Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Azərbaycanın qlobal proseslərə təsiri Antalya forumunda bir daha təsdiqləndi

Aprel 14, 2025
A A

REDAKTORUN SEÇİMİ

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00
“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

17 Sentyabr 26 / 9:10
Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20

Bu gün dünya nizamı heç vaxt olmadığı qədər təhlükəli meyillər üzərində qurulur və yeni nizamın formalaşması üçün beynəlxaq platformalarda diskusiyaların, fikir mübadilələrinin aparılmasına çox ehtiyac var. 2021-ci ildə qurulan Antalya Diplomatik Forumu xüsusilə regional müstəvidə dialoqun yaradılması, problemlərin müzakirəsi və həlli üçün mühüm platformaya çevrilib. Ölkəmiz də bu forumun fəal iştirakçılarındandır. Azərbaycan nümayəndə heyətinin builki foruma Prezident İlham Əliyevin rəhbərliyi ilə qatılması təsadüfi deyil. Mövcud geosiyasi proseslər, xüsusilə ABŞ-da Donald Trampın hakimiyyətə gəlişindən sonra baş verənlər regiondakı hadisələrə təsir edir. Bu forum regionun gələcəyinin müzakirəsini daha da aktualaşdırır. Həmçinin Azərbaycan bölgənin aparıcı ölkələrindən biri kimi perspektivlərin müzakirəsinə, həmçinin bölgənin gələcəyi ilə bağlı atılacaq addımlara mühüm töhfə verə bilər. Nəhayət, forum rəsmi Bakı üçün həm də iştirakçı ölkələrlə təmasların qurulması baxımından əhəmiyyətlidir. Bu gün Azərbaycan təkcə Cənubi Qafqazda baş verən proseslərdə deyil, eyni zamanda Yaxın Şərqdəki gərginliklərin azaldılmasında da fəal iştirak edir. Bu gün Suriyada , Qəzzada və eləcə də İsraillə Türkiyə arasındakı münasibətlərin normallaşmasında Azərbaycan aparıcı rola malikdir. Bu da Azərbaycanın regional yox, həm də qlobal proseslərdə iştirakını şərtləndirən amillərdir. Qürurla qeyd edə bilərik ki, Azərbaycan artıq regional məsələlərlə yanaşı qlobal proseslərə təsir imkanlarına sahibdir.  Forum çərçivəsində Azərbaycan Prezidenti Suriya, Sudan, Türkiyə, Gürcüstan və digər dövlətlərin liderləri ilə ikitərəfli görüşlər keçirib. Bu görüşlərdə həm Cənubi Qafqazda, həm Yaxın Şərqdəki məsələlər müzakirə edilib. Forum çərçivəsində  Azərbaycan liderinin diplomatik təmasları, ölkəmizin panel iclaslardakı mövqeyi Suriya ilə bağlı, İran və İsrail ilə əlaqədar olan mövzularda müzakirələr, nəticə və yaranmış durumun həll yolları üzərində hansı işlərin görülməsini şərtləndirəcək. Azərbaycanın keçmiş Qarabağ probleminin həllindəki böyük təcrübəsi regionda hazırki gərgin durumdan çıxış yollarının tapılmasında da öz töhfəsini verəcək.

Antalya forumunun məzmunu, sadəcə bir regional problemə diqqət çəkməklə məhdudlaşmadı. Bu konfrans, eyni zamanda Qərbi Azərbaycan mövzusunun beynəlxalq hüquq, insan haqları və tarixi ədalət prizmasından dəyərləndirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb eetmiş oldu. Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış hüququnun təmin olunması məsələsi yalnız Azərbaycan üçün deyil, bütövlükdə beynəlxalq hüququn nüfuzunun qorunması baxımından da önəmli sınaqdır.Antalya Diplomatiya Forumunda Qərbi Azərbaycan məsələsinin gündəmə gətirilməsi bu istiqamətdə həyata keçirilən strategiyanın artıq regional və beynəlxalq platformalarda öz siyasi çəkisini və təsir imkanlarını göstərdiyini nümayiş etdirdi.

Bütün bu fəaliyyətlər fonunda Prezident İlham Əliyevin Antalya Diplomatik Forumunda iştirakı Azərbaycanın dünya siyasətində mühüm söz sahibi olan dövlətə çevrildiyini bir daha nümayiş etdirir. Azərbaycan bu gün yalnız enerji və nəqliyyat sahələrində deyil, həm də sülh, əməkdaşlıq və dayanıqlı inkişaf naminə beynəlxalq birlikdə fəal mövqe tutaraq, regionun və dünyanın gələcəyinə töhfə verir. Azərbaycan yalnız regionda deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi qəbul edilir. Dövlətimizin başçısının beynəlxalq münasibətlər sahəsində zəngin təcrübəsi, strateji baxışları və praqmatik yanaşmaları onu beynəlxalq platformalarda böyük maraqla qarşılanan Liderə çevirib.

Fəzail İbrahimli

Milli Məclisin deputatı

Əvvəlki Yazı

Rəsmi Moskva: Ermənistanın Aİ yolunu seçməsi ağrılı olacaq

Növbəti Yazı

İntensiv yağış yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ

EKSKLUZİV

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

25 Sentyabr 2026 / 17:36
1
Qazaxda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

Qazaxda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

25 Sentyabr 2026 / 15:33
2
Dövlət Ekoloji Ekspertiza Agentliyində Anım Günü ilə bağlı tədbir keçirildi

Dövlət Ekoloji Ekspertiza Agentliyində Anım Günü ilə bağlı tədbir keçirildi

25 Sentyabr 2026 / 14:18
3
Qazaxda eşitdiklərim, oxuduqlarım və gördüklərim… – Ayyət Əhməd yazır

Qazaxda eşitdiklərim, oxuduqlarım və gördüklərim… – Ayyət Əhməd yazır

24 Sentyabr 2026 / 14:14
8

XƏBƏR LENTİ

Sabahın hava proqnozu açıqlanıb

Qazaxda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

Dövlət Ekoloji Ekspertiza Agentliyində Anım Günü ilə bağlı tədbir keçirildi

Qazaxda eşitdiklərim, oxuduqlarım və gördüklərim… – Ayyət Əhməd yazır

Sabah Bakıya yağış yağacaq

İcra başçısının bağçaya gedən balaca fidanla səmimi görüşü

Masallıda bələdiyyə sədrindən sui-istifadə ittihamı

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Sabah 35 dərəcə isti olacaq

Millimiz bu gün Ermənistanla qarşılaşacaq

İki stansiya buna görə pulsuz olubmuş – Rəsmi

Bu klub ev oyunlarını Xankəndidə keçirəcək

Bakı metrosunda yeddivaqonluq qatarlar ola bilər – ÖZƏL

ABŞ-nin Ermənistana ayırdığı hərbi vəsaitin həcmi bəlli oldu

Azərbaycanda pul baratları üzrə müsbət saldo 750 mln. dolları ötüb

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməz saxlayıb

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Prezident İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq

Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilir

Yol polisi “Formula-1″lə bağlı sürücülərə müraciət etdi

Azərbaycanda yeni zavod tikiləcək

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı mühüm detal

Bu gün əfv olunanlardan 5-i əcnəbidir

Mərkəzi Bankı uçot dərəcəsini artıra bilər – PROQNOZ

Prezident əfv Sərəncamı imzalayıb – SİYAHI

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Mar   May »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.