Quşçuluğun əsasları və quşların mütərəqqi bəslənmə texnologiyaları” mövzularında təlim keçirilib. Mediaxeberleri.Az- xəbər verir ki, 2024-cü ilin 1 iyul ayından 2025-ci il 1 mart ayına qədər davam edən və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA tərəfindən maliyyələşdirilən “SolarPoultryTech” layihəsi çərçivəsində tədbir keçirilib.
“Quşçuluqda istixana qazlarının emisiyyasının azaldılmasında bərpa olunan yaşıl enerjinin rolu” və “Quşçuluğun əsasları və quşların mütərəqqi bəslənmə texnologiyaları” mövzularındakı təlim Qazax rayonunda keçirilib.
Təlim a.e.f.d., (PhD), dosent Fariz Ələkbərov və a.e.f.d., Məmmədov Ramil Telman oğlu tərəfindən keçirilib və təlim iştirakçılarına “Günəş panellərinin (solar enerji) tətbiqinin ekoloji və iqtisadi cəhətdən səmərəliliyi və quşçuluqda istixana qazlarının emissiyasının azaldılmasında əhəmiyyəti” haqqında geniş bilgi verilib.
Həmçinin, layihə çərçivəsində layihə rəhbəri Ramil Göyüşov quşçuluqda istiliyin və işığın əldə olunması üçün günəş panellərini quraşdıraraq istifadə olunub.