Azərbaycan və Türkiyə hərbi dəniz qüvvələri birgə hərbi təlim keçirəcəklər.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Noyabrın 18-dən 29-dək davam edəcək təlimlərdə hər iki ölkənin sualtı hücum və sualtı müdafiə bölmələri iştirak edəcək. Təlimlər Aksaz/Muğlada keçiriləcək.
Bundan başqa, Aralıq dənizində iki ölkənin iştirakı ilə Hərbi Hava Qüvvələrinin təlimi də planlaşdırılır.