd Əhmədov cəzadan azad edilib, ona məcburi müalicə tətbiq ediləcək.

Axı Əhməd öz ifadəsində heç bir ruhi və ya psixi xəstəlikdən əziyyət çəkmədiyini deyir, heç vaxt narkotik vasitə qəbul etmədiyini bildirir? Cinayət törədən zaman spirtli içkinin təsiri altında da olmayıb.

Hadisənin baş verdiyi gün atasının mətbəxdə səhər yeməyi hazırlamasını, evin mətbəxindən götürdüyü bıçaqla ona zərbələr endirdiyini, bıçaq sındığı üçün yenisinə gedib gətirdiyini, qətldən sonra siqaret ehtiyacı hiss etdiyini, bunun üçün getdiyi marketin adını, ona siqaret satmadıqlarını, anası ilə söhbətinin xırdalıqlarını, “1001 xırdavat” mağazasından 20 manata balta almağını, hadisə zamanı onu görən yeganə şahidin kim olduğunu – hamısını bircə-bircə xatırlayır, tam təfərrüatla ifadəsində var bütün bunlar. Hələ üstəlik qardaşı Məhəmmədi və bacısı qızı Ülviyyəni “hansı məntiqlə” öldürdüyünü də izah edir – ki, böyüyüb valideynləri kimi olacaqdılar, mənə nifrət edəcəkdilər.

Yaxşı, anlaqsız biri bunu necə xatırlaya bilər? Anlaqsız, ruhi xəstə olan şəxs necə marketə girib qətl üçün balta ala bilər? Necə plan qurub, anasından daha tez mənzilə çatmağa çalışar?

Atasını qətlə yetirəndən sonra anlaqsız vəziyyətdə necə maşın idarə edib, bacısıgilə gedə, orda qətliamlar törədəndən sonra geri qayıda bilər?

Anlaqsız adam anasını və qardaşını qətlə yetirdikdən sonra cinayət alətini necə gizlətməyə çalışar? Niyə onu görünməz yerə atar?

Anlaqsızdırsa, niyə qanlı paltarını dəyişir, yuyunur, qan izlərini təmizləyir, sonra həyətə düşür?

Qətldən 8 ay keçməsinə rəğmən, həmin günü dəqiqliyi ilə xatırlayan biri necə anlaqsız ola bilər?

Hər şeyi etiraf edən, xəstə olmadığını vurğulayaraq qətli anlaqsız halda törətmədiyini bildirən birinin yaxasında yapışıb, “yox, sən xəstəsən” israrının səbəbi nədir?

Sabah “sağalsa” və cəzadan azad olunsa, yenə də balta alıb, kimisə doğrasa, bunun məsuliyyətini kim daşıyacaq?(axar.az)

Əvvəlki Yazı

Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi

Növbəti Yazı

İsrail ÜST-ə rədd cavabı verdi

EKSKLUZİV

Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası – Adəm İsmayıl BAKUVİ

Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası – Adəm İsmayıl BAKUVİ

06 İyul 2025 / 23:49
0
Xidmət rəisinin çıxışındakı üç mühüm və qürurverici məqam…

Xidmət rəisinin çıxışındakı üç mühüm və qürurverici məqam…

06 İyul 2025 / 13:22
3
Suriya İsraillə razılığa gəlmək istəyir

Suriya İsraillə razılığa gəlmək istəyir

04 İyul 2025 / 17:00
0
Xankəndidə ECO-nun 17-ci Zirvə görüşü başa çatdı

Xankəndidə ECO-nun 17-ci Zirvə görüşü başa çatdı

04 İyul 2025 / 16:55
0

XƏBƏR LENTİ

Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası – Adəm İsmayıl BAKUVİ

Xidmət rəisinin çıxışındakı üç mühüm və qürurverici məqam…

Suriya İsraillə razılığa gəlmək istəyir

Xankəndidə ECO-nun 17-ci Zirvə görüşü başa çatdı

Ərsin Tatardan Xankəndidə ÇAĞIRIŞ: Buna son qoyulmalıdır!

Ərdoğan və Pezeşkian Xankəndidə görüşüb

Şəxsiyyət vəsiqəsinə bu məlumatlar da əlavə ediləcək

Ərdoğan Xankəndidə İsraili tənqid etdi

Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır…

Şuşa İƏT-in turizm paytaxtı seçildi

Pezeşkian Xankəndidə İsrailin hücumundan danışdı

Putin bunu istəmir və bu, pisdir – Tramp

Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib

Bakıda qadın aliment ödəməyən keçmiş ərini döydü

İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir

Xankəndidə İƏT-in 17-ci Zirvə görüşü başlayıb, Prezident çıxış edir – CANLI –

Sabahın hava proqnozu açıqlanıb

Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır

“Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilmişdir 

Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı ittiham…

Qazaxda icra başçısı bir qrup Polis əməkdaşını peşə bayramları münasibətilə Fəxri Fərmanla təltif edib

Bakıda yeni hava limanı bu tarixdə açılacaq

Sarkisyana qarşı yeni ittiham irəli sürülüb

Bakı ilə aramızda gərginliyi bu ölkə yaradır – Kreml

Prezidentlərin təkbətək görüşü keçirildi

Prezidentlər mühüm iclasda iştirak edir

Kremldən Azərbaycanla yaşanan gərginliyə reaksiya

Rusiyalı deputat: Bakı bizdən üzr gözləyir, amma biz…

Lukaşenko 16 nəfəri əfv etdi

İran MAQATE ilə əməkdaşlığını dayandırdı

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« İyl   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.