Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Erməni hərbi cinayətkarların cinayət işi onun icraatına verildi

Dekabr 20, 2024
A A

REDAKTORUN SEÇİMİ

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? – ŞOK detallar

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? – ŞOK detallar

14 İyul 26 / 9:59
Belə avtomobillə heç yerə getmərəm – Prezident

Belə avtomobillə heç yerə getmərəm – Prezident

13 İyul 26 / 14:00
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

11 İyul 26 / 13:26
Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

10 İyul 26 / 12:40
Səfir özəl şirkəti hansı statusla rəsmi görüşə aparıb?

Qazaxıstandakı səfirimiz müəmmalı təhsil şirkətini himayə efir: “EasyDanismanlik”in imtahansız qəbul foksu

10 İyul 26 / 11:26

Erməni hərbi cinayətkarların cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin icraatına verilib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Report-a vəkil Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, erməni hərbi cinayətkarlar tərəfindən Birinci Qarabağ müharibəsində şəhid olmuş atam Məhərrəm Məmmədov da zərərçəkmiş kimi tanınıb:

“Onun hüquqi varisi qismində məhkəmədə iştirak edəcəm”.

Xatırladaq ki, Adəm Məmmədovun atası Məhərrəm Məmmədov Zərdab rayon Məhkəməsinin sədri olub. 24 avust 1993-cü ildə erməni hərbi cinayətkarlar tərəfindən şəhid edilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, məhkəmə 15 nəfərin ümumilikdə 2 min 548 epizod üzrə işinə baxacaq.

1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.

Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2 min 548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Arutyunyan Araik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Roberti təqsirləndirilən şəxs qismində cəlb olunublar.

Onlar cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunub, hər birinin müdafiə, bildiyi dilindən istifadə etmək və digər prosessual hüquqları təmin edilib.

Əvvəlki Yazı

Dağlıq ərazilərdə qar yağacaq – PROQNOZ

Növbəti Yazı

Bakıda saxta dollarlar yayılıb – DİQQƏT

EKSKLUZİV

“IV Şuşa Qlobal Media Forumu Azərbaycanın sülh təcrübəsinin təbliği baxımından mühüm platforma oldu”

“IV Şuşa Qlobal Media Forumu Azərbaycanın sülh təcrübəsinin təbliği baxımından mühüm platforma oldu”

14 İyul 2026 / 21:45
0
Baş nazir qərar imzaladı

Baş nazir qərar imzaladı

14 İyul 2026 / 17:56
2
Ukrayna parlamenti hökumətin istefasını qəbul etdi

Ukrayna parlamenti hökumətin istefasını qəbul etdi

14 İyul 2026 / 17:30
1
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar bəlli olub

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar bəlli olub

14 İyul 2026 / 16:00
2

XƏBƏR LENTİ

“IV Şuşa Qlobal Media Forumu Azərbaycanın sülh təcrübəsinin təbliği baxımından mühüm platforma oldu”

Baş nazir qərar imzaladı

Ukrayna parlamenti hökumətin istefasını qəbul etdi

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar bəlli olub

Küləkli hava ilə bağlı SARI XƏBƏRDARLIQ

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb

Sabah hava necə olacaq?

Slovakiya Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub

DİM-dən bu iddialarla bağlı açıqlama

Mahir Emreli İsrail klubunun təklifini rədd etdi

AQTA-dan bu məhsullarla bağlı çağırış

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? – ŞOK detallar

Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür

Bu hücumlar dərhal dayandırılmalıdır – Quterreş

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs – Prezident

İan Sanders: Azərbaycan ÜGT-ə fəal dəstək göstərir

Xanım jurnalistin sözləri Prezidenti güldürdü – Video

Azad edilmiş ərazilərdə əməyin mühafizəsi üzrə tədbir…

Prezidentin Mətbuat Xidməti IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx hazırlayıb

Yeni qanun layihəsi: parlamentdə mübahisə düşdü

Sabahkı HAVA PROQNOZU

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

Onlar vizadan qarşılıqlı azad edəcək

Bu şəhərə köçənlərə PULSUZ TORPAQ veriləcək

Sabah məhərrəm ayı başa çatır

Belə avtomobillə heç yerə getmərəm – Prezident

Prezident İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur

“Rare Academy” – Təhsildən karyeraya aparan uğur yolunda etibarlı tərəfdaş

Azərbaycan Gürcüstanın Anaklia limanına maraq göstərir

Tələbə vaxtı diplom işimin mövzusu bu idi – Prezident

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.