Goranboyda tir tüfəngindən açılan atəşdən qadının xəsarət alması ilə bağlı təfərrüat məlum olub.
Cumhuriyyet.az APA-ya istinadən xəbər verir ki, araşdırmalar zamanı N. Xudaverdiyevaya tir tüfəngi ilə ehtiyatsızlıqdan atəş açılması məlum olub.
Xəsarət yetirən şəxsin onun həyat yoldaşı olması müəyyən edilib.
Məlumata görə, həyat yoldaşı evin həyətində sərçə ovlayan zaman güllə ehtiyatsızlıqdan N.Xudaverdiyevaya dəyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, daha əvvəl N. Xudaverdiyevaya tir tüfəngindən qayınanası tərəfindən ehtiyatsızlıqdan atəş açılması ilə bağlı məlumat yayılmışdı.