Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

YAP-ın yaranmasından 32 il ötür

Noyabr 21, 2024
A A

REDAKTORUN SEÇİMİ

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

06 Noyabr 25 / 11:53
Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

05 Noyabr 25 / 15:41
Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

02 Noyabr 25 / 12:14
Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

02 Noyabr 25 / 12:01
Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

31 Oktyabr 25 / 17:28

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) ilk təsis konfransından 32 il ötür.

Cumhuriyyet.az-ın məlumatına görə, 1992-ci ilin 16 oktyabrında Azərbaycanın düşdüyü çətin siyasi, iqtisadi və sosial böhrandan çıxış yolu axtaran ictimaiyyətin tanınmış şəxslərindən 91 nəfərin imzası ilə həmin vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyevə müraciət göndərilib. Müraciətdə ölkədəki ağır vəziyyətdən bəhs edilir, Heydər Əliyevdən öz zəngin təcrübəsinə əsaslanaraq, yeni yaranacaq partiyaya rəhbərlik etmək xahiş olunurdu.

24 oktyabr 1992-ci ildə Heydər Əliyev ziyalıların müraciətinə cavab verərək, təklifi qəbul etdiyini bildirib.

Beləliklə, Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu ilk konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirilib. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul edib. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilib. Eyni zamanda, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçilib.

YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.

YAP-ın Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb.

YAP sədri Heydər Əliyev 1993-cü il oktyabrın 3-də prezident seçilib. 1995-ci ilin noyabr ayının 12-də çoxpartiyalı sistem əsasında ölkədə ilk dəfə keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilib.

Heydər Əliyev YAP-ın I Qurultayında yenidən partiyanın sədri seçilib.

Azərbaycan Prezidenti İlham Əliyev YAP-ın 2001-ci il noyabr ayının 21-də keçirilən II Qurultayında sədrin birinci müavini, 2005-ci il mart ayının 26-da keçirilən III Qurultayında isə sədr seçilib. Azərbaycan Prezidenti İlham Əliyev hazırda da YAP-ın sədridir.

YAP sədrinin birinci müavini Mehriban Əliyeva, sədr müavinləri isə Tahir Budaqov və Əli Əhmədovdur.

1993-cü ilin aprel ayında partiyanın mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetinin ilk sayı çapdan çıxıb.

1995-ci ildə AP Qadınlar Şurası və Gənclər Birliyi təsis olunub.

YAP ölkədə keçirilən parlament və bələdiyyə seçkilərində də mütləq əksəriyyətlə qələbə qazanır.

2024-cü ildə keçirilmiş son parlament seçkiləri əsasında formalaşmış VII çağırış Milli Məclisdə YAP üzvü olan 68 deputat var.

YAP rəsmi internet səhifəsində 730 354 nəfər üzvü olduğunu qeyd edib.

Əvvəlki Yazı

Sabah hava necə olacaq?

Növbəti Yazı

Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək

EKSKLUZİV

Zəfərin və qürurun günü – 8 Noyabr

Zəfərin və qürurun günü – 8 Noyabr

07 Noyabr 2025 / 9:00
4
Kəbirə Məmmədova yeni qayda tətbiq edib: Elektrikə görə ikiqat ödəniş tələb olunur

Kəbirə Məmmədova yeni qayda tətbiq edib: Elektrikə görə ikiqat ödəniş tələb olunur

06 Noyabr 2025 / 17:51
2
Tikilməyə 90 min, təmirə 45 min manat: FHN-in qəribə tenderi

Tikilməyə 90 min, təmirə 45 min manat: FHN-in qəribə tenderi

06 Noyabr 2025 / 17:50
1
Masazırda gölü qurudulur: evlər hansı sənədlə tikilir? – VİDEO

Masazırda gölü qurudulur: evlər hansı sənədlə tikilir? – VİDEO

06 Noyabr 2025 / 17:47
0

XƏBƏR LENTİ

Zəfərin və qürurun günü – 8 Noyabr

Kəbirə Məmmədova yeni qayda tətbiq edib: Elektrikə görə ikiqat ödəniş tələb olunur

Tikilməyə 90 min, təmirə 45 min manat: FHN-in qəribə tenderi

Masazırda gölü qurudulur: evlər hansı sənədlə tikilir? – VİDEO

“Eurohome”un arxasında da kim dayanıb? – Sahibkardan ilginc iddia

UEFA bizim mediaya bəzi qadağalar qoyub – Əcnəbi jurnalistlər də bizdən şikayətçidir

İmtahana gedənlərə “köməklik” göstərənlər ifşa edildi – Cinayət işi məhkəməyə göndərildi

AzTV-dəki 26 milyon məsələsi böyüyür – Baş prokurorluq araşdırmaya başlayacaq?

Bu işin də altından Ramiz Mehdiyev çıxdı: Kürəkəni vasitəsi ilə…

İcra başçıları xüsusi nəzarət altına alındı

Saakaşvili və bir neçə müxalifət lideri HƏDƏFDƏ

“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucovla bağlı qərar verildi

ABŞ Paşinyandan üz döndərir? – Sensasion iddia

Evlərini kirayə verənlərdən vergi tutulması necə tənzimlənəcək?

Azərbaycanda bu yol pullu olacaq

Həbs olunan direktor aldığı rüşvəti kimlərlə böldüyünü açıqladı – DETALLAR

Ramiz Mehdiyevi dövlətə xəyanətə sürükləyən 3-5 milyardlıq sərvəti – “Boz kardinal”ın istintaq sirləri

Azərbaycan C5+ ABŞ formatını C6+ABŞ formatına çevirə bilər…

Eldar Əzizov irad bildirmişdi, vəzifəsindən azad olundu – EKSKLÜZİV

Ölməzlərin Zirvəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

Ermənilər gəlir – İrəvandan anons, Bakıda hazırlıq

Xankəndidə hərbçilərin Zəfər yürüşü keçirilir

“Qarabağ” – “Çelsi” oyunu: Milyard dolların qarşısında döyüşkən ruhun qiyməti…

Qazaxda Zəfər Günününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevlə nə bağlayır?!-İDDİA

30 il sonra ilk: buğda vaqonları Azərbaycan üzərindən İrəvana gedir

Tanınmış vəkil Kəmaləddin Heydərovun yalanın ifşa etdi: “Villa tikdirib və Ramiz Mehdiyevə hədiyyə edib”

“LUKOİL”in XARİCDƏKİ ŞİRKƏTLƏRİ İFLİC OLUB – “Heç kim onlarla əməliyyat apara bilməz”

Sabunçu dəmir yolu stansiyasının keçidi ticarət obyektlərinə çevrilib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930  
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.