Bakı şəhəri, Xətai rayonu ərazisində torpaq sürüşməsi olub.
Cumhuriyyet.az xəbər verir iki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib.
O bildirib ki, hazırda Agentliyin mütəxəssisləri hadisə yerindədir:
“Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək”.
Ə.Əliyev həmçinin məlumat verib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.
Qeyd edək ki, Gəncə prospekti, 97 ünvanında yerləşən yaşayış binasının qarşısında torpaq sürüşməsi ilə bağlı ötən gün sakinlər görüntü paylaşmışdı.